Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qəbələ rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.