Oktyabrın 9-da gecə saat 1 radələrində Qəbələ rayonunun Həmzəli kəndi ərazisində Bərdə rayon sakini Qulu Əzimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı beton səddə vurub.
"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, sürücü idarəetməni itirdiyindən avtomobil dərəyə aşıb, sonradan beton sədd avtomobilin üzərində düşüb. Nəticədə sürücü və sərnişini, Yevlax rayon sakini Vüqar İmanov hadisə yerində ölüb.