Bir neçə gündür sosial şəbəkələrdə gözdən əlil Elçin Abbasovun kirayə qaldığı evdən oğurluq edilməsi ilə bağlı xəbərlər yayılıb.
Məsələni dərindən öyrənmək Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar.
E.Abbasov gözdən əlil olmasına baxmayaraq illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir.
O, müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.
“Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, bank kartımı, qızıl üzüyü, gümüş boyunbağını və bank kartım oğurlanıb. Mənə 1530 manatdan artıq zərər dəyib”.
Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə qalmadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.
Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanova rayon polis idarəsinə məlumat verib.
Qeyd edək ki, E.Abbasov gözdən əlil olmasına baxmayaraq, toxuduğu gülləri sataraq öz dolanışığını təmin edir.