Bağdadda intiharçı-terrorçunun partlanması nəticəsində ən azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.Trend-in məlumatına görə, bu barədə Al-Sumaria telekanalı xəbər verir.Məlumata əsasən, İntiharçı-terrorçu Mədinət əs-Sədr rayonunda yerləşən “Cəmilə” bazarında özünü partladıb.Qeyd edək ki, Mədinət əl-Sədr rayonunda Şiə müsəlmanları yaşayır.