Son xəbərlər

 
“Emin 444″ün qəddar qətlində dəhşətli təfərrüatları üzə çıxdı – Yeni detallar












Dünya çempionunu şagirdinin ifadəsi və ayağındakı bıçaq xəsarəti ələ verib

“Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb. Qətlin son günlərin əsas müzakirə mövzularından birinə çevrilməsinin özəl səbəbi var: ”Emin 444″ xüsusi qəddarlıqla, 78 bıçaq xəsarəti yetirilməklə öldürülüb. Bu amansızlığın səbəbi haqda da mərhumun yaxınları ilginc açıqlamalar veriblər. Deyiblər ki, Emin Səfərov qətlə yetirilməzdən əvvəl qonşuları, kikboks üzrə dünya çempionu Zaur Yusifovla mübahisə edib. Ona sələmə pul verməsini, digər bu sayaq əməllərini irad tutub. Bu zəmində tərəflər arasında mübahisə olub.

Həmin mübahisədən sonra Zaur Yusifov Emin Səfərovun qətlini planlaşdırıb, atası Əli Yusifov, qardaşı Zamin Yusifov, bacısı oğlu Vüqar və 1995-ci il təvəllüdlü Həsən Tağıyev cinayəti icra ediblər. Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib, deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb. Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar.

Əli Yusifovun dediklərindən sitat:

“Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. ”Çölə” çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq”.

“Emin 444″ün qəddar qətlində dəhşətli təfərrüatları üzə çıxdı – Yeni detallar










Zaur Yusifov

Emin Səfərovun anası Məlahət Səfərova isə “Yeni Müsavat”a deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danışır: “Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etməyib. Yalan danışır. Zaurun ayağında bıçaq xəsarəti var. Hadisədə iştirak etməyibsə, həmin xəsarət onun ayağında haradan əmələ gəlib? Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Zamin, Vuqar, onun özü oğluma hucum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Bu qədər yalan olmaz. Emin tək olub, bunlar 4-5 nəfər”.

“Emin 444″ün qəddar qətlində dəhşətli təfərrüatları üzə çıxdı – Yeni detallar









Emin Səfərov

Məlahət Səfərova deyir ki, Əli Yusifovun obyektlərinə hucum olması, onların obyektlərinin yandırılması doğru deyil:“Bu adamlar oğlumu öldürüblər, indi də bizə qarşı belə yalanlar uydururlar. Oğluma qarşı cinayəti Həsən Tağıyev tək törətməyib. Onu həbs ediblər. O da deyib ki, bu cinayəti boynuna götürməsini ona Zaur Yusifov tapşırıb. Bundan sonra da Zaur Yusifovu da həbs ediblər. Zaurun atası əvvəldən yalandan deyirdi ki, guya hadisə olandan sonra Zauru evdən çağırıb, Zaur onu xəstəxanaya aparıb. Zaurun ayağında bıçaq xəsarətinin izi var. O, hadisədə birbaşa sifarişçi, iştirakçıdır. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Onlar həmin bıçaqları oğluma bir yerdə vurublar”.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü