Deputatlığa namizədlər Rövşən Tağıyev və Rasim Musabəyov üçün müqayisəli yanaşma - VİDEO

Faktinfo.az xəbər verir ki,Milli Məclisə VII çağırış deputat seçkilərinin keçirilməsinə bir həftədən də az müddət qalıb.Bu arada isə namizədlər arasında müəyyən çağırışları eşitmək mümkündü.Bəzi namizədlər alternativini debata çağırır,digər qrup deputatlığa namizədlər var ki,seçicilərinə səs verməmişdən əvvəl paralellər aparmalarını, səs verəcəkləri şəxsə dair düşünüb müqayisəli yanaşmadan sonra səs vermələrini məsləhət bilir.Sosial şəbəkələrdə qarşımıza çıxan bir videoda da bundan bəhs edilir.

Həmin videoda söhbət 18 saylı Nərimanov- Nizami-Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd Rövşən Tağıyevdən gedir.Rövşən Tağıyev sözügedən dairədə seçiciləri ilə müntəzəm görüşlər təşkil edən aktiv namizəd hesab olunur. Hər gün,bir neçə dəfə müxtəlif ərazilərdə seçiciləri ilə görüşlər təşkil edən Rövşən Tağıyevin əsas alternativi,üst-üstən 15 il 18 saylı Nərimanov- Nizami-Binəqədi Seçki Dairəsindən deputat olmuş Rasim Musabəyovdur.Rasim Musabəyova gəlincə demək olar ki,seçiciləri onu tanımır,onun seçiciləri ilə görüşlərinə dair dolğun bir məlumat yoxdur.Bəlkə də ona görədir ki,digər namizəd Rövşən Tağıyevin seçicilərlə görüşündə danışmağa kifayət qədər arqumentləri olur.

Bu mənada LİNK üzərindən keçid etməklə Rövşən Tağıyevin seçicilərə müraciəti və hər iki namizəd haqqında müqayisəli yanaşma ilə tanış ola bilərsiniz. 

https://www.facebook.com/watch/?mibextid=WC7FNe&v=887105416650017&rdid=Khb97KdSh1tJBJJ


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.

Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.

M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.




Azərbaycan Respublikası Baş Prokurorluğunun
Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi
İdarəsinin prokuroru, ədliyyə müşaviri, “General Həzi Aslanov” və
“General Səməd bəy Mehmandarov” adına qızıl medalların mükafatçısı,
Bakı Karate Do Akademiyasının Fəxri Prezidenti,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev
Platformamızdan seçmələr!
Qanunların aliliyi, məmur və varlıların özbaçnalığına SON, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət, və Azərbaycanın hüquqi dövlət kimi inkişafı namınə bu yola çıxırıq!..
Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün proqramının hazırlanması və reallaşdırlıması;
Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə nail olmaq;
Uşaqlar və gənclərin təhsili, qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə bağlı rəsmi proqramın qəbuluna nail olmaq;
İşsiz gənclərlə bağlı Dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt gəncləri üçün kvotanın ayrılması;
Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərin ayrılması;
Qadınların iş saatının azaldılması..
Ailə böhran təssisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;..
Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının növcud qiymətlərə uyğunlaşdırılması;
İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması...
və sair və ilaxır


Məmməd Ağalar oğlu Əliyev -1964-cü ildə anadan olmuşdur. 8 yaşında ikən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdür. Həmin vaxt Ulu Öndər onun adını soruşanda o “Mamed” deyə cavab vermiş, dahi Lider isə “Sənin adın Məhəmməddir” deyə onun başına qayğıkeş sığal çəkmişdir. İki ali təhsili vardır. Azərbaycan Respublikasında mühəndis, Rusiya Federasiyasında hüquqşünas təhsili alımışdır. SSRİ dövründə Moldaviyada, Krasnoyarskidə, Abakanda daxili qoşun hissələrində xidmətdə olmuş, 250 silahlı döyüş tapşırığı yerinə yetirərək komandanlıq tərəfindən iki dəfə Fəxri fərmana layiq görülmüşdür. O dövrdə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasına namizədliyə, 1985-1986-cı illərdə İnşaaat Mühəndisləri İnstitutunda partiya sıralarına üzvlüyə qəbul edilmişdir.
1988-1993-cü illərdə Azərbaycan xalq azadlıq hərəkatına qoşulmuş, 1992-1993-cü illərdə yenicə formalaşan Yeni Azərbaycan Partiyasının qurucularından olmuş və Xətai rayonu üzrə YAP-ın ilk təftiş komissiyasının sədri seçilmişdir. Ziya Bünyadov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rafiq Qasımov, Ramiz Mirzəyev, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov kimi ziyalılarla birgə çiyin-çiyinə YAP-nın formalaşmasında əvəzolunmaz xidmətlər göstərmişdir.
1993-cü il fevral ayının 24-də, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə, təlatümlü vaxtlarda Heydər Əliyevə sadiqlik nümunəsi göstərərək böyük övladına Heydər adını vermiş, Heydər Əliyevin 70 illiyi ilə bağlı “Səs” qəzetində “Hər iki Heydər yüz yaşasın” sərlövhəli tarixi bir məqalə ilə çıxış etmişdir. O dövrdə üzdəniraq hakimiyyət nümayəndələrinin qoçuları Məmməd Əliyevi dəfələrlə ölümlə hədələsələr də, o, bu yoldan dönmədiyini kəskin şəkildə bildirəndən sonra onu izləmiş, ölümlə təhdid etmişlər. 1993-cü il iyun ayının 9-da onu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısından əlisilahlılar təhqiramiz formada “BMW” markalı maşına əyləşdirmiş, daha ciddi cəzalandırmaq üçün Bakı Zooloji Parkının yaxınlığında olan “Çinar” restoranı istiqamətinə aparmış, Heydər Əliyevə dönük çıxmasını, çap etdirdiyi məqaləyə təkzib verməsini, övladına verdiyi Heydər adından imtina etməsini tələb etmişlər. Məmməd Əliyev bu tələblərə məhəl qoymadıqda, 12 may 1993-cü il tarixli, “Səs” qəzetinin 107-ci nömrəsində, Ulu Öndər Heydər Əliyevin 70 illik yubileyi ilə bağlı çap olunmuş “Hər iki Heydər yüz yaşasın” məqaləsi olan qəzeti məcburən Məmməd Əliyevə yedirtməyə cəhd etmiş, bununla da ürəkləri soyumamış, “Çinar” restoranının yaxınlığında olan heyvanxanadakı vəhşi canavarla təkbətək bir qəfəsə salaraq həyatına son qoymağa cəhd etmişlər.

1988-1993-cü illərdəki vətənpərvər fəaliyyəti nəzərə alınaraq həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev tərəfindən işə qəbul edilmişdir. Neft Şirkətində Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin rəhbəri Rəhman Qurbanov Məmməd Əliyevi dəvət edərək onun işə qəbul edilməsi barədə əmr imzalamışdır.
Məmməd Əliyev 7 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləmiş, 2000-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin 3-cü - İƏ.-34 saylı imzaladığı “Zəmanət məktubu” ilə 36 yaşında, müstəsna halda birbaşa Azərbaycan Prokurorluğunun Aparatına şöbə prokuroru vəzifəsinə qəbul edilmişdir. Rəhbərlik tərəfindən üç dəfə növbədənkənar xüsusi rütbə ilə təltif edilmiş, iki dəfə “Təşəkkürnamə” almışdır.

2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Dövrü mətbuatda onlarla elmi məqalələri, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevlə bağlı “Respublika”, “Azərbaycan”, “Korrupsiya və Qanun”, İki sahil”, “Səs”, “Qanun naminə”, “Xəzərdən dünyaya”, XXI əsr”, “Sportman Baku”, “Əbədi yol”, “Həyat”, “Zəfər qalası”, “Kafkas news” və bir çox saysız-hesabsız qəzet və jurnallarda məqalələri çap olunmuşdur. Bir çox elmi məqalələri Baş Prokurorluğun “Hüquqi dövlət və qanun” jurnalında, Elmi-kütləvi jurnallarda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi” jurnalında çap olunmuşdur. İşlədiyi 22 il ərzində Prezidentimiz cənab İlham Əliyevin tələbinə uyğun olaraq korrupsiya və rüşvətdən uzaq olmaqla bərabər, bu neqativ hallara qarşı amansız mübarizə aparmaqdadır.Dəfələrlə televizya ekranlarında, sosial mediada çıxışlarına görə ictimaiyyət tərəfindən qətiyyətli mövqeyi olan ziyalı, prinsipial prokuror kimi tanınmışdır.
Uzun illər Azərbaycan Prokurorluğunun Müraciətlər İdarəsində işlədiyi müddətdə vətəndaşlarla daima yaxın ünsiyyətdə olduğu və eləcə də həm respublikamızdan, həm də xarici ölkələrdən ona olunan müraciətlərə şəffaf şəkildə yanaşıb yerinə yetirdiyi üçün 3,5 milyon Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Məmməd Əliyevin dövlətimizə sadiqliyini və bir çox sağlam keyfiyyətlərini əsaslandıraraq belə bir ziyalı, tarixi şəxsiyyətin Azərbaycan Respublikasının Baş Prokuroru təyin olunmasından ötrü xahiş müraciəti ünvanlamışlar. Bu Azərbaycan Prokurorluğunun tarixində Məmməd Əliyevin taleyinə yazılmış bir tarixdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə sabiq Baş prokuror Zakir Qaralov istefaya göndəriləndən sonra böyük ziyalımız Kamran Əliyev Baş prokuror təyin olunmuşdur. Bakı şəhər Prokurorluğunda şöbə prokuroru işlədiyi zaman daima xalqa yaxın olan, vətəndaşların problemlərinə həssas və diqqətlə yanaşan Məmməd Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin diqqətini çəkmiş, etimadını doğrultmuşdur. Cənab Baş Prokuror Kamran Əliyev böyük diqqət və qayğı ilə şəffaf, peşəkar, cinayətkarlığa qarşı mübarizəyə görə 03.05.2021-ci il tarixdə 10/297-K saylı əmr ilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru ədliyyə müşaviri Məmməd Əliyevi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru vəzifəsinə təyin etmiş, ardıcıl olaraq 22.09.2020-ci il tarixdə isə 10/530-K saylı əmr ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin prokuroru vəzifəsinə təyin olunması üçün əmr imzalamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə elan edilmiş müharibə şəraitində Məmməd Əliyev ölkəmizin çətin durumuna biganə qalmamış, rüşvətdən, korrupsiyadan uzaq, şəffaf işləməyinə baxmayaraq, öz aylıq məvacibindən Azərbaycan Respublikası Silahlı Qüvvələr Fonduna 1113 manat maddi yardım etmişdir.
Məmməd Əliyevin prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyəti, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki nailiyyətləri 30.12.2021-ci il tarixdə yüksək qiymətləndirilərək Baş Prokuror tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Ədliyyə müşaviri həm də 2019-cu ildən Bakı Karate-do Akademiyasının Fəxri Prezidenti seçilmişdir. Dövlətimizin rəsmi qurumları tərəfindən generallar − Səməd bəy Mehmandarov və Həzi Aslanov adına təsis edilmiş qızıl medallarla, həmçinin "Azərbaycan Vətən Müharibəsi Veteranları" Birliyi tərəfindən təsis edilmiş “Böyük Zəfər” Xatirə medalı, həmçinin 2023-cü ildə Qazaxstan Respublikasının “Turan Birimdiqi” fəxri medalı ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin 30.09.2023-cü il tarixli 10/562-k saylı əmrinə əsasən Məmməd Əliyev baş ədliyyə müşaviri rütbəsi ilə təltif edilmişdir.
Məmməd Əliyev üç oğul atasıdır. Övladlarının üçünü də vətənpərvər ruhda böyütmüşdür. Onlar Rusiya Federasiyasının tanınmış universitetlərində Beynəlxalq hüquq sahəsində aspirantura pilləsində həm təhsil alır, həm də işləyirlər.
Oğlu Cavanşir Əliyev Prezidentimiz İlham Əliyevin təhsil aldığı və dərs tədris etdiyi MQİMO-da 28 yaşlı hüquq elmləri doktoru, gənc alimdir. Hazırda “Beynəlxalq hüquq və Avropa hüququ” kafedrasında magistr səviyyəsi üzrə təhsil alan tələblərə dərs tədris edir.
Oğlu Heydər Əliyev Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının əyani şöbəsinin aspirantıdır.
Digər oğlu Ağalar Əliyev Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq üzrə magistratura pilləsini bitirmiş, hal-hazırda aspirantura pilləsində təhsil alır.
Həyat yoldaşı Fəridə xanım Mövsümzadə tanınmış kimyaçı alim Əhməd Mövsümzadənin qızıdır, hazırda səhiyyə işçisidir.


Seçki, bu gün qısa, amma uzun bir yolun davamıdır desək daha düzgün olar!
Prokrorluqdan, ictimai xadimlikdən, millət vəkilliyinə, ağır bir yola keçid elədik: onsuz kmda on illər boyu, qanunların aliliyinə, rüşvətxorluğa qarşı çıxaraq, toplumun inkişafı üçün ömrümüzü əritmişik. Milli Məclisə seçkilərə, müstəqil, Azərbaycan, ata yurdum Lənkəran və lənkəranlılar
fəal hazırlaşın!
MƏMMƏD AĞALAR oğlu ƏLİYEV !!

Bu günə qədər vəzfələrin yazmaqSeçki, bu gün qısa, amma uzun bir yolun davamıdır desək daha düzgün olar!
Prokrorluqdan, ictimai xadimlikdən, millət vəkilliyinə, ağır bir yola keçid elədik: onsuz da on illər boyu, qanunların aliliyinə, rüşvətxorluğa qarşı çıxaraq, toplumun inkişafı üçün ömrümüzü əritmişik. Milli Məclisə seçkilərə, müstəqil, Azərbaycan, ata yurdum Lənkəran və lənkəranlılar
fəal hazırlaşın!
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEV
TƏRCÜMEYİ-HAL