Gürcüstanın paytaxtı Tiflisdə aksiya iştirakçıları yenidən parlament binasına axışmağa başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, etirazçılar Rustavelli prospektini artıq bağlayıblar. Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər olunub.
Qeyd edək ki, artıq 7-ci gündür Tiflisdə aksiyalar davam edir.