Dekabrın 3-də BMT Təhlükəsizlik Şurasının sessiyası zamanı Rusiya və ABŞ nümayəndələri Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı mübahisə edib.

 

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, mübahisəyə səbəb ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun çıxışı olub. Vud Suriyada davam edən döyüşlərin eskalasiyasını azaltmağa və mülki əhalinin müdafiəsinə çağırıb, həmçinin üsyançıların hücumuna “Heyət Təhrir əş-Şam”ın rəhbərlik etməsindən narahatlığını ifadə edib.

“Heyət Təhrir əl-Şam”ın ABŞ və BMT tərəfindən terror təşkilatı kimi tanınması Əsəd rejimi və onun Rusiya himayədarlarının növbəti vəhşiliklərinə haqq qazandırmır”, - Vud deyib.

O, Əsəd qüvvələri və Rusiyanın məktəblərə və xəstəxanalara hücum edərək, mülki vətəndaşların itkisinə səbəb olduğunu xatırladıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə buna kəskin reaksiya verib:

“Suriyanın dinc şəhərlərində mülki əhaliyə qarşı həyata keçirilən açıq terroru pisləmək üçün cəsarətinizi toplaya bilmədiniz. Vaşinqtonun beynəlxalq terrorizmlə səmimi mübarizəyə nə vaxtsa hazır olacağına dair heç bir illüziya yoxdur. Düzünü desəm, hazırda sizinlə barrikadaların əks tərəflərində olduğumuzdan məmnunuq”.

Vud cavab olaraq Nebenziaya “bu mövzuda bizə mühazirə oxuya bilməzsiniz, çünki Moskva dünyada terrorizmə sponsorluq edən rejimləri dəstəkləyir” deyə bildirib.

Qeyd edək ki, Suriyada bir neçə ildir davam edən nisbi sakitlik başa çatıb, üsyançılar Hələb və İdlibi ələ keçirib, Həmaya hücum edib və rejim qüvvələri ilə şiddətli döyüşlər gedir.

04 Dekabr 2024 "Yeni il" bayramında hazırlaya biləcəyiniz salatlar - Asan reseptlər
04 Dekabr 2024 Naxçıvanda axund intihar etdi - Foto
04 Dekabr 2024 Hər kəsdən üzr istəyib, istefa verdi
04 Dekabr 2024 İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan
04 Dekabr 2024 Tanınmış jurnalistə vəzifə verildi
04 Dekabr 2024 Litvanın İrəvandakı səfiri sərhədimizə gəldi
04 Dekabr 2024 MM sədri Çavuşoğlu ilə görüşdü
04 Dekabr 2024 Bakıda fantastik qiymətə alça satılır
04 Dekabr 2024 Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu
04 Dekabr 2024 Ucqar kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli"...
04 Dekabr 2024 PKK türkyönlü qüvvələri pusquya saldı: ölənlər var
04 Dekabr 2024 Azərbaycanda məşhur şirkət ləğv olunur
04 Dekabr 2024 HTŞ ilə ASO Hələbi bölə bilmir: şəhər əldən çıxacaq?
04 Dekabr 2024 “Ailəm bu il çox itkilər yaşadı…” - Fotolar
04 Dekabr 2024 Makron istefa verəcəkmi? - Özü açıqladı
04 Dekabr 2024 Başçıya sui-qəsd üçün silah xaricdən alınacaqdı… - Məhkəmə
04 Dekabr 2024 İsa Məsih açıq dərili, uzun saçlı olmayıb – Yeni təsvir
04 Dekabr 2024 Səhər yeməyində bunu yeməyin, xərçəng yaradır
03 Dekabr 2024 Xalq artisti ifadə verdi: Baltanı ona görə atdım ki...
03 Dekabr 2024 Prezident sərəncamı: ASC-nin ləğvinə başlanıldı
03 Dekabr 2024 Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi
03 Dekabr 2024 Azərbaycan və NATO arasında mühüm müzakirə...
03 Dekabr 2024 Anasından danışarkən ağladı - Video
03 Dekabr 2024 80 milyonuncu müraciət... - Fotolar
03 Dekabr 2024 Lalə Şövkət hərəkət qabiliyyətini itirib
03 Dekabr 2024 Əhali və qeyri-əhali qrupların enerji istehlakının əsas göstəriciləri...
03 Dekabr 2024 Qərb bunu etsə, Moskva və Bakı üçün problem olacaq - Belyayev
03 Dekabr 2024 Bir evdə yolka bəzəmək neçəyə başa gəlir?
03 Dekabr 2024 Ermənistanın müdafiə naziri ABŞ-a getdi
03 Dekabr 2024 Bayden prezidentliyin nüfuzuna ziyan vurdu - Volodin