KTMT-nin 2025-ci ildə təlimləri Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov mətbuat konfransında deyib.
“Hər il operativ döyüş hazırlığı planı qəbul edirik, ona uyğun olaraq müxtəlif mövzular və istiqamətlər üzrə təlimlər keçirilir. 2025-ci il üçün operativ döyüş hazırlığı planı da qəbul edilib. Təlimlərimiz Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək”, - o bildirib.