Son xəbərlər

 

“Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində də böyük uğurlara imza atdı. Doğrudur, tarix sahəsində vaxtilə yəni, 70 illik Sovet dönəmində yazılarınların əksəriyyətindən imtina etməli olduq. Bununla yanaşı tarix sahəsində elmi həqiqətləri bərpa etmək üçün arxiv sənədləri dövriyyəyə cəlb edildi. Beləliklə vaxtilə müstəqil Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı ilə bağlı mövcud olan konsepsiyadan imtina olundu və işğal konsepsiyası tarixi ədəbiyyata gətirildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 1918-ci ilin mart soyqırımı ilə bağlı 70 il ərzində yazılanlardan imtina olundu və əslində 1918-ci ildə Azərbaycanda vətəndaş müharibəsi yox, Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi elmi əsaslarla dövriyyəyə gətirildi: “1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ən böyük hadisə olması ilk dəfə olaraq elmi ədəbiyyata gətirildi. 1918-1920-ci illərlə bağlı Sovet dönəmində yazılanlardan imtina olundu. 1920-ci ilin aprel ayında XI ordunun Azərbaycana xoşbəxtlik yox, müstəqil Azərbaycanı işğal edən bir ordu kimi tarixə düşdü. Beləliklə, Sovet dönəmindəki əsası olmayan tarixdən imtina olundu və tarix elmi mənbələr əsasında yazıldı. Buna görə də hər bir elm sahəsində yeni tədqiqat sahələrinin gəlməsi, yeni tədqiqatların ortaya çıxması Azərbaycan elminin qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.

 

Azərbaycandan kənarda da elmi məqalələrin və monoqrafiyaların çap olunması Azərbaycan alimlərinin qarşısında duran əsas məsələlərdən biridir. Xüsusilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan torpaqlarının 20 faizinin işğal etdikdən sonra Azərbaycan tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun tarixi Azərbaycan torpağı olmasını sübut etmək və bu istiqamətdə elmi məqalələrin dünyanın müxtəlif nüfuzlu jurnallarında çap olunması idi. Təəssüflər olsun ki, ermənilərin havadarları çox olduğundan bəzən bu məqalələr qəbul olunmur, bəzən gecikdirilir, bəzən də ermənilərin xeyrinə dəyişdirilməyə cəhd edilirdi. Lakin bütün bunlara baxmayaraq ölkə rəhbərinin də dediyi kimi 44 günlük Vətən müharibəsində qalib gəlməsinin dörd şərtindən biri də Qarabağ probleminin tarixiliyinin dünyaya çatdırılması oldu. Bu istiqamətdə kifayət qədər məqalələr yazıldı və dünya dillərində çap olundu. Bununla tarixi həqiqət öz yerini tapdı. Uzun illər Azərbaycan alimləri dünyanın nüfuzlu nəşrləri ilə əməkdaşlıq edə bilməsələr də, artıq bu istiqamətdə ciddi addımlar atılıb. Lakin bu uğurlar da bizi qane etmir, bu istiqamətdəki işlərimizi artırmalıyıq”.

11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər
14 Mart 2025 Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
12 Mart 2025 Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ
12 Mart 2025 Rübail Məmmədov: Xeyriyyəçi Sahibkar, Şadlıq Sarayı Rəhbəri və Vətəndaşlıq Borcunu Yerinə Yetirən Dəyərli Şəxs
11 Mart 2025 "Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır" - ŞƏRH EDİLDİ
11 Mart 2025 Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu
10 Mart 2025 Azərbaycan mədəniyyətinin parlaq səhifəsi - Milli Teatr Günü
08 Mart 2025 Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
07 Mart 2025 Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər
06 Mart 2025 Azərbaycanda Novruz adət-ənənələri necə icra olunur ? - ŞƏRH EDİLDİ
05 Mart 2025 Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Mart 2025 “Verilişlər əsəb, ürək bulantısı gətirir” - MÜNASİBƏT BİLDİRİLDİ
03 Mart 2025 İynə ilə böyüdülmüş broyler yoxsa kənd çolpası? - Qida tədqiqatçısı DANIŞDI