Gürcüstanın müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.
Daha sonra isə o, təcridxanaya köçürülüb.