Prezident İlham Əliyev vətəndaşların 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.
Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.
Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.
Rövşən Məmmədovun və onun gənc yaşda dünyasını dəyişən oğlunun fotolarını təqdim edirik:
Paytaxtımızda fəaliyyət göstərən qocaman təhsil ocaqlarından biri , Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdir. Məktəb 1959- cu ildən fəaliyyət göstərir. Keçmiş SSRİ Maarif Nazirliyinin əmri ilə İngilis dili dərindən öyrədilən orta ümumtəhsil məktəbi kimi fəaliyyətə başlamışdır.
Hal - hazırda tam orta məktəb adlanır. Məktəbə təcrübəli pedaqoq Cəmilə xanım Ramazanova rəhbərlik edir.
Günümüzün reallığı ilə ayaqlaşan məktəb Azərbaycan təhsilində öz sözümü deməyə çalışır. Bunu əməlləri işdə sübut edir. Belə ki , məktəb 2008-ci ildən Beynəlxalq layihəyə qoşulmuşdur. “İngilis dilinin intensiv tədrisi” layihəsinə əsasən ingilis dili dərsləri Kembric proqramına uyğun tədris olunur.
Məktəbin uğurları saysız- hesabsızdır. Bunlaradan biri məktəbin iki dəfə 2007/2008-ci və 2012/2013-cü dərs ilində keçirilmiş “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır.
Məktəb yüksək ixtisaslı , pedoqoji kontingentə malikdir. Məktəbdə gənc nəslin təlim – tərbiyəsi ilə 121 müəllim məşğul olur . 3 nəfər müəllim Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” fəxri adını daşıyır.
Məktəbin binası iki korpusdan ibarətdir. Birinci korpusu 4 mərtəbəli, ikinci korpus 3 mərtəbədən ibarətdir. Birinci korpus 960, ikinci korpus isə 380 nəfər şagirdin təhsil alması üçün planlaşdırılmışdır.
Məktəb, 2012-ci ilin yayında Dövlət Proqramı əsasında əsaslı təmir edilmişdir. Məktəb zəngin maddi – texniki bazaya malikdir. Müasir standartlara cavab verən fənn kabinetləri , zəngin kitabxana , internetə maneəsiz çıxış burada yüksək səviyyədə tədrisə imkanlar açır.
Dövlət proqramına uyğun olaraq məktəbdə fənlərin tədrisi innovasiyalar , yeni təlim texnologiya və fəal ( interaktiv ) təlim metodları ilə aparılır. Bu məqsədlə müəllimlər mütəmadi olaraq ixtisasartırma kurslarından və treninqlərdən keçirlər.
Bu qabaqcıl məktəbin yetirmələri bilik yarışmalarında . olimpiadalarda ,idman arenalarda yüksək nəticələrə imza atırlar.
Məktəbdə ən təqdirəlayiq hadisələrdən biri də mütəmadi olaraq müxtəlif tədbirlərin keçirilməsidi . Bütün əlamətdar günlər - anım tədbirləri , bayram tədbirləri rəhbərliyin birbaşa göstərişi və iştirakı ilə yüksək səviyyədə qeyd edilir. O cümlədən ingilis dilinin mükəmməl mənimsənilməsi üçün silsilə tədbirlər həyata keçirilir.
Göründüyü kimi 27 saylı məktəbdə bütün əməli fəaliyyət gələcəyimiz üçün savadlı , dünyagörüşlü əsl vətəndaş yetişdirlməyə yönəlib.
Uğurlar olsun !
Respublikamızın səhiyyə sahəsində uğurları yetərincədir və bu müsbət tendensiya davam etməkdədir. Müasir tibbi- texniki avadanlıq , savadlı və peşəkar tibbi pesonala malik şəfa ocaqlarımız var.
Bu şəfa mərkəzlərindən biri , bəlkə də birincisi Respublika Neyrocərrahiyyə Xəsətəxanasıdır- desəm yanılmaram. Belə qənaətə gəlməyə gördüyüm , real şahidi olduğum hadisələr əsas verir.
Belə ki yaxın qonşumuz Hümbətova İradə xanım ağır xəstəlikdən – başındakı meningiomadan əziyyət çəkirdi. Bir çox yerlərdə müayinə olunduqdan sonra Neyrocərrahiyyə xəstəxanasına üz tutudu. Vəziyyət o qədər gərgin idi ki , xəstənin sol gözü tamamilə görməsini itirmiş , sağ gözü də həmin vəziyyətin astanasında idi.
Xəstəxanaya yerləşdirilən İradə xanım həkim , bu sahənin gözəl bilicisi , xəstəninin öz sözləri ilə vurğulasaq qızıl əllər sahibi , gənc mütəxəssis Rauf Sadıqov tərəfindən əməliyyata götürüldü . Həyati təhlükəsi böyük olsa da , əməliyyat stolundan qalxmaq jansı cüzi olsa belə gənc həkim bu əməliyyatın öhdəsindən məharətlə gələrək . xəstəyə həyat , gözünə isə işıq bəxş etdi.
Xəstəmizin yanına gedib- gələrkən diqqətimi cəlb edən məsələlərdən biri də xəstəxananın baş həkimi Kabus Dadaşov gün ərzində dəfələrlə xəstələrə baş çəkməsi , hər bir xəstənin vəziyyəti ilə yerindəcə maraqlanması idi.
Ümumiyyətlə , bu şəfa ocağının rəhbərliyi tərəfindən yaradılan gözəl atmosfer , müsbət əhval – ruhiyyə elə dəhlizdəcə hiss edilməkdədir. Səliqə- sahman , nizam –intizam , ciddi qayda- qanun ilk andaca nəzərə çarpır. Buraya ən ağır xəstələr gətirilsə belə digər xəstəxanalarda olan ağır , insanı sıxan mühit yoxdur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olayaraq baş həkim başda olmaqla bütün personal insanların sağlamlığına qovuşması , yenidən aktiv həyata qayıtmaları üçün bir komanda şəklində əsl əzmkarlıq nümunəsi nümayış etdirir və böyük naliyyətlərə imza atırlar.
Həmçinin onu da xüsusi vurğulamağı borc bilirəm ki bu xəstəxanada xəstələrə qayğı , diqqət heç bir təmənna güdülmədən həyata keçirilir. Bu haqda söhbətləşdiyim xəstələr danışır , xəstəxanada keçirdikləri vaxt ərzində neçə - neçə cərrahi əməliyata ehtiyacı olan imkansız şəxslərin , hətta kimsəsizlərin təmənnasız olaraq müayinə , müalicə və əməliyyat olunduqlarının şahidi olduqlarının bildirdilər.
Neyrocərrahiyyə xəstəxanasında gördüklərim və eşitdiklərim əsl insanlıq və vətəndaşlıq mücəssəməsi idi. Yüksək ixtisaslı , peşəkar həkimlər , cərrahlar , tibb bacıları , ümumiyyətlə , bütün kollektiv öz gözəl əməlləri , xidmətləri ilə Azərbaycan səhiyyəsini bəyənməyənlərin , hər addımda qüsur axtaranların həqiqi cavabını verməkdədirlər.
Və bir də artıq şəfa arxasınca dünyanı gəzməyə , xarici ölkələrə üz tutmağa ehtiyac yoxdu .