"Bölgələrdən  Bölgələrə "Yaradıcılıq Festivalının növbəti ünvanı Saatlı rayonu oldu. Bu gün baş tutan möhtəşəm tədbirdə Saatlı rayonu İcra başçısı Siraqəddin Cabbarov, Mədəniyyət Nazirliyinin nümayəndələri , Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov , 

İcra başçının birinci müavini İlham Quliyevvə rayonunun bütün məsul işçiləri , o cümlədən respublikamızın on altı regional mədəniyyət mərkəzlərindən nümayəndələr iştirak edirdilər.






Festival zəngin konsert proqramını regional idarələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri , rəqs qrupları və musiqiçilərin ifaları daha da rəngarəng etdi. Sərgi hissəsi isə qədim və müasir  incəsənət nümunələrini özündə birləşdirərək  iştirakçıları heyran edib. 

 

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 S
ərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Şəhidlər-qürurumuz, and yerimiz! Şəhidlər-əbədi ölməzlik qazanan müqəddəslər!
Onlar canlarından, qanlarından keçərək müqəddəs vəzifənin öhdəsindən ləyaqətlə gəldilər. Bəs bizlər necə onların ruhu qarşısında hörmətdə , yaxınlarına ,əzizlərinə qarşı qayğı və diqqətdə üzərimizə düşən vəzifənin öhdəsindən nə dərəcədə gəlirik.?!
Ölkə rəhbəri Cənab İlham Əliyevin, birinci vitse – prezident Mehriban Əliyevanın şəhidlərimizə, onların ailələrinə göstərdiyi qayğı və diqqət göz önündədir. Şəhid ailələrinin, onların yaxınlarının rifah halının yaxşılaşdırılmasına yönəlik tədbirlər , onların mənzillə, minik avtomobili ilə təmin olunması mütəmadi hal almışdır. Elə bu yaxınlarda Aprel şəhidlərinin ildönümünə aid tədbirdə Mehriban xanım Əliyevanın hərbçilərimizə “mənim qardaşlarım “- deyərək müraciətinin artıq şərhə ehtiyacı yoxdur.
Bütün bunlarla yanaşı çox təsssüf ki, şəhidlərə, onların ailə üzvlərinə biganə yanaşan, hörmət etməyənlər də var.
Haqqında danışmaq istədiyim şəhid – Süleymanov Vüqar Natiq oğlu Şəki rayonu Böyük Dəhnə kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı, ailənin yeganə oğul övladı idi. Ata-ananın, bacılarının onunla bağlı neçə-neçə arzuları, ümidləri vardı . Ən başlıcası gənc bir ömrün istəkləri, arzuları ... Ancaq Vüqar bütün arzuların üzərindən xətt çəkdi. Bircə müqəddəs arzudan, amaldan, istəkdən başqa . Şəhidlik! Bu arzunun, istəyin qarşısında nə bitirdiyi Bakı Slavyan Universiteti, nə ailənin yeganə oğul övladı olması dura bildi.

Aprel ayının 5-də Böyük Dəhnə kəndində Vüqarın, o cümlədən Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları-şəhidin ailə üzvləri , kənd sakinləri,  məktəb kollektivi, mətbuat nümayəndələri şəhidin məzarı üzərində nitq söylərək, Aprel döyüşləri haqqında ,  onun siyasi, hərbi əhəmiyyəti haqqında qürurla danışdılar. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya qəlbləri qürur hissi ilə doldurdu.

   İnsanlar öz əllərindən gələni edir, bir quru sözlə də olsa şəhid ailəsinə təsəlli verməyə çalışırdılar. Lakin  rayonun məsul vəzifə sahibləri, nə rayon İcra başçısı, nə müavinləri bu tədbirdə iştirak etdilər.

Ən acınacaqlı vəziyyət isə Vüqarın ailəsinin yaşadığı evin vəziyyəti idi. Evin üzəri köhnə kirəmitlə örtülüdür. Yağış yağarkən evin içərisi gölməçəyə dönür. Evdəki bütün qablar yağış daman yerlərə düzülür.


 Əgər dağ cüssəli, ali təhsilli Vüqar sağ olsaydı, yəqin ki onların evi də bugün ən müasir dam örtüyü ilə örtülərdi. Bəlkə dam örtüyü deyil, evin özü də yenilənərdi. Lakin Vüqar bunları fikirləşmədi. Fikirləşdiyi Vətən oldu , torpaq oldu !

   Bəlkə də fikirləşdiki ki, mən canımdan keçirəm yerdə qalanlar nə ki ..

       Lakin bu gün Vüqar kimi oğulların hesabına qışda isti , yayda sərin kabinetlərində oturan, bəlkə də bir günə bir dam örtüyünün pulunu xərcləyənlər- İcra başçıları , müavinlər , rayonun digər məsullarının vicdan anlayışından xəbərləri varmı ?! Bir türk gözəlçəsinə  torpaq vəd edənlər, qiymətli hədiyyələr verənlər  bir şəhid evini təmir etməkdə bu qədərmi maraqsızdırlar.

        Budur , Cənab başçı Aprel şəhidinin evi !

          Baxın və əməllərinizə özünüz qiymət verin .

 

Müşfiq Kişiyev.

Tanınmış aparıcı Hacı Nuran Hüseynov dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu sakini xəstəxanada ziyarət edib.

 O, Mehriban adı verilən körpə ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb və əhalimizin sayının 10 milyona çatması münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

 

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

 













 

 

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik ediblər.


Son günlər içində uşaqlar üçün ziyanlı ola biləcək yad cisim çıxmasıyla müzakirələrə səbəb olan “Malyutka-2 uşaq qidalarının laborator müayinəsi yekunlaşıb.

Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub. 

“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün  yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.

Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb. 

Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi  “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmamışdır.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. 

İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İcra Başçısıdır. Bu şəxs kimidir? Bu şəxs azərbaycanlı Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Tofiq müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir. 

Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovun adı, Ağdaş ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Tofiq İbrahimov yüksək insanlığı ilə seçilən bir insan və Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısıdır!

Tofiq İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağdaş şəhərinindən keçən magistral yolun sağ tərəfində son illərdə yaradılmış müasir inzibati mərkəzə, şəhərin xəritəsinə əlavə olunmuş bu abad və yaraşıqlı əraziyə yerli əhali, haqlı olaraq, “Yeni Ağdaş” adı vermişdir. Bu möhtəşəm layihə, ümumiyyətlə, son dövrdə rayonda aparılmış genişmiqyaslı quruculuq işləri, Prezident İlham Əliyevin də vurğuladığı kimi, həqiqətən, Ağdaşın köhnə simasını dəyişdirmişdir. Bütün bunlar artıq, təbii olaraq, “dünənin” və “bugünün” Ağdaşından söhbət açmağa əsas verir.

Həqiqətən, ən müasir üslubda inşa olunmuş Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binası bir memarlıq nümunəsi kimi də diqqəti çəkir. Binada müasir idarəetmənin metodlarından istifadə olunması üçün bütün texniki imkanlar yaradılıb. Rayon sakinlərinə müraciət xidməti, sakinlər və yerli icra nümayəndəlikləri ilə video-konfrans zalı fəaliyyətin səmərəliliyini artırır. Qeyd edək ki, ölkə rəhbəri Ağdaşa səfəri zamanı son illərdə tikilmiş Heydər Əliyev Mərkəzinin, YAP-ın Ağdaş rayon təşkilatının inzibati binasının, Bayraq meydanının, Ağdaş Meyvə Emalı Zavodunun, Ağdaş Yem Emalı Fabrikinin, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, Ləki dəmir yolu vağzalının, Ağdaş regional elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş və Heydər parkında həyata keçirilmiş yenidənqurma işləri ilə də tanış olmuşdur.

Rayon rəhbərliyi qarşıda duran problemləri yerlərdə əhali ilə keçirilən görüşlərdə, ümumrayon toplantılarında vaxtaşırı müzakirə edir, konkret tədbirlər hazırlayıb həyata keçirir. Hazırda rayon ərazisində bir sıra həlli vacib problemlər qalmaqdadır. Bunların da vaxtında və yüksək səviyyədə həll olunması üçün aşağıdakı məsələlər təxirəzalınmaz hədəf kimi seçilmişdir: Ağdaş şəhərinin küçələrinin asfaltlaşdırılmasının davam etdirilməsi; mərkəzi küçələrin işıqlandırma sisteminin bərpa olunması, kəndlərarası yolların asfaltlaşdırılması; Ağdaş şəhərinin qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması; istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, elektrik xətlərinin SİP-kabellərlə əvəz olunması; əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə qəsəbə və kəndlərdə artezian su quyularının qazılması və sutəmizləyici qurğuların quraşdırılması; əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və s. Bu problemlərin aradan qaldırılması məqsədilə hazırda rayonda ardıcıl və sistemli iş aparılmaqdadır.

Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovun rayon camaatına göstərdiyi münasibət və atdığı addımların sayəsində Ağdaş Rayonunda camaat məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran icra başçısıdır.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.

Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL