![]() |
![]() |
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Bu barədə birinci vitse-prezident özünün instagram hesabında yazıb:
“Əziz həmvətənlər,
Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin”.
Yaranmışların ən alisi insandır. Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya uğramağa başlamıdır. Günümüzün reallığında yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən, Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var. Elə qəhrəmanım " Bakı Tekstil Fabriki " MMC -nin sədri Səkinə Babayeva də belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.
Yaşadığımız günlər ən müqəddəs günlər hesab edilir. Bütün müsəlman aləmi Müqəddəs Ramazan ayının pak işığına toplaşır, daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Səkinə xanım də bu sıradandır.
Səkinə xanım öz adından qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə başda möhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə, ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.
Biz də öz növbəmizdə Səkinə xanımı təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini diləyirik . Bayramınız mübarək !
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.
Əziz bacı və qardaşlarım!
Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!”
Prezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam verib.
Sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
Yaranmışların ən alisi insandır. Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya uğramağa başlamıdır. Günümüzün reallığında yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən, Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var. Elə qəhrəmanım " Bakı Tekstil Fabriki " MMC -nin sədri Səkinə Babayeva də belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.
Yaşadığımız günlər ən müqəddəs günlər hesab edilir. Bütün müsəlman aləmi Müqəddəs Ramazan ayının pak işığına toplaşır, daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Səkinə xanım də bu sıradandır.
Səkinə xanım öz adından qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə başda möhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə, ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.
Biz də öz növbəmizdə Səkinə xanımı təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini diləyirik . Bayramınız mübarək !
Paytaxtımızın aparıcı rayonlarından biri də Nərimanov rayonudur. Ölkə rəhbəri Cənab İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına , yüksək həyat tərzinin təmin olunmasına münbit şərait yaratmışdır.
Eyni zamanda rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlər davam etdirilməkdədir. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 32 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 5 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsindədir.
Rayonda sosial-rifah halının yaxşılaşdırılması , əhalinin məşğulluğunun artırılası məqsədi ilə ölkə xaricində də geniş layihələrə imza atılmışdır. Belə ki , ölkə rəhbəri Cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin may ayının 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasimi olmuş , həmçinin 2017-ci ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşası həyata keçirilir, eyni zamanda Azərbaycan İş Mərkəzinin nəzdində inşası nəzərdə tutulan Azərbaycan Ticarət Evinin binası üçün torpaq sahəsinin ayrılması ilə bağlı Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparılır . Bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacaq və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəkdir.
Nərimanov rayonu İcra Hakimiyyətinin təşəbbüsü və birbaşa iştirakı ilə bütün mədəni-kütləvi tədbirlər yüksək peşəkarlıqla həyata keçirilir. Bayram tədbirləri , bütün əlamətdar hadisələr, anım günləri yüksək səviyyədə qeyd edilir.
İcra başçısı cənab Abdin Fərzəliyev mütəmadi olaraq rayon sakinləri ilə görüşlər keçirir, onları narahat edən məsələlərlə, problemlərlə yetərincə maraqlanır, yerindəcə müvafiq tədbirlər görür.
Qarşıdan bütün müsəlmanların Müqəddəs bayramı - Ramazan bayramı gəlir. Bu münasibətlə başda İcra başçısı Abdin müəllim olmaqla onun bütün kollektivini, o cümlədən rayon sakinlərini təbrik edirik. Mərhəmət qapılarının açılıdığı , bütün duaların qəbul olunduğu bu günlərdə bütün arzu və istəklərinin həyata keçməsini , diləklərinin qəbul olmasını arzulayırıq. Bayramınız mübarək !
Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoyub.
İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost və strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev - “Müasir dövrdə respublikamızda ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində atılan istənilən innovativ və müasir addımı Azərbaycan Kooperasiya Universitetində də tətbiq etmək əsas məqsədimizdir. Bu gün universitetimiz öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaqdadır. Tələbələrimizin intellektual səviyyədə inkişafı, onların yüksək ali təhsil almaları üçün şəraitin yaradılması fəaliyyətimizin prioritet istiqamətidir. Həmçinin universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin texnoloji yeniliklərlə tədrisi mənimsəməsi bizim üçün olduqca önəmli məsələdir”.
Millidestek.az olaraq bu şərəfli insan - Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Eldar Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Eldar Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Eldar Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Biz də hörmətli Eldar Quliyevi dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
****
Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.
Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır
Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 12 nəfər professor, 99 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 104 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.
Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir.
Millət vəkili, professor Eldar Quliyev - Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanın yaradıcısı olduğunu deyən Eldar Quliyev Ulu öndərin bu yolda ardıcıl və məqsədli siyasət nümayiş etdirdiyini, cəmiyyətin hərtərəfli inkişafı sahəsində mühüm nailiyyətlərə imza atdığını deyib. O, Heydər Əliyev epoxasını şərtləndirən mühüm amillərdən söz açaraq, böyük dövlət xadiminin müstəqil dövlətçilik uğrunda apardığı mübarizə, azərbaycançılıq, böyük siyasi iradə kimi əsas prinsiplərin bu epoxada aparıcılıq təşkil etdiyini diqqətə çatdırıb.
Qarşıdan bütün müsəlmanların müqəddəs bayramı - Ramazan bayramı gəlir. Bu münasibətlə Eldar müəllimi təbrik edir , ailəsinə , yaxınlarına cansağlığı və bol ruzi- bərəkət arzulayırıq.