![]() |
![]() |
Bu ilin fevral ayında baş verən zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına və sərəncamlarına uyğun olaraq, Şamaxı, Ağsu və İsmayıllıda yararsız vəziyyətə düşən evlərin yerində yüzlərlə fərdi yaşayış evi, iki yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilib.
“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, Şamaxı rayon sakini, 75 yaşlı Xuraman Həsənovanın fərdi yaşayış evi də zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Mənzil yaşamaq üçün yararsız olduğundan dövlət başçısının tapşırığı ilə Xuraman nənəyə də dördmərtəbəli yaşayış binasından bütün əşyaları ilə təmin olunan üçotaqlı mənzil verilib.
Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib.
Xuraman nənə bildirib ki, dövlət başçısının onlara qonaq gəlməsi onun üçün gözlənilməz olub:
“Düzünü desəm, gözləmirdim, mənim üçün unudulmaz bir an oldu. Prezidentimizin evimizə gələrək mənzilin açarlarını bizə təqdim etməsi ailəmiz üçün ən böyük hədiyyədir. Çox sevindik, uçmağa qanadımız olmadı. Mənim 75 yaşım var, indiyədək Prezidentimizi yalnız televizorda görmüşdüm. Amma onunla görüşməyi, özü də evimdə... Sevincimizi ifadə etməyə söz tapanmıram”.
Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub.
“Zəlzələ baş verəndən sonra Prezidentimiz bir neçə dəfə Şamaxıya gəlib. Qəzalı evlərin yenidən tikilməsi üçün tapşırıq verib, vəsait ayırıb. Bunun nəticəsində yeni evlər tikilərək sakinlərə verildi. Allah onun canını sağ eləsin”, - deyə Fərdar Həsənov bildirir.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadənin verdiyi məlumata görə, rayon üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət çoxmərtəbəli üç bina tikilib. Bundan başqa, 1175 evdə bərpa işləri görülüb. Yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.
Xatırladaq ki, bu il fevralın əvvəlində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə güclü zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Dağıntılar əsasən Şamaxı və Ağsu rayonlarında baş verib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.
"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət olub.
Birinci vitse-prezident Mehriban Əliyeva deyib: Salam, hörmətli Əlibaba müəllim. Çox şadam sizi görməyə.
Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib.
Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.
Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.
Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim, çox sağ olun.
Əlibaba Məmmədov: Təbrik edirəm. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin.
Mehriban Əliyeva: Çox sağ olun Əlibaba müəllim.
Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.
Mehriban Əliyeva: Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim.
Əlibaba Məmmədov: Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm, həmişə, necə deyərlər, ürəyimdəsiniz.
Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm.
Əlibaba Məmmədov: Çox sağ olun, var olun. Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm yadımdan çıxıb. Mən də Sizi təbrik edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri sözü bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil.
Mehriban Əliyeva Çox sağ olun.
Əlibaba Məmmədov: Amma bir şeyi də qeyd edim ki, Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.
Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.
Əlibaba Məmmədov: Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız.
Mehriban Əliyeva: Elədir. Bu, bizim mədəni irsimizdir, Əliababa müəllim. Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq.
Əlibaba Məmmədov: Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz.
Mehriban Əliyeva: Çox sağ olun. Mənim üçün böyük şərəfdir belə sözləri sizdən eşitmək. İnanın mənə, doğrudan böyük şərəfdir. Çox sağ olun.
Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.
Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin dən böyük salamlarını sizə çatdırıram.
Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.
Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.
Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?
Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.
Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.
Mehriban Əliyeva: Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.
Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şər və Böhtan yazanlara tutarlı cavab - Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Ucarda 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyeviin qoçuları var..". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyevdir.
Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əvəz Nəbiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əvəz Nəbiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Əvəz Nəbiyevdən danışdılar yaxşı ki, Əvəz Nəbiyev Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi təyin olunub… Əvəz Nəbiyev öz isguzarlığı ilə tanınır və seçilir….
Əvəz Nəbiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Əvəz Nəbiyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Əvəz Nəbiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Əvəz Nəbiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Əvəz Nəbiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Əvəz Nəbiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Əvəz Nəbiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsinə rəis gəldiyi gündən Əvəz Nəbiyev vəzifəsini daşıdığı Ucar rayon 2 saylı Su Kanal Regional İdarəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Ona etibar edilən bütün işlərdə Əvəz Nəbiyev özünü doğruldub. Bizdə hörmətli Əvəz Nəbiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.!
Çox qəribə haldır ki, bəzən insanlar bilərəkdənmi və yaxud bilməyərəkdənmi qaragüruhun dalınca düşür . Haqqa nahaq deyir, ədalətsizliyə vəsilə olurlar. Bugünkü yazımın qəhrəmanı da məhz belə haqsızlığa uğrayan insandır, şəxsiyyətdir. Əslində bütün bunlar onun şəxsiyyəti, çoxşaxəli fəaliyyəti, xeyirxah əməlləri qarşısında heç nədir və ona zərrə qədər də kölgə sala bilməz. Lakin məsəl var ; milçək bir şey deyil . ürək bulandırır.
Elm aləminə, ziyalı təbəqəsinə çox yaxşı tanış olan AMEA-nın müxbir üzvü , ADAU- nun rektoru elmlər doktoru, professor İbrahim Cəfərov !
Görkəmli ictimai xadim, elm adamı, illərini elmə, təhsilə vermiş bir ziyalı , alicənab insan, tələbələrin dostu, dövlətini sevən, ləyaqətlə qulluq edən İbrahim müəllim! Xalqına , prezidentinə , ölkəsinə sadiq , bütün bunları əməlləri ilə isbat etmiş əsl vətəndaş , əsl şəxsiyyət İbrahim müəllim !
İbrahim müəllim elə bir insan, elə bir rəhbər, elə bir əməl sahibidir ki, onu nədəsə günahlandırmaq, mühakimə etmək sözün yumşaq mənasında vicdansızlıqdır , ləyaqətsizlikdir, şərəfsizlikdir. Çünki İbrahim müəllimi tanıyanlar çox gözəl bilir ki , o həm əməllərində, həm sözlərində nə qədər dürüst , nə qədər səmimi insandır.
Sözümün məğzi ondan ibarətdir ki , bəzi mətbu orqanlarda İbrahim müəllimə qarşı yönəlmiş qərəz dolu, dırnaqarası yazılar heç də həqiqəti əks etdirmir, şər-böhtandan , qarayaxmadan başqa bir şey deyil. Doğrudur, mətbuat tənqid etməli, əsl həqiqətləri üzə çıxarmalıdır. Lakin şər-böhtana əl atmaq, təhqirə yol vermək, böyük ürəklə, əzmkarlıqla görülən işlərə, saysız xidmətə kölgə salmağa çalışmaq peşə etikasına sığan deyil. Mətbuat insanları ləkələmək üçün təşəkkül tapmayıb, düzü düz, əyrini əyri işıqladırmaq üçün bərqərar olub. Gəlin , bu həqiqiəti heç zaman unutmayaq , unutmayaq ki , bir zamanlar vicdanımız sızlamasın, xəcalət hissindən utanmayaq!
Müşfiq Kişiyev.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rüstəm Paşayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisi Rüstəm Paşayevdir.
Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisi Rüstəm Paşayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Rüstəm Paşayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Rüstəm Paşayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Rüstəm Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rüstəm Paşayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Rüstəm Paşayevdən danışdılar yaxşı ki, Rüstəm Paşayev Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisidir. Rüstəm Paşayev öz isguzarlığı ilə tanınır və seçilir….
Rüstəm Paşayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rüstəm Paşayev yüksək insanlığı ilə seçilən bir insan və deputatdır!
Rüstəm Paşayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rüstəm Paşayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Rüstəm Paşayev özünü doğruldub. Bizdə hörmətli Rüstəm Paşayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
ÜMUMMİLLİ LİDER BUNUNLA XALQIMIZA BİTİB-TÜKƏNMƏZ XƏZİNƏ ƏRMƏĞAN ETDİ
Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisi Rüstəm Paşayev - Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.
Ötən 24 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Müşfiq Kişiyev