Bəşəriyyətin ən ali varlığı insandır. Bu həqiqəti dərk edənlər , sözün tam mənasında anlayanlar bir yaşam boyu həqiqi insan olmağı , ona verilən bu şansdan dəyərlənməyə çalışır. Ömürləri boyunca insanlıq adına , bəşəriyyət adına ləyaqətlə xidmət edir, dünyamızı gözəlləşdirməyə çalışırlar.

   Haqqında danışmaq istədiyim qəhrəmanım da müasir dövrümüzdə çox az təsadüf edilən belə şəxsiyyətlərdəndir. Cəmiyyətimizə yaxından tanış olan Cavid Qənbər oğlu Qurbanov! Cavid müəllim 1958 – ci ildə Azərbaycanımızın dilbər guşəsi Kəlbəcər rayonun Ağdaban kəndində  əsilli- nəsilli bir ailədə dünyaya gəlib.Orta əslərdə yaşamış əsrarəngiz möcüzələrə malik , müqəddəs övliyalarımızdan olan Miskin Abdal ocağının nümayəndəsi , Aşıq Qurbanın nəticəsi , Dədə Şəmşirin nəvəsi Cavid müəllim! Təbii ki , belə bir   qüdrətli  nəslin   nümayəndəsi bu qədər alicənab , bu qədər yüksək mənəviyyatlı ola bilərdi. Çünki halallıq , insanpərvərlik , ziyalılıq onun canında , qanında ,  genindədir.

   Cavid müəllim səciyyələndirən xüsusiyyət təkcə yüksək ali keyfiyyətlə malik insan olmağı deyil , həmçinin gözəl mütəxəssis , sənətinin əsl bilicisi , yüksək idarəçiik qabiliyyətinə malik rəhbər olmasıdır. Bu isə təsadüfi deyil , çünki gənc yaşlarında əməyə , zəhmətə alışıb.  Orta məktəbi bitirdikdən sonra   1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.  1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışib. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləyib.  1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışib.  2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. . 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutub.  Texniki elmləri namizədidir.
9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

 Göründüyü kimi bu günkü günlərə əzmkar zəhmətin , əməyin nəticəsində gəlib Cavid müəllim . Zəngin təcrübə , yüksək idarəçilik qabiliyyəti  təbii ki , öz sözünü deyir. Bunun bariz nümunəsi bu gün Cavid müəllimin rəhbərlik etdiyi qurumun respublikamızın infrastrukturunda gördüyü genişmiqyaslı işlər ,qazandığı uğurlar , naliyyətlərdir.

 Cavid müəllim , həmçinin fəal ictimai xadimdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Voleybol Federasiyasının sədridir.

  Cavid müəllim millət vəkilidir. Seçicilərinin  hüququnu  ən ali kürsüdən  müdafiə edir.

  Sentaybın 19 Cavid müəllimin 60 yaşı tamam olur. Şərəflə və ləyaqətlə keçən 60 il ! Qüdrətli nəslə ,  sələflərinə layiq 60 il.! 60 ilin işığında budur səciyyələndirən Cavid müəllimi !

   Doğum gününüz mübarək Cavid müəllim . Neçə belə on illkləri qeyd edəsiniz . İnşallah . Yaşınızın üzərinə gələn hər bir il sizə naliyyətlər , uğurlar , xoşbəxtlik gətirsin , ömür kitabınıza qızıl hərflərlə yazılsın!

  Müşfiq Kişiyev.

Prezident İlham Əliyev sentyabrın 12-si Bakıda ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb. Dağlıq Qarabağ münaqişəsindən söz açan İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir.

Ardını oxu...