![]() |
![]() |
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.
SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 60 il arzusunda olduğu Pirşağı elektrik qatarının sərnişini olaraq Bakı Dəmir Yolu stansiyasından qəsəbəyə gedib.
"Qafqazinfo" xəbər verir ki, bu gün gerçəkləşən səyahətdə REAL TV-nin rəhbəri Mirşahin Ağayevin yolboyu X.Yusifzadə ilə söhbəti lentə alınıb.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 90 illik yubileyində xatirələrini bölüşərkən illər əvvəl Pirşağıya "elektriçka" çəkilməsinin arzusunda olduğunu bildirmişdi.
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədovun təbliğat kompaniyası çərçivəsində rayonun Qosmalian və Kələxan inzibati ərazi vahidlərində yaşayan seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan partiyanın Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev deputatlığa namizəd İ.Məmmədov barədə geniş məlumat verib.
Qeyd olunub ki, YAP-ın bu seçkilərdə də irəli sürdüyü 123 namizədin hamısı Milli Məclisdə seçicilərimizi təmsil etməyə layiq olan partiya üzvləridir. Əminik ki, 09 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər.
Deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş şəxslərə böyük etimad göstərdiyini bildirib və qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq.
Lerik rayonu Respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən namizəd abadlıq və quruculuq işlərinin davam edəcəyini və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.
İ.Məmmədov qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.
Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildirdilr ki, 09 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İqbal Məmmədova səs verəcəklər.
93 saylı Bərdə Seçki Dairəsindən Deputatlığa namizəd Xəyalə Əhmədova: “İmza toplama ərəfəsində həmkəndlilərimdən özümə qarşı çox böyük sevgi və inam gördüm və bu atdığım addımda güvənimi daha da artırdı”.