![]() |
![]() |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.
Hər il olduğu kimi Sabunçu rayonu Pirşağı bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-2020-ci il İş planına uyğun həyata keçirmişdir.
Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Sabunçu rayonu Pirşağı sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.
Sabunçu rayonu Pirşağı bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabunçu rayonu Pirşağı Bələdiyyə sədri Şakir Quliyevdir.
Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri Quliyev Şakir Arif oğlu 21 yanvar 1955-ci ildə Sabunçu rayonu Pirşağı qəsəbəsində anadan olub.
1962-cı ildə Sabunçu rayonu Pirşağı qəsəbəsinin 112 saylı tam orta məktəbində təhsil alıb.
1974-1976-cı illərdə hərbi xidmətdə olub.
1983-cü ildə Moskva Kooperativ İnstitutunu qiyabi bitirib.
1981-ci ildən keçmiş sovet ticarəti sistemində müxtəlif vəzifələrdə çalışıb.
1999-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2009-2014-2019-cu il bələdiyyə seçkilərində iştirak edib, bələdiyyə üzvi seçilib, hazırda Pirşağı bələdiyyəsinin sədridir.
Sabunçu rayonu Pirşağı Bələdiyyə sədri Şakir Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şakir Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şakir Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Şakir Quliyevdan danışdılar yaxşı ki, Şakir Quliyev Sabunçu rayonu Pirşağı Bələdiyyə sədridir… Şakir Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Şakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Şakir Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Şakir Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Şakir Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Şakir Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Şakir Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Şakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Şakir Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu rayonu Pirşağı Bələdiyyə sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Şakir Quliyev özünü doğruldub. Bizdə hörmətli Şakir Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir sıra dairələr daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə geri göndərilib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
***
Azərbaycan Prezidenti Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
***
Ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışına qatılıb.
***
Prezident səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
***
Dövlət başçısı Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatında iştirak edib.
Fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı diqqət çəkən məqamlardan biri də bəzi tanınmış simaların deputat seçilməməsidir.
Parlamentdən kənarda qalan məşhurların bəzilərini təqdim edirik:
1. 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd Günel Səfərova (“Vətəndaş” tədqiqat və inkişaf ictimai birliyinin sədri);
2. 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Arif Hacılı (Müsavat Partiyasının başqanı);
3. 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər (Müsavat Partiyasının keçmiş başqanı);
4. 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd Fərhad Mehdiyev (Beynəlxalq hüquq üzrə professor);
5. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Taleh Şahsuvarlı (Sosial İnformasiya Agentliyinin direktor, jurnalist);
6. 24 saylı Nizami birinci seçki dairəsindən namizəd Nəsiman Yaqublu (Bakı Dövlət Universiteti, Mətbuat tarixi kafedrasının professoru);
7. 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Emil Şahzadə (Azərbaycan televiziya və radio verilişləri QSC-də direktor müavini, aparıcı);
8. 33 saylı Xətai birinci seçki dairəsindən namizəd Fuad Abbasov (“Misra” İnformasiya Mübadiləsi və Təşəbbüs İctimai Birliyinin sədri, jurnalist);
9. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd İqbal Ağazadə (Ümid Partiyasının sədri);
10. 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd Günel Eyvazlı (Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kitabxana müdiri, şair);
11. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd Elza Seyidcahan (Əməkdar artist);
12. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd İlkin Xəlilov (“Azad Azərbaycan” müstəqil teleradio kompaniyasinda redaktor);
13. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizəd Azər Həsrət (Jurnalist);
14. 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Kamil Musavi (İbadət “Carçıoğlu group” MMC-də direktor müşaviri, qazi);
15. 61 saylı Neftçala seçki dairəsindən namizəd Kamran Əsədov (Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin direktoru, təhsil eksperti);
16. 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd Yadigar Sadıqlı (Müsavat Partiyasının üzvü);
17. 81 saylı Beyləqan seçki dairəsindən namizəd Zülfiyyə Bayramova (ATV telekanalının “Qanunla biz” verilişində layihə rəhbəri);
18. 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd Ləman Ələşrəfqızı (Real TV-nin əməkdaşı);
19. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Afət Telman qızı (Real TV-nin əməkdaşı); /Redaktor.az/
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb.
İnstitutdan APA-nın sorğusuna verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib.
Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb. Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib.
Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib. O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib.
1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.
Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyirəm”.