24 mart 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir. İclasda rayon ərazisində koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilmiş, bu istiqamətdə görülən işlər müzakirə olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən elə ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilmişdir.

Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargah tərəfindən də rayon sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir. Qeyd olunmuşdur ki, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, yaşayış binalarında və küçələrdə qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır. İclasın yekununda aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verilmişdir.




Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Parklarda, küçələrdə, idarə və müəssislərin qarşısında, uşaq əyləncə meydançalarında və söhbətgahlarda xüsusi ayrılmış texnikalar vasitəsilə qrafik üzrə müntəzəm proflaktik dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.


1992 ci il Xocalı Soyqırımı qurbanları Şəhidlər Xiyabanında dəfn olunmuş 2 azyaşlı naməlum (birinin adı sonradan məlum oldu Gülmirə) körpələrimizin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm. Hər il Novruz bayramında onları mütləq ziyarət etməliyəm. Axı onları bu sevimli gündə xatırlayan, ziyarət edən nə Ana var nə Ata. Onların da ruhən gözlədikləri var.





Bütün dünyanın diqqəti koronavirusla mübarizəyə yönəlib.

Dünyanın 176 ölkəsində 200 mindən çox insan bu virusa yoluxub. Daha çox insan yoluxmasın deyə ölkələr müxtəlif önləyici tədbirlər həyata keçirir. Hələ ki, konkret nəticə olmasa da, alimlər virusun vaksinini axtarırlar. Hələlik real nəticə olmasa da, axtarışlar davam edir. Mövcud imkan və dərmanlar hesabına sağalan xəstələrin sayı göstərir ki, bütünlükdə dünya bu problemdən qurtula biləcək, hələlik ƏSRİN BƏLASI sayılan bu pandemiya tezliklə yeniləcək.

Azərbaycanda kütləvi olmasa da, virusa yoluxanlar var. Ölkəmizdə indiyə kimi 33 nəfərin virus daşıyıcısı olduğu bildirilir və onlardan da artıq 7 nəfər sağalaraq, normal həyata qayıdıb. Ölkəmizdə virusa yoluxanların hamısı xaricdən gələnlərdir. Bu da onu göstərir ki, ökənin daxilində virus yayılmayıb. Ekspertlər hesab edirlər ki, bunun əsas səbəbi Prezident və Birinci vitse-prezidentin birbaşa nəzarəti ilə Azərbaycan hökumətinin virusla mübarizədə taktiki-strateji addımlarının düzgün müəyyənləşdirilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana dəvət olunmuş mütəxəssislərinin apardıqları monitorinqlər də bunu təsdiqləyir.

Ölkədə koronavirusla mübarizə sahəsində təxirəsalınmaz tədbirlər kütləvi yoluxmanın qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır. Tədris prosesinin dayandırılması, virusun yayıldığı və ölüm hallarına görə dünyada ilk üçlükdə dayanan İranla sərhədlərin zamanında bağlanması, xarici ölkələrdəki azərbaycanlıların ölkəyə təxliyyə edilməsi dövlətin öz vətəndaşını qorumasına yönəlik addımlardır. Ekspertlərin rəyinə görə, virusa kütləvi yoluxmanın, ölüm hallarının qarşısını almaq üçün bu qəbildən tədbirlər xüsusi önəmə malikdir və izolyasiya tədbirləri vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Bu baxımdan, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ictimaiyyətin məlumatlandırılması istiqamətindəki tədbirləri və bu məsələdə KİV-in dəstəyinin xüsusi rolu var. Təbii ki, izolyasiya tədbirləri, əhalinin qorunması üçün qərarların zamanında verilməsi ölkə rəhbərliyinin məsələni birbaşa nəzarətdə saxlamasının nəticəsdir. Zamanında müdaxilə hətta ən ağır xəstəliklərin müalicəsində belə təsirli olduğu kimi, mövcud şəraitdə hətta radikal tədbirlərlə bağlı qərar qəbulu da xilasedici faktor sayılır. Bütün bunlar nəzərə alınaraq, ölkə üzrə izolyasiya tədbirlərinin tətbiqi və hətta Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, gərəkli olarsa, fövqəladə vəziyyətin elan olunması əhalinin mühafizəsinə yönəlmiş addım kimi xüsusi dəyərləndirilir.

Vəziyyətin təhlili göstərir ki, əhali arasında hər hansı təşviş, panika yoxdur. Səbəb situasiyanın düzgün dəyərləndirilərək vətəndaşların mühafizəsinə yönəlik qərarların gec olmadan qəbulu və vətəndaş-dövlət həmrəyliyidir.

Bu məsələdə ölkə rəhbərliyinin iradəsi göz önündədir. Ölkə əhalisi vəziyyətin birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində olduğunu bilir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə bu məsələlərə toxunması, koronavirusla mübarizə edən tibb işçilərinin əmək haqqının 3-5 dəfə artırılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, virusla mübarizə üçün 1 milyard manatın ayrılması vəziyyəti tam nəzarət altına almaqla yanaşı, həm də sosial təminatı zəif olan şəxslərin dəstəklənməsi, virusun iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılmasında sahibkarlara dəstək baxımından da xüsusi önəm daşıyır. Tibbi ləvazimatlara ehtiyacın çox olduğu, bəzi işbazların bilərəkdən tibbi maska qıtlığı yaratdığı bu günlərdə Prezidentin tapşırığı ilə bir gecədə yüzlərlə süni tənəffüs aparatının alınaraq ölkəyə gətirilməsi (dünyanın əksər ölkələrində məhz bu aparatlar çatışmır), Heydər Əliyev Fondu tərəfindən tibb müəssisələrinə zəruri tibbi ləvazimatların paylanması xalqı rahatladan tədbirlər oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətindəki səmimi ton isə həm də dövlətin hər bir vətəndaşının qayğısına qaldığını bir daha sərgilədi. İndiki şəraitdə bu, öz təsir gücünə görə heç də tibbi müdaxilədən geri qalmır. Vətəndaş indiki situasiyada dövləti və onun rəhbərlərini öz yanında hiss edir. Bütün dünyanı sarsan bu bəladan daha az itki ilə çıxmağın formulu dövlət-vətəndaş əməkdaşlığıdır ki, Azərbaycanda bu formul faktiki uğurunu göstərir.

Rəsmi qurumlar üzərlərinə düşən vəzifələrin öhdəsindən maksimum nöqsansız gəlməyə çalışır, insanlar problemin mahiyyətini dərk edir, media bu məsələdə öz maarifləndirici rolunu çox düzgün həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycan aparılan uğurlu və düşünülmüş taktiki-strateji tədbirlər hesabına ƏSRİN BƏLASIndan maksimum az itki ilə çıxmağı bacaracaq.

Cebhe.info Analitik Qrupu


Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov - Hörmətli həmkarlar!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!


Prezident İlham Əliyevdən nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.




Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşüb.

Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəlib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.

Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.

Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşüb.

Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün, ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.

Dövlətimizin başçısı Novxanı dayanacağına gəlib.

Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.

Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısı burada dəmiryolçularla görüşüb.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev deyib:

“Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.

Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.

Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.

Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.

Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.

Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.

Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.

Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.

Cavid Qurbanov: “Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik”.

Prezident İlham Əliyev: “Sağ olun”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTOİlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTO