Şər və Böhtan yazanlara tutarlı cavab - Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır


HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentidə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Rəfail Mehrəliyevin “xeyir-dua”sı ilə cibə qoyulan milyonlar – ŞOK FAKTLAR". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyevdir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Rafael Mehrəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. . 

Sorğu apardıq ağız dolusu Rafael Mehrəliyevdən danışdılar yaxşı ki, Rafael Mehrəliyev Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi təyin olunub… Rafael Mehrəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Rafael Mehrəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Rafael Mehrəliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Rafael Mehrəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rafael Mehrəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rafael Mehrəliyev ani və düzgün qərar qəbul edən insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Rafael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rafael Mehrəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rafael Mehrəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Rafael Mehrəliyev özünü doğruldub. Bizdə hörmətli Rafael Mehrəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


"Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb".
Bu fikirləri Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı bildirib ki, ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır:"Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın".


Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Beyləqan sakini tərəfindən müraciyyət





Möhtərəm cənab Prezident!

Bu gün bizim Beyləqan rayonunda Suvarma Sistemləri idarəsinin və xüsusilə də idarənin rəisi Azim Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində bu sahədə çox bərbad bir durum yaşanmaqdadır.

İlk növbədə onu qeyd edək ki, hazırda Beyləqan Suvarma Sistemləri idarəsində real işçilərdən daha çox “ölü canlar”ın üstünlük təşkil etməsi bu qurumun fəaliyyətini iflic vəziyyətinə gətirib. Məsələn, Kamil Salehli adlı bir şəxs, həmçinin Azim Kərimovun sürücüsü Sabir Babyev və onun həyat yoldaşı da idarənin “ölü canlar” siyahısındadırlar. Onların heç biri işə gəlmirlər.Sadəcə olaraq onların adlarına maaş yazılır və bu vəsaitləri də şöbə müdiri kartdan çıxarır. Oxşar vəziyyəti mühasibat və digər şöbələrdə də müşahidə etmək olar. Amma ən pis vəziyyət tikinti şöbəsindədir. Burada 35-40 nəfərin adı maaş cədvəlinə yazılsa da, reallıqda şöbənin işini 3-4 işçi görür. Təbii ki, belə işçi qüvvəsilə kanalları təmizləmək olmaz. Ümumilikdə idarədə sənədlərə görə 100-dən artıq işçinin olduğu göstərilsə də, əslində real olaraq işə hər gün 15-20 nəfər gəlir.Bu səbəbdən də hal-hazırda dövlət vəsaiti hesabına aparılan kanal tikintisi işlərinə kənardan günəmuzd 20 manat ödəniş müqabilində işçi qüvvəsi cəlb edilir. Halbuki, az sayda olsalar da, idarənin real işçiləri həmin işi daha ucuz qiymətə icra edə biləcəklərini bildirirlər. Aydın görünür ki, Azim Kərimov burada şəxsi maraqlarından çıxış edərək dövlət pullarının mənimsənilməsinə yol açıb. Ümumiyyətlə, idarənin maaş cədvəli yoxlanılarsa, məlum olar ki, burada ölü canlara yazılan əmək haqqları, real işçilərə yazılandan daha çoxdur. Bundan başqa isə idarənin baş mühasibi Fədait Rüstəmov hər iki aydan birinin sonunda “ölü canlar”a 60-100 manat civarında mükafat yazır ki, bu pullar da onunla rəis arasında bölüşdürülür. Adlarına ən çox qeyri-qanuni kart açılan isə rayonumuzun 3№-li Sovxoz, Xələcvə Kəbirli kədlərinin sakinləridir.

Dövlətin nəğd pul vəsaitlərindən başqa Beyləqan Suvarma Sistemləri idarəsində texnika üçün ayrılan yanacaq, sürtgü materialları və ehtiyat hissələri də Fədait Rüstəmov tərəfindən “silinir”. Təqdim etdiyimiz fotolardan da görünür ki, idarənin həyətində olan yanacaq çəni təyinatı üzrə istifadəyə tam yarasızdır. Ayrılan benzin və salyarka isə idarənin yaxınlığında yerləşən “qırmızı zapravka”da satılır. İdarənin balansında olan traktorlar, maşınlar və digər texnikanı isə, rəis Azim Kərimov ayrı-ayrı şəxslərə icarəyə verib. Təbii ki, burdan əldən edilən pullar da rəisin cibinə gedir.

Artıq vəziyyət elə bir böhranlı həddə çatıb ki, kənd təsərrüfatı ilə məşğul olan sakinlər öz etirazlarını bildirmək üçün dəstə halında Beyləqana gələrək, idarənin binası önündə izdiham yaratmalı olurlar. O cümlədən martın 5-də, saat 17:00 radələrində 50 dən artıq insan Şərq qəsəbəsindən(4 №-li Sovxoz) gələrək, orada yaşanan qanunsuzluqlara etirazlarını bildirmək məqsədilə idarənin qarşısında toplanmışdılar. Ən böyük suvarılan torpaq əraziləri olan bu qəsəbədə isə həqiqətən də misli görünməmiş özbaşınalıqlar yer alıb. Belə ki, Beyləqan Suvarma Sistemləri idarəsinin Şərq qəsəbəsindəki nümayəndəsi (cuvar) olan Elbrus adlı şəxs həmin bu torpaq sahələrini sözün əsil mənasında susuz qoyub. İdarənin balansında olan traktoru Elbrusun oğlu özünün şəxsi texnukası imiş kimi istismar edir. Həmin traktorla müxtəlif sifarişlər əsasında işləyib pul qazanır, amma suvarma kanallarının təmizlənməsilə məşğul olmur. Hətta sakinlər ona pul da təklif edirlər. Amma kənar işlərdə qazanc daha çox olduğundan Elbrusun oğlu kanallarla məşğul olmur. Ən pisi də budur ki, rəis Azim Kərimov öz işçisi olan Elbrusa nə söz deyə bilmir, nə də ona qarşı hansısa bir tədbir görə bilmir. Çünki bu idarədə hər kəs bir-birini “ölü canlar” və seyflərdə saxlanılan kartlar məsələsilə şantaj edə bilir. Deyilənə görə, Elbrus da kanal təmizləmək xüsusunda Azim Kərimova belə bir ismarıc ünvanlayıb ki, göndər, kimin kartı çoxdur, o da gəlib kanalları təmizləsin.

Azim Kərimovun belə söz keçirə bilmədiyi “işçilər”indən biri də idarənin keçmiş rəisi Ələmşah müəllimin oğludur. Bu şəxs hazırda Bakıda yaşasa da və artıq neçə müddətdir rayona gəlməsə də, cibində Beyləqan Suvarma Sistemləri idarəsinin maaş kartını gəzdirir. Məsələ bundadır ki, Azim Kərimovu vaxtında məhz elə Ələmşah müəllim işə götürüb və onu özünə müavin edib. Artıq təqaüdə çıxanda isə Ələmşah müəllim Azimlə razılığa gələrək onu öz yerinə rəis təyin etdirə bilib. Həmin razılığa görə də A.Kərimov Ələmşah müəllimin oğlunu özünə müavin götürməli idi. Lakin Azim Kərimov bunu etmədi. Bunun əvəzində də o, Ələmşah müəllimi qəzəbləndirməmək üçün onun oğlunu “ölü can” qismində işə götürməli oldu.

Möhtərəm cənab Prezident!

Beyləqan Suvarma Sistemləri idarəsində baş verən bütün bu və digər qanun pozuntuları barədə dəfələrlə yuxarı instansiyalara müraciətlər etsək də indiyədək heç bir tədbir görülməyib. Bilmək olmur, içki düşgünü olan Azim Kərimovu qoruyan gizli əl, himayə edən qüvvə kimə aiddir ki, hətta Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri belə ona qarşı heç bir tədbir görə bilmir.

Belə məlum olur ki, biz beyləqanlıların suvarma suyu ilə bağlı bu problemimiz də yalnız Sizin müdaxiləniz hesabına öz həllini tapa bilər.

Bütün ümidimiz yalnız Sizədir, cənab Prezident!


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, şikayətçi indiki məqamda adının açıqlanmasını istəmədi. Lazım gəldikdə isə əlaqədar orqanlara öz adını açıqlaya bilər.


aia.az









Dilimizdə məclis sözünün mənası kifayət qədər genişdir. O cümlədən ölkənin ən mötəbər məclisi olan parlamentimiz də Milli Məclis adını daşıyır. Adətən hansısa bir məclisdə arzu edilən bir kəsin olmadığında, həmin insan üçün deyirlər ki, onun yeri bilinir. Elə fevralın 9-da baş tutacaq seçkilərdən sonra yeni tərkibdə formalaşacaq parlamentimizdə də bəzi köhnə deputatların yeri mütləq bilinəcək. Belə şəxslərdən biri də 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Azərbaycan Respublikasl Milli Məclisinin V çağırış deputatı olmuş Hacı Salayevdir.

Etiraf olunmalıdır ki, Hacı Salayevin deputat olduğu dövrdən danışarkən, onun təmsil etdiyi Seçki dairəsinin ərazisində yaşayan insanların əksəriyyəti bu deputatn barəsində hər zaman yalnız minnətdarlıqla danışır, ondan millət vəkili kimi razılıqlarını bildirirlər. Belə söhbətlər zamanı Sumqayıt mikrorayonlarının ən böyük problemlərindən olan su  təchizatı məsələsinin öz həllini məhz Hacı müəllimin müdaxiləsindən sonra tapması,  Hacı Salayev tərəfindən təhsilin inkişafına diqqət göstərilməsi, gənc nəslin zərərli vərdişlərdən uzaq durması və sağlam həyat tərzinə üstünlük verməsi üçün mütəmadi olaraq təbliğat xarakterli görüş və digər tədbirlərin keçirilməsi və digər bu kimi məqamlar qeyd olunur. Həmçinin Hacı Salayevin köməksizə hər zaman arxa-dayaq durmaq, kimsəsizə əl tutmaq, mərhəmət və xeyirxahlıq göstərmək kimi əməlləri barədə danışanların sayı kifayət qədər çoxdur. Maraqlıdır ki, Sumqayıt sakinlərinin bir çoxu indi də Hacı Salayev barəsində “bizim deputat” deyə danışırlar. Deyirlər ki, bizim deputat öz seçicilərinin qayğısına çox danışmaqla deyil, çox işləməklə qalır.

Əlbəttə ki, Hacı Salayevin xisləti, onun insani keyfiyyətləri bu şəxsin deputat mandatı daşımadan da artıq onun üçün doğmalaşmış Sumqayıt sakinlərinin bundan sonra da yanlarında duracağına, hər zaman onlara dəstək olacağına dair heç bir şübhə yeri qoymur. Bununla belə, insanlarımız da Milli Məclisdə məhz Hacı Salayev kimi şəxsiyyətlərlə təmsil olunmağa üstünlük verirlər.

Təəssüflər olsun ki, Hacı Salayev fevralın 9-da keçiriləcək parlament seçkilərinə qatılmamaq barədə qərarını artıq verib. Həm də onun belə bir qərar almasında biz jurnalistlərin də rolu olub. Məsələ bundadır ki, Milli Məclisə deputatlığa namizədlərin həm təbliğat, həm də anti-təbliğat kampaniyalarına eyni həvəslə qoşulan bəzi həmkarlarımız, bəzən tələb olunandan çox artıq “cənfəşanlıq” nümayiş etdirirlər. Nəticədə isə, hansısa bir namizədin reytinqini qaldırmaq xətrinə, digərlərinin heysiyyatına toxuna biləcək addımlar atılır. Hacı müəllimə isə belə mübarizə üsulları tamamilə yaddır. Məhz elə bu səbəbdən də Hacı Salayev, hətta seçicilərinin təkidlərinə belə baxmadan, yenidən namizədliyini irəli sürmədi.

Əlbəttə, biz hamımız yeni tərkibdə parlamentin daha effektiv və məhsuldar işləyəcəyinə ümid edirik. Amma bu da danılmaz həqiqətdir ki, Hacı Salayev kimi insanların gedişilə Milli Məclis öz yaradıcı resurslarının hansısa bir hissəsindən məhrum olacaq.  

 Şükür Həsənov                                                                                                                    Gununxeberi.az