Son xəbərlər

 

                        

      Respublikamızın cənub mirvarisi , cənnətməkan Astara  rayonuna növbəti səfərim

ölkəmizdə və dünyada baş verən məlum hadisə - COVİD -19 , Koronavirusla bağlı idi. Səfər əsnasında sevinc və kədər hissləri bir- birini əvəz edirdi. Ölkə rəhbəri Cənab İlham Əliyevin layiqli kadrı , rayonun  İcra başçısı Qəzənfər  Ağayevin rəhbərliyi altında görülən işlər , göz oxşayan gözəlliklər ,səliqə -sahman , tikinti – quruculuq , sosial –infrastrukturun yenilənməsinə dair silsilə işlər bir ayrı yazının mövzusu olmaqla insana fərəh və sevinc gətirir.

     Lakin bu səfərimin başlıca mövzusu mövcud olan vəziyyətlə  əlaqədar operativ və tam gerçəkliyi əks etdirən bir məlumat toplamaq idi. Səhiyyə Nazirliyinin 27 yanvar 2020 – ci il tarixli 3 saylı “Yeni COVİD- 19 , Koronavirus xəstəliyinə “ qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmri verilən gündən yüksək  səviyyədə yerinə yetirilirdiyini  tam əminliklə söyləyə bilərəm. Belə deməyə  rayonda gördüyüm , şahidi olduğum hadisələr əsas verir.  Öncə onu qeyd etmək istərdim ki ,  məlum vəziyyət rayon rəhbərliyinin tam nəzarəti altındadır. Rayon ərazisində sanitar – maarifləndirmə , profilaktik dezinfeksiya işləri layiqincə , ən yüksək səviyyədə  həyata keçirilir. Xəstəliyin profilaktikası üçün   sərhəddə çeşidlənmiş  59 çadır  qurulub.  3 çadır yeməkxana , 3 çadır mobil hospital kimi fəaliyyət göstərir.

     
     
     

     Virusun tüğyan etdiyi İranla sərhəd Аstara rayonunda başladılan pilot layihənin həyata keçirilməsində ən başlıca  vəzifə,  məsuliyyət rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə  düşür. Rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Natiq Əliyevlə əlaqə saxlamaq cəhdimiz heç cür baş tutmadı. Gərgin iş rejimində işləyən Natiq həkimi mərkəzdə tapmaq mümükün deyil . Onun  , gah sərhəddə yaradılan karantin müfəttişliyində , gah da ayrı- ayrı profilaktik tədbirlərin həyata keçirildiyi ərazilərdə , kəndlərdə , qəsəbələrdə , ayrı- ayrı idarə , müəssisə və obyektlərdə  olduğundan xəbər verdilər . Həkimlə yalnız telefon əlaqəsi yarada  bildik. O , bildirdi ki , rayonda vəziyyət stabildir , tam nəzarət altındadır . Xüsusi olaraq qeyd etdi ki ,  bütün bunlar Səhiyyə Nazirliyinin və rayon rəhbərliyinin düzgün qurduğu işin ,   ciddi nəzarətin  , yüksək məsuliyyətinin nəticəsidir.   Ümumiyyətlə rayon ərazisində 64 orta ümumtəhsil məktəbi , 1 pedoqoji kollec , 16 uşaq bağçası , 32 məscid , 45- dən çox idarə - müəssisə  və obyektlərdə iki dəfə dezinfeksiya işləri aparılmış , artıq 3-cü dəfəyə start verilmişdir.

      Xüsusən qeyd etmək istədiyim bir məqam isə , heç yerdə olmayan bir haldır ki , onun da müəllifi  GEM –in direktorudur .Məlum olduğu kimi rayonun mərkəzi xəstəxanası karantindədir. Natiq həkimin  şəxsi təşəbbüsü və birbaşa nəzarəti ilə xəstəxananın həyətinə daxil olan və çıxan   bütün avtomobillər  , təcili tibbi yardım maşınları GEM-in  əməkdaşları tərəfindən yüksək səviyyədə dezinfeksiya olunur , bundan sonra buraxılır. Hətta bazar günü olmasına baxmayaraq ,  hər kəs iş başındadır, dezinfeksiya işləri tam sürətlə davam etdirilir.

    Astara rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərinin , o cümlədən bütün kollektivinin  əməli fəaliyyəti bir vəzifə borcu olmaqla bitmir . Bu qəhrəman, fədakar , əsl Azərbaycan vətəndaşları bunu bir   insanlıq , mənəviyyat borcu hesab edərək gecə - gündüz  demədən , durmadan , dincəlmədən işlərinin başındadırlar. Bir insanı xilas etmək , bəşəriyyəti xilas etməkdirsə  , o zaman onların əməyinin dəyəri , qiyməti sonsuzdur ,  ölçüyə gəlməzdir.  Bu bir faktdır və sübuta ehtiyacı yoxdur. Onu da deməyi özümə borc bilirəm ki , digər rayonlarımızda və bölgələrimizdə də pandemiyaya qarşı mübarizə bu səviyyədə qurularsa vəziyyətə nəzarət etmək və bu bəladan maksimum dərəcədə  az zərərlə qurtulmaq olar.

     Sonda ən böyük təşəkkürümüz  rayonun İcra başçısı Qəzənfər  Ağayevədir. Layiqli kadr siyasəti və rayona ləyaqtlə rəhbərlik etdiyinə görə !
















07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ
18 Aprel 2025 AZTV-NİN CANLI ƏFSANƏSİ
17 Aprel 2025 Təhsil İşçilərinin Hüquqlarının Müdafiəsində qətiyyətli səs – Araz Paşayev
14 Aprel 2025 Göz nurunun keşiyində duran xanım- Akademik Zərifə Əliyeva
11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu