![]() |
![]() |
Azərbaycan Uşaq Fondunun idarə heyyətinin sədri Aqil Məhərrəmovun Gununxeberi.az saytına müsahibəsi
- Aqil müəllim, qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?
- Bəşəriyyət qlobal pendemiya, koronavirus infeksiyası ilə üz-üzə dayanmışdır. Bu görünməmiş fəlakətdən qurtulmaq fədakarlıq tələb edir. Bunun həlli isə dövlətin yeganə mənbəyi olan xalqın onun Liderinin ətrafında sıx birləşməsindən asılıdır. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində dövlət və cəmiyyət monolit bir birliyə sahib olmuşdur. Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə bir çox ölkələr üçün örnəkdir. Bir Azərbaycan vətəndaşı olaraq, yaşından və vəzifəsindən asılı olmayaraq xalqıma müraciət edirəm. Elan olunmuş “Özünütəcrid” və “Evdə qal” kampaniyaları böyük bir fəlakətin qarşısını almaqdan xəbər verir. Özümüzü təcrid edək ki, bu ağır fəlakəti ucuz adladaq. Millətimizin gələcəyi hər birimizin əlindədir. Bir olaq ki, Azərbaycan daha da möhkəmlənsin, daha da böyüsün!
- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı tarixi çıxışı özünün güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü, siyasi məsuliyyəti, siyasətinin fəlsəfi əsasları ilə Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və demokratik dövlətimizdə insanların hüquq və azadlıqları, iqtisadi firavan həyatın bərqərar olduğu, milli, dini, irqi və etnik ayrı-seçkiliyin olmadığı, insanların təkamülü və əqidəsinə görə təqib edilmədiyi müasir sivilizasiyalı cəmiyyətin və vahid Azərbaycan dövlətinin uğurla inkişaf etdiyini bütün dünyaya bir daha elan etdi. Öz çıxışında dövlət başçımız qeyd etdi ki, ölkədə yeni siyasi dövrün başlanması iqtidar-müxalifət dialoqunun daha mütərəqqi, daha demokratik müstəvidə hərəkət etməsinə bir vəsilədir.
Prezident Administrasiyasında yeni yaradılmış "Siyasi partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr" şöbəsinin yaradıldığı ilk gündən Ölkə prezidentinin apardığı siyasi xəttə uyğun olaraq siyasi partiya rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi, onların fəaliyyətində olan müəyyən çətinliklərin aradan qaldırılması, verilən təkliflərin diqqətlə öyrənilməsi, əsasəndə azərbaycançılıq fəlsəfəsinin ön plana çəkilməsi daha mütərəqqi siyasətin təzahürüdür. Qanunvericilik və demokratik institutların inkişaf etdirilməsində xüsusi fəallıq hiss olunur.
- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?
- Azərbaycanda yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış partiyaların təmsil olunması ölkəmizdə bərqərar olmuş demokratik prinsiplərin təzahürüdür.
Ümüdvaram ki, Milli Məclis xalqımızın demokratik dəyəri olan milli irsi dəyərlərinə daha önəm verəcək ki, azadlığın, ədalətin və sosial rifahın əsasını təşkil edən insan hüquqları daima qorunsun.
Milli Məclisə və onun üzvülərinə çətin, lakin şərəfli işlərində uğurlar diləyirəm!
Ayaz Həsənov Gununxeberi.az
Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.
Sərəncamda qeyd edilir ki, Füzuli rayonunun əhalisi 15373 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu gün 2016 – ci il Aprel döyüşlərindən 4 il keçir. Xalqımızın qəhrəmanlıq tarixinin şanlı
“Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin!”
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycanın birinci-vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində yer alıb.
O qeyd edib ki, bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlar var
"Minlərlə soydaşımız iş başındadır və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.
Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!
Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: "Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq".
Prezident vurğulayıb ki, heç kimə güzəşt yoxdur: "Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".
Son zamanlar dünyanın mübarizə apardığı qlobal Pandemiya, bütün dünya dövlətlərini bu virusa qarşı birgə mübarizəyə səfərbər edib.
Ölkəmizdə də aparılan bu mübarizənin əsasında, bu Pandemiyaya qarşı mübarizədə xalqı səfərbər etmək durur. Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər sırasında “Evdə qal, Sağlamlığını qoru” prinsipi də əslində, bu Pandemiya infeksiyasına yoluxma hallarının qarşısını almağa yönəlib. Bununla yanaşı ölkə Prezidentinin yaratdığı və daha sonra təşəbbüs göstərdiyi Koronavirusa qarşı mübarizə Fonduna dəstək kompaniyası, bu günün mühüm olan və Pandemiya ilə mübarizənin effektiv möhkəmləndirilməsi istiqamətində yürütdüyü ən doğru mübarizə siyasətidir. Ölkə prezidentinin örnək olan bu təşəbbüsünə, sahibkarların, dövlət xadimlərinin, vəzifəli şəxslərin, deputatların və sadə Azərbaycan vətəndaşlarının, hətta bəzi KİV-in qoşularaq həmin Fonda ianə şəklində dəstək vermələri, Pandemiya infeksiyasına qarşı birgə mübarizə metodundan başqa, Azərbaycan xalqının birliyini nümayiş etdirən bir amildir. Sirr deyil ki, artıq Türkiyə dövləti də Azərbaycan Prezidentinin bu nümunəvi təşəbbüsünü örnək olaraq öz ölkəsində tətbiq etməyə başladı. Əmin olun ki, Azərbaycan Prezidentinin və bu təşəbbüsə qoşulan Azərbaycan sahibkarlarının, deputatlarının, ümumilikdə Azərbaycan vətəndaşlarının “BİRLİK” simvolu olan bu aksiyanı bütün dünya dövlətləri bir örnək olaraq tətbiq edəcəklər. Belə bir ağır vəziyyətdən yalnız Ümumxalq birliyi sayəsində qurtulmaq mümkündür.
Ona görə də Pandemiya ilə mübarizəyə qoşulan istənilən azərbaycanlının imkanı daxilində təşəbbüs göstərdiyi nümunəvi addımlar reklam kimi deyil, Pandemiya ilə mübarizəyə Ümumxalq çağırışı kimi qiymətləndirilməlidir.
Təəssüflər olsun ki, ölkə Prezidentinin təşəbbüsü ilə başlanan bu Ümumxalq aksiyasına bəzi saytlar kölgə salmağa cəhd göstərməkdə davam edirlər.
Bu gün diqqətimi çəkən aztoday.az saytında sahibkarın öz təşəbbüsü ilə karantin üçün ayrılmış, Lerikdə yerləşən “Relax” AİM-də ölkə xaricindən gətirilən soydaşılarımızın yerləşdirilməsi və onlara xüsusi qayğı göstərilməsi, deputat İqbal Məmmədovun həmin İstirahət Mərkəzində karantinə alınmış şəxsləri xüsusi diqqətində saxlaması ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi dərc olunan məlumatları, reklam kimi xarakterizə edib ictimaiyyət arasında çaşqınlıq yaratmaq kimi bir yazı oldu. Doğrusu həmin yazını oxuyarkən təəccübləndim ona görə ki, həmin saytın yazarı, artıq keçmişdə qalmış, məqsədyönlü şəxslərin təxribatı ilə ictimailəşdirilmiş və araşdırılmadan ölkə mediasında tirajlanan “Relax” hadisəsini yenidən ictimailəşdirməyə çalışır. Hal bu ki, həmin hadisə ilə bağlı kifayət qədər istintaq orqanında araşdırma aparılmış və sonunda məhkəmənin müvafiq qərarı ilə həbs olunan şəxslər azadlığa buraxılıb.
Eyni zamanda Növbədənkənar Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası İqbal Məmmədovun namizədliyini Lerik rayonundan vahid namizəd olaraq irəli sürdü. Sonunda ölkənin Konstitusiya Məhkəməsinin müvafiq rəyi ilə seçkilərin nəticəsi tanınaraq təsdiq edildi. Kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, Konstitusiya Məhkəməsinin rəyi və ya qərarı müzakirə olunmaz qüvvəyə malik olmaqla Azərbaqycan Respublikasının bütün ərazilərində məcburi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir kəs, kimliyindən asılı olmayaraq bu məsələni müzakirə predmetinə çevirə bilməz. Çünki bu müzakirə predmeti cinayət məsuliyyəti yaradır.
Saytın şərh etdiyi bu əsassız arqumentlərin üzərində çox dayanmaq istəmirəm.
Dünyanı ağuşuna alan Pandemiya infeksiyası ilə mübarizə apardığımız bir zamanda, hər bir media –mətbuat nümayəndəsinin əsas vəzifəsi, Azərbaycan ictimaiyyətini bu sahədə marifləndirmək, birliyimizin təməli olan nümunəvi dəstək kompaniyasına qoşulan və bu istiqamətdə imkanlarını səfərbər edib xalqın sağlamlığının mühafizəsinə yönələn addımlar atan iş adamlarının, deputatların, dövlət xadimlərinin və digər katiqoriyadan olan fiziki və hüquqi şəxslərin gördüyü işlərin ictimailəşdirilməsi, Pandemiyaya qarşı mübarizəyə Ümumxalq çağırışı kimi qiymətləndirilməlidir. Bu çağırış əslində Azərbaycan xalqının “BİRLİK” simvoludur.
Bu Ümümxalq birliyinə kölgə salmaq istəyənlər, yaxşı olardı ki, səhvlərini anlayıb, özləri də bu aksiyaya qoşularaq, ölkə Prezidentinin nümunəvi təşəbbüsünə dəstək verib, deputat İqbal Məmmədov və “Relax”ın sahibi olan sahibkar Çingiz Məmmədov kimi digər insanların, ölkənin üzləşdiyi qlobal Pandemiya ilə mübarizədə nümayiş etdirdikləri dəstək xarakterli çağırış tipli bu Ümumxalq bnirliyini, bir Azərbaycanlı olaraq olduğu kimi, təhrif vermədən, ictimaiyyətin mariflənməsi üçün ictimailəşdirsinlər.
Çünki üzləşdiyimiz vəziyyət bizdən bu prinsipi tələb edir. Əks təqdirdə həqətə uyğun olmayan belə xoşagəlməz halların davam etməsi, ölkədə aparılan Pandemiya infeksiyasına qarşı Ümumxalq mübarizəsinə kölgə salmağa xidmət etməkdən başqa bir şey olmayacaq.
Sonda ictimaiyyəti, Ümumxalq birliyimizə kölgə salan məlumatlara əhəmiyyət verməməyə, ölkə Prezidentinin təşəbbüsü ilə Pandemiya ilə mübarizəyə dəstək verən deputat və iş adamlarımıza, o cümlədən hər bir azərbaycanlıya birlikdə dəstək verməyə çağırıram. Gəlin bu birliyimizi qoruyaq, qlobal Pandemiyaya birlikdə qalib gələk.
Həmkar media nümayəndələrinə sözüm budur ki, gəlin ölkənin bu çətin günündə mənfi rəy formalaşdıran hərəkətlərdən əl çəkib, Azərbaycanımıza xidmət edək !!!
Çünki “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” !
Rəhman Cəbiyev / Xüsusilə UTVİNFO üçün
“Lerikli fermer Fərzəli Şahbazov “Relax” istirahət mərkəzinin rəhbərliyinə müraciət edərək