Son xəbərlər


 

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Regional Mühafizə İdarəsinin rəisi Seymur Sadıqovdur.

Gəncə Regional Mühafizə İdarəsinin rəisi Seymur Sadıqov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Gəncə Regional Mühafizə İdarəsinin rəisi Seymur Sadıqov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Gəncədə kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Şəhər sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Seymur Sadıqov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Seymur Sadıqov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Seymur Sadıqov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Seymur Sadıqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Seymur Sadıqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Seymur Sadıqov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Regional Mühafizə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Seymur Sadıqov özünü doğruldub. Bizdə hörmətli Seymur Sadıqovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


 

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərovla birgə aztəminatlı ailələr və tənha ahıl şəxslərin evlərinə baş çəkib. Xəbər verdiyimiz kimi, Gəncədə sözügedən şəxslərə yardım aksiyası həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiyada Niyazi Bayramov və Gəncədən olan Millət vəkilləri də yaxından iştirak edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov tənha ahıl şəxslərin, habelə yaşayış gəlirləri aşağı olan ailələrin evlərində olub, onların sosial problemləri ilə maraqlanıblar. Sözügedən şəxslərlə profilaktik söhbət aparılıb, onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha xatırladılıb. Həmçinin bildirilib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Sözsüz ki, dövlətimiz tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Bu işdə yerli icra orqanları, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də var gücü ilə çalışır.

Aztəminatlı ailələr və tənha ahıl şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti adından ərzaq yardımı da edilib.

Qeyd edək ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir.


Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb. İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir. Tibbi maskaların istehsalı üçün lazım olan xammal isə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev tərəfindən təmin olunur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Pərvin Kərimzadə “Qızıl Əllər” MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar. “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib ki,  əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-a yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Niyazi Bayramov öz köməyini əsirgəməyərək  istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz qabağındadır. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə dövlət başçımızın tələb və tövsiyyələrinə əməl etmək,  koronavirusa qarşı mübarizədə birlik olmaqdır.

Tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yüksək diqqət və qayğısı sayəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar sabitliyin qorunmasına əsaslı zəmin yaratmışdır.

Azərbaycanın hər bir bölgəsi kimi, Gəncə şəhərinin də inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində dəfələrlə şəhərimizdə olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır.

Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir.  Bunlarla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Gəncənin bir sıra küçələrinin haşiyələri yuyularaq təmizlənib, bəzi binaların fasadlarına yeni boya vurulub. Mərkəzi yeraltı piyada keçidlərində təmir-bərpa işləri aparılıb. Kimyaçılar küçəsində asfaltsalınma işləri davam edib, yol kənarı boyunca işıq dirəkləri quraşdırılıb.

Sevindirici haldır ki, ölkə başçısı şəhərə etdiyi bütün səfərlərdə yeni obyektlərin açılışlarında özü iştirak etmiş və görülən işlərdən razılığını bildirmişdir.

Niyazi Bayramov: Bu gün şəhərdə görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır
 
 


Kürdəmirdə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımları paylanılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır.
Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə üzvləri, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq mühafizə orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşların qoşulduğu “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı kompaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən 200 ailəyə, ümumilikdə ehtiyac sahibi olan 700-dən çox ailənin evinə yardım payları çatdırılıb.
Aprel ayının ilk günlərindən etibarən Kürdəmir rayonunda başlanılmış digər bir xeyirxah təşəbbüslə bəzi ərzaq mağazalarında “Karantin dövründə İkİ ALDIĞINDAN BİRİNİ İANƏ ET” aksiyası da davam etdirilir. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək və digər ərzaqları əldə etməsinə yardımçı olurlar.
Rayonda 65 yaşdan yuxarı sosial xidmətə ehtiyacı olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin əməkdaşları və könüllülər tərəfindən gündəlik xidmət göstərilir.



Kürdəmir rayonu ərazisində tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılır

Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Rayonun bütün yaşayış məntəqələrində virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkən qəfəslərində və sakinlərin daha çox istifadə etdiyi yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Dezinfeksiya işləri qeyri-yaşayış binalarında da aparılır. Virusa qarşı təhlüksizlik tədbirləri rayonun bütün inzibati binalarında,  ticarət və xidmət obyektlərində, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra edilir.
Təmizlik və dezinfeksiya işlərinin tələb olunan qaydalara uyğun olaraq aparılmasına Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarət həyata keçirilir.



Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə tanış olub

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon  ərazisində  xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.
Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılan maarifləndirmə işləri zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub.
Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Rayon rəhbəri şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olmuşdur. İcra başçısı, həmçinin bir neçə aptekə baş çəkib, tibbi maska və spirtlə təchizat məsələləri ilə maraqlanmışdır. Apteklərdə tibbi maska ilə bağlı təminatın gündəlik məhdud sayda olduğu bildirilib. Yaxın günlərdə ölkədə maska ilə bağlı çatışmamazlığı aradan qalxacağı, yerli istehsalla tələbin ödəniləcəyi icra başçısı tərəfindən diqqətə çatdırılıb.
Karantin rejiminə görə xəbərdalıqlara əməl etməyən bir neçə ictimai iaşə obyekt sahibləri və vətəndaşlar inzibati qaydada cərimələniblər.



Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Ceyhun Cəfərovun əməyi böyükdür

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.
Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Kürdəmir rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Kürdəmirin regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır



Pirallahı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. 

“Millidestek.az” xəbər verir ki, rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Dezinfeksiyaedici məhlullarla gün ərzində iki dəfə olmaqla rayonun magistral və məhəllədaxili yolları, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 60-dan çox canlı qüvvə cəlb olunmuşdur. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Onlara texnika və ləvazimatlardan istifadə qaydaları izah olunub. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

Rayon ərazisində koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən maarifləndirmə tədbirlərinə baxmayaraq xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir. 

Bunlarla yanaşı RİH tərəfindən rayon ərazisində məskunlaşan 65 və yuxarı yaş həddində olan və tənha yaşayan şəxslərin qeydiyyatı aparılıb, onların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 operativ qrup yaradılıb. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla telefon əlaqəsi saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.

Xüsusi karantin rejimi dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan 450-dən çox aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılıb. Sosial yardımlar sakinlərə evlərində çatdırılıb. Qeyd edək ki, RİH tərəfindən aparılan qeydiyyata əsasən rayon ərazisində 80-ə yaxın yaşı 65-dən yuxarı olan şəxs və 500-ə yaxın aztəminatlı ailə müəyyən edilmişdir. Onlara göstərilən yardımlar vaxtaşırı olaraq davam etdiriləcək.

Rayon ərazisində koronavirus pandemiyası ilə bağlı zərərçəkən işsiz şəxslər üçün nəzərdə tutulan yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin 427 nəfərə verilməsi nəzərdə tutulub ki, onlardan 62 nəfərinə artıq ödəmələr həyata keçirilib.

 



 


Koronavirus (COVİD - 19) infeksiyasının ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.

Rayon ərazisində qrafikə uyğun olaraq küçə və prospektlər, yol kənarlarında piyada səkiləri, yeraltı keçidlər, avtobus dayanacaqları, ticarət və xidmət obyektləri, sərbəst bankomatlar və ödəniş terminalları, eləcə də məhəllələr, oturacaqlar və söhbətgahlar, yaşayış binaları, məişət tullantıları konteynerləri, həmçinin bazarların əraziləri hər gün bağlandıqdan sonra  işçi qruplar tərəfindən dezinfeksiya olunur.

Görülən işlərlə bərabər, virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə mobil qrupların fəaliyyəti gücləndirilib.



Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda zəruri tədbirlər davam etdirilir.

Rayon ərazisində gündəlik olaraq qrafikə uyğun dezinfeksiya işləri aparılır, eyni zamanda maarifləndirici tədbirlər görülür, vətəndaşlarla söhbətlər aparılır, onların özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaqları tövsiyə edilir.

Bundan əlavə, Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan yaşı 65-dən yuxarı olan tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə yardım göstərir.

08 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP Nizami rayon təşkilatının əməkdaşları könüllülərlə birgə yaşı 65-dən yuxarı olan 50 nəfər tənha şəxsə və aztəminatlı ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və yaşlı insanlarla maarifləndirici söhbətlər apararaq sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.


"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş Bakı şəhəri Nizami rayonunun da sanballı payı var. Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən Arif Qasımovun fədakarlığı sayəsində Nizami Rayonu müsbət mənada tanınmaz görkəm alıb.

Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.



Müşfiq Kişiyev



“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin müsahibəsi

-Füzuli müəllim, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

-Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində əhaliyə müraciət edədək #evdəqal həştəqi ilə yeni aksiyaya start verdi və insanları evdə qalmağa çağırdı. “Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın” – deyə müraciət etdi. Azərbaycan bu çağırışa qoşuldu. Ölkə rəhbəri cənab İlham Əliyev dünyada yayılmaqda olan pandemiyanın qarşısının alınması üçün ciddi tədbirlər görməyə və hər kəsi bu işdə birgə olmağa çağırdı. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, ölkənin ən iri ictimai birliyi olaraq özünün 67 minlik veteranlar ordusu ilə bu çağırışa, o cümlədən ölkə prezidentinin “Biz bir yerdə güclüyük” çağırışına qoşulduq və öz dəstəyimizi bildirdik. Faktiki olaraq gözlə görünməyən bir düşmənlə üzbəüzük. Pandemiyanın bütöv bir xalqı hədəfə aldığını görməzdən gəlmək olmaz. Biz döyüşçülər öz Vətənimiz və xalqımız uğrunda vuruşmuş insanlarıq. Bu ağır və təhlükəli günlərdə biz kənarda dayana bilmərik. Ona görə də “Evdə qal, Vətəni xilas et!”-deyirik.

-Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev Milli Məclisdə deputatların qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Prezidentin göstərişiylə ölkənin həyatında ilk dəfə müxtəlif siyasi xətt və baxışları olan qüvvələrlə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti təqdirə layiq bir hadisədir. Ölkədə siyasi barışıq üçün hakimiyyətin addım atması müsbət haldır və onun gücünü göstərir. Bütün dünyada bu tendensiya bu cür qəbul olunur. Biz bu addımı da cənab prezidentin müdrik bir addımı kimi dəyərləndiririk.

-Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

-Prezident öz çıxışında qeyd etdi ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Prezident: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”. Beləliklə, dövlət başçısının ortaya qoyduğu siyasi iradə, başlatdığı inqilabi islahatlar kursu hakimiyyətin bütün qolları tərəfindən dəstəklənməli, inkişaf etdirilməlidir. Başqa sözlə, hakimiyyətin bütün qanadları kimi, yeni parlament də yeni çağırışlarla üz-üzədir. Bu tələblərə uyğun olaraq formalaşan, gənclik və təcrübənin birləşdiyi yeni parlamentin bu çağırışlara lazımınca cavab verəcəyinə ümidlər böyükdür. Həmçinin bunca illər ərzində parlamentin Qarabağla bağlı bir susqunluğunu qeyd etməliyəm. Dövlət başçısının Milli Məclis üzvlərindən daha bir gözləntisi haqlı olaraq, Azərbaycanın haqq işinin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşasında dövlətin apardığı ardıcıl və məqəsdyönlü siyasətə parlament üzvlərinin də lazımınca dəstək verməsi oldu. Prezident konkret olaraq dedi: “Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”. Bu da tam yeni bir mövqe kimi biz veteranların çoxdan gözlədiyi və parlamentdən tələb etdiyi bir mövqedir.

-Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Pandemiya ilə bağlı ölkəmizdə bir maska qıtlığı vardı. Hətta bu barədə jurnalist məndən münasibət soruşduqda, mən “Bizə maska deyil, Qarabağda döyüşmək üçün kaska lazımdır” – demişdim. Lakin faktiki olaraq bu müəssisəyə ciddi ehtiyac vardı. Maskalardan istifadə koronavirusla mübarizədə xüsusi əhəmiyyət daşıyır. Odur ki, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmış, insanların tələbatına uyğun sayda tibbi maskalar tapmaq çətinləşmişdi. Yeni müəssisə isə özümüzü tibbi maskalarla təmin etməyə və koronavirusla mübarizə başa çatandan sonra da idxaldan asılı olmamağa imkan verəcək. Elə bu önləyici tədbirləri gördüyünə görə ÜST bizim prezidentin fəaliyyətini müsbət qiymətləndirib.

Risk qruplarıyla da işlər görülür. Bu humanist addımlardan biri də həbsxanadan bu risk qruplarına aid məhbusların buraxılmasıdır. Prezident İlham Əliyevin koronavirusla bağlı verdiyi sərəncamlar yerli yerindədir. Amma yerlərdə icra olunmasında böyük nöqsanlar var. Demək olar ki, verilən göstərişləri aidiyyatlı qurumlar yerinə yetirə bilmirlər...

aia.az
Nurlan Həsənov