![]() |
![]() |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır.
Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə üzvləri, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq mühafizə orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşların qoşulduğu “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı kompaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən 200 ailəyə, ümumilikdə ehtiyac sahibi olan 700-dən çox ailənin evinə yardım payları çatdırılıb.
Aprel ayının ilk günlərindən etibarən Kürdəmir rayonunda başlanılmış digər bir xeyirxah təşəbbüslə bəzi ərzaq mağazalarında “Karantin dövründə İkİ ALDIĞINDAN BİRİNİ İANƏ ET” aksiyası da davam etdirilir. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək və digər ərzaqları əldə etməsinə yardımçı olurlar.
Rayonda 65 yaşdan yuxarı sosial xidmətə ehtiyacı olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin əməkdaşları və könüllülər tərəfindən gündəlik xidmət göstərilir.
Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Rayonun bütün yaşayış məntəqələrində virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkən qəfəslərində və sakinlərin daha çox istifadə etdiyi yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Dezinfeksiya işləri qeyri-yaşayış binalarında da aparılır. Virusa qarşı təhlüksizlik tədbirləri rayonun bütün inzibati binalarında, ticarət və xidmət obyektlərində, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra edilir.
Təmizlik və dezinfeksiya işlərinin tələb olunan qaydalara uyğun olaraq aparılmasına Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarət həyata keçirilir.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.
Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılan maarifləndirmə işləri zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub.
Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Rayon rəhbəri şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olmuşdur. İcra başçısı, həmçinin bir neçə aptekə baş çəkib, tibbi maska və spirtlə təchizat məsələləri ilə maraqlanmışdır. Apteklərdə tibbi maska ilə bağlı təminatın gündəlik məhdud sayda olduğu bildirilib. Yaxın günlərdə ölkədə maska ilə bağlı çatışmamazlığı aradan qalxacağı, yerli istehsalla tələbin ödəniləcəyi icra başçısı tərəfindən diqqətə çatdırılıb.
Karantin rejiminə görə xəbərdalıqlara əməl etməyən bir neçə ictimai iaşə obyekt sahibləri və vətəndaşlar inzibati qaydada cərimələniblər.
Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Ceyhun Cəfərovun əməyi böyükdür
Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Kürdəmir rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Kürdəmirin regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır