Gürcüstanda vəziyyət sabitliyə təhlükə yaradır.
1xeber.media xəbər verir ki,noyabrın 28-də Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf etdiyini, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü bildirmişdir.
Nərimanov rayonu MKTB rəisi Manaf Manafov çıxışında payız-qış mövsümü ilə əlaqədar Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanmış, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Mövzu ilə bağlı daha ətraflı fotolar və video sujeti təqdim edirik.
Hazırda bazarda yerli kartof qıtlığı yaşanır.
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.