Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli və müdrik insan idi. O, öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə və sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün 
dövrlərdə xalqın dəstəyini hiss edərəkə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırdı. 

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən sonsuza qədər danışmaq və yazmaq olar. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. 

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Məhz müdrik siyasəti sayəsidə Ulu öndərimiz Heydər Əliyev xalqımızın yaddaşında unudulmaz rəhbər, dövlət xadimi olmaqla bərabər dünya siyasət tarixində müdrik siyasət məktəbi qoyub getmiş bir lider olaraq xatırlanır və dəyərləndirilir.  

Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci mərhələsindədövründə Azərbaycanın gələcəkdəyini müstəqil olacağını görərək bu istiqamətdə bir-birindən mühüm addımlar atdı. 1969-82-ci illərdə görülən işlər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etdi, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı.  

Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ümummilli lider  özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. 

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli lLider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. 

Ulu öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. 

Bu gün “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur” deyən Ulu öndərin ruhu şaddır, çünki onun vəsiyyəti yerinə yetirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və xalqımız 30 ildir həsrətində olduğu əzəli torpaqlarına qovuşmuşdur.  

Artıq regionda yeni reallıqlar yaratmış Azərbaycan indi də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir və daha da güclənir. Şübhəsiz ki, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun ideyaları hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcək.  

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidməet etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına vəa milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə yönəltmişdir. O, özünün həyat amalı haqqında danışarkən demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həeyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik vəe qədirbilən xalqımdan almışam.  

Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. 

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. 

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir. 

Bu gün Ulu öndər  Heydər Əliyevin cismən aramızda  olmaması  xalqımız   üçün nə qədər  ağırdırsa, İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət  başçısının  Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi ən böyük xoşbəxtlikdir. Və xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov 


"Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixində əvəzolunmaz yeri vardır. O, ölkəmiz üçün tarixi şəxsiyyət olmaqla yanaşı, həm daxili, həm də xarici siyasətdə atdığı addımlarla bugünkü müasir Azərbaycanın təməllərinin qoyulmasında misilsiz rol oynamışdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan çox ağır vəziyyətdə idi: "SSRİ-nin dağılması ilə ölkədə xaos, siyasi böhran və iqtisadi çöküş hökm sürürdü. Dövlətin yenidən qurulması, sabitliyin və idarəetmənin bərpası zəruri idi. Heydər Əliyev bu olduqca çətin və məsuliyyətli missiyanın öhdəsindən öz dərin siyasi zəkası və təcrübəsi sayəsində uğurla gəldi.

İlk növbədə ölkədə siyasi idarəetmə sistemi yenidən quruldu, daxili xaos və qarşıdurmalar aradan qaldırıldı. Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu, yeni iqtisadi münasibətlər sistemi formalaşdırıldı. Eyni zamanda daxili siyasətdə də demokratik prinsiplərə əsaslanan yeni münasibətlərin əsası qoyuldu.

Heydər Əliyevin fəaliyyətində xarici siyasət də xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri genişləndi, beynəlxalq arenada nüfuzu artdı. Ən vacib məsələlərdən biri isə birinci Qarabağ müharibəsində atəşkəsə nail olunması idi. Bu atəşkəs Azərbaycan üçün öz qüvvələrini toparlamaq və dövlətçiliyini möhkəmləndirmək üçün mühüm imkan yaratdı".

 

Siyasi şərhçi qeyd edir ki, atəşkəsdən sonra xarici kapitalın Azərbaycana axını başladı: "Dünyanın iri enerji şirkətləri ölkəmizə sərmayə yatırmağa başladı. Ən önəmlisi isə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" idi. Bu müqavilə Heydər Əliyevin uzunmüddətli və qətiyyətli diplomatik səylərinin nəticəsi idi və Azərbaycanın inkişafında yeni bir mərhələnin əsasını qoydu.

Heydər Əliyevin xarici siyasətdəki ən mühüm uğurlarından biri də balanslaşdırılmış siyasət yürütməsi idi. O, regionda və dünyada maraqları toqquşan böyük dövlətlər arasında tarazlıq yaratmağı bacarırdı. Məhz bu balans siyasəti sayəsində Azərbaycan xarici təzyiqlərdən qorundu və müstəqil siyasət yürütmək imkanı əldə etdi.

Bütün bunlar sübut edir ki, Heydər Əliyevin müasir Azərbaycana verdiyi töhfələr saysız-hesabsızdır. Onun xidmətləri zaman keçdikcə daha dərindən dəyərləndiriləcək, gələcək nəsillər tərəfindən geniş şəkildə öyrəniləcək və yüksək qiymətləndiriləcək".


 
Onurğa xəstəlikləri üzrə tanınmış mütəxəssis, vertebroloq Dr. Taleh Yaqublu - Prezident İlham Əliyev: “Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı təhlükədən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siaysət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

Xalqların dövlətçilik təcrübəsini sübut edən başlıca amil, heç şübhəsiz ki, həmin xalqların keçdiyi mübarizə yoludur. Bu yolda qarşılaşdığı, dəf etdiyi hadisə və proseslər tarixi əhəmiyyətə malikdir. Odur ki, hər bir xalqın dövlətçilik tarixində özünəməxsus təcrübəsi vardır. Azərbaycan xalqı olaraq uzun əsrlər boyu dövlətçilik tariximizlə bağlı baş vermiş hadisə və proseslər, eləcə də ayrı-ayrı millətlərin və xalqların dövlət quruculuğu prosesləri onu deməyə əsas verir ki, lidersiz nə rifah, nə tərəqqi, nə də dövlət quruculuğu mümkündür. Azərbaycan xalqı məhz öz dahi övladı, görkəmli dövlət xadimi, strateq, Ulu Öndər Heydər Əliyevin simasında bütün dünyaya məhz bunu sübut edib. Bu gün müasir Azərbaycan dövlətinin adı Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. O özü də xalqının keçmişi, bu günü və gələcəyi ilə qürur duyduğunu qeyd edirdi. Heydər Əliyev dövlət qurdu, xalqını səfərbər etdi, “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” dedi və buna nail oldu. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” deyirdi Ulu Öndər.
Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"


Heydər Əliyev həm Sovetlər dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman bütün varlığı ilə Azərbaycan dövlətçiliyinin inkişafına çalışdı. Dövlətçiliyimizin əsaslarını yaratdı və formalaşdırdı. Onun inkişaf etdirilməsi üçün zəruri olan bütün addımların atılmasının təməlini qoydu. Azərbaycan xalqının, dövlətinin gələcəyini təmin edəcək hüquqi, siyasi, iqtisadi, sosial və mədəni əsasların özülünü inşa etdi. Bütün bu tarixi nailiyyətlərin sırasında zaman-zaman inkişaf etdirilən, əsasları formalaşdırılan, dövlətimizin varlığının müqəddəs şərti olan ordu quruculuğu işi fəaliyyətinin bütün dövrlərində Ulu Öndərin nəinki xalqımız qarşısında, bugünkü tarixi həqiqətlər sübut edir ki, həm də bütövlükdə regionumuz və bəşəriyyət qarşısında ən böyük xidmətlərindən biri oldu. Məhz Azərbaycanın ordu quruculuğu sahəsində Heydər Əliyevin tarixi xidmətləri torpaqlarımızın azadlığına, yaşadığımız regionda yeni, mütərəqqi reallıqların yaranmasına, xalqımızın və dövlət rəhbərimizin simasında ordunun hər zaman dövlət üçün “məhək daşı” olduğunu, beynəlxalq ictimaiyyətin, təşkilatların, dünyada özünü hegemon hesab edən dövlətlərin uzun illər ərzində gücü çatmadığı tarixi ədalətin bərpası işini məhz onilliklər boyu onun müəyyən etdiyi strategiyaya uyğun yaradılan Azərbaycan Silahlı Qüvvələri təmin etdi. Məhz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan xalqının tarixi ideallarının gerçəkləşməsinə vəsilə oldu.

Hələ Sovetlər dönəmində Heydər Əliyevin xalqımız üçün gördüyü quruculuq işləri, bu istiqamətdə həyata keçirdiyi islahatlar, nail olduğu sosial-iqtisadi, mədəni-siyasi yeniliklər dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tarixi addımlar idi. Bütün bu addımların fonunda Azərbaycan naminə həyata keçirilməli olan daha bir mühüm vəzifənin - ordu quruculuğu vəzifəsinin qarşıya məqsəd kimi qoyulması və bundan ötrü milli hərbi kadr potensialının yaradılması, gənc azərbaycanlıların dünyanın müxtəlif dövlətlərində, müxtəlif profilli hərbi təyinatlı təhsil müəssisələrində oxumalarına şərait yaratması, müxtəlif istiqamətli qoşun birləşmələrində hərbiçi kimi çalışacaq mütəxəssislərin yetişdirilməsi, ölkəmizdə hərbi təyinatlı istehsal müəssisələrinin istifadəyə verilməsi müasir Azərbaycanın təhlükəsizliyinə, süverenliyinə hesablanmış uzaqgörən strateji düşüncənin təzahürləri idi.
Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"

Heydər Əliyev Azərbaycan tarixinin dərinliklərini bilirdi. O bilirdi ki, ölkəsi yerləşdiyi coğrafiyaya, malik olduğu təbii sərvətlərə görə zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olub. Məhz bu səbəbdən Cənubi Qafqazın bu dilbər guşəsi hər zaman hərb meydanını xatırladıb. Düşmənə qarşı olan mübarizə ruhu nə qədər güclü olsa da, nizami hərbi gücün qeyri mövcudluğu xalqımıza məşəqqətlər yaşadıb. Baxmayaraq ki, artıq Azərbaycan vahid Sovet Sosialist Respublikaları İttifaqının tərkibində idi. Ulu Öndər bilirdi ki, bu, sadəcə, ittifaqdır - təsis olunmasının əsasında güc amili mövcud olmuş ittifaq. Nə zamansa, milli dövlətlər bu ittifaqdan qurtulmağa çalışacaq. O zaman təkcə Cənubi Qafqaz deyil, bütün dünya üçün Sosializm sisteminin əhatə etdiyi coğrafiya maraqların toqquşduğu məkana çevriləcək. Belə olan halda əldə olunmuş iqtisadi, sosial, mədəni və siyasi nailiyyətləri qorumaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi gücə, güclü silahlı qüvvələrə zəruri ehtiyac yaranacaq. Hələ Sovetlər dönəmində dövlət rəhbəri və xalqının lideri olan Heydər Əliyev atdığı bütün addımları sanki gələcək müstəqil Azərbaycan üçün hesablayırdı. Eləcə də ölkəmizin hərbi qüdrətinin artırılmasından ötrü lazım olan bütün tədbirləri görürdü. Xalqının tarixinə sonsuz məhəbbət və ehtiramla yanaşan Heydər Əliyev həm də tarixi xalq qəhrəmanlarımızın rəşadətini yüksək qiymətləndirir, onların adının əbədiləşdirilməsi - xatirə komplekslərinin, muzeylərin yaradılmasını, yazılı ədəbiyyat nümunələrinin təbliğ olunmasını kütləvi hərb mədəniyyətinin bir hissəsi kimi görürdü. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin aidiyyəti elmi tədqiqat institutları tarixi xalq qəhrəmanlarının həyat yolu, onların öz dövləti qarşısındakı xidmətləri öyrənilməyə, məktəblərdə tədris olunmağa başlanıldı. Onun Azərbaycan gəncinin öz əcdadını tanıması istiqamətindəki fəaliyyəti Sovet dövləti rəhbərliyinin qısqanclığına səbəb olsa da, Heydər Əliyev bu tarixi missiyanı xalqı qarşısında özünün şərəf borcu hesab edirdi.

Heydər Əliyevin gələcək, müstəqil Azərbaycanın hərbi quruculuğu sahəsində atdığı ilk möhtəşəm uğurlu addım hərbi təyinatlı internat-məktəbinin təsis edilməsi idi. Müasir Azərbaycanın Silahlı Qüvvələrinin uğurlarının başlıca səbəblərindən biri də məhz uzun illər öncə yaradılmış bu məktəb idi. Sonradan Hərbi Lisey kimi fəaliyyət göstərəcək bu təhsil ocağına Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, Cəmşid Naxçıvanskinin adının verilməsi Ulu Öndərin milli kimliyinə bağlılığının daha bir bariz nümunəsidir. O bu məktəbin fəaliyyətini daim öz şəxsi nəzarətində saxlayır, vaxtaşırı olaraq şəxsən həmin məktəbə gedir, ordakı təhsilin vəziyyəti və keyfiyyəti, pedaqoji heyətin peşəkarlığı ilə maraqlanır və bu istiqamətdə tapşırıq və tövsiyələrini verirdi. Artıq qısa müddətdə Azərbaycanın təhsilli zabit korpusu öz nüfuzu ilə ad çıxarmağa başlamışdı. Hərbi ixtisasa yiyələnmək ölkəmizdə prestijli sahəyə çevrilirdi. Ulu Öndərin təşəbbüsü ilə təsis edilmiş Cəmşid Naxçıvanski adına internat məktəbin məzunları təhsillərini Leninqrad Hərbi Tibb Akademiyasında, Mühəndis -Texniki və Hərbi Dəniz Məktəblərində, Kiyevdəki Hərbi Radiotexnika Mühəndisləri və Hərbi-Siyasi Dəniz Məktəbində, Hava Hücumundan Müdafiə Hərbi-Siyasi Məktəbində, Simferepol Ali Hərbi-Siyasi Məktəbində, Çerniqov Ali Hərbi Aviasiya Məktəbində, Ali Zenit-Raket Komandirləri Məktəbində, bütövlükdə dünyanın 47 ali məktəbini əhatə edən 26 ölkədə hərbi tədris müəssisələrində təhsillərini davam etdirirdilər. Artıq minlərlə azərbaycanlı gənc hərbçi mütəxəssis kimi yetişir, gələcək-müasir Azərbaycanın ixtisaslı hərbçiləri kimi dövlətimizə və xalqımıza xidmət vəsiqəsi əldə edirdilər. Heydər Əliyev eyni zamanda, yaratdığı məktəbin tədris prosesinin iştirakçılarının sosial qayğıları ilə maraqlanır, hərbi tədris işinə cəlb edilmiş zabitlərin həyat şəraitinin yüksəldilməsindən ötrü zəruri tapşırıqlarını verirdi. O çalışırdı ki, Sovet ordusunun tərkibində Azərbaycanın özünün milli zabit korpusu formalaşsın. Bütün bu addımları ilə O, sanki gələcəkdə müstəqil, suveren Azərbaycanın inkişafının qarantı olacaq ordunun əsasını qoyurdu. Ulu Öndər bilirdi ki, gələcək Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun əsas şərti güclü iqtisadiyyatla yanaşı, həm də güclü ordu quruculuğudur. Heydər Əliyev bilirdi ki, xalqımızın tarixi yaddaşından süzülüb gələn “Ordun varsa, yurdun var” ifadəsi həqiqətdir. Özünün də iştirakçısı olduğu tarixi proseslər, xüsusilə II dünya müharibəsi zamanı alman faşizmi üzərində Sovet dövlətinin bəşəri qalibiyyəti zamanı ordunun rolunun nədən ibarət olduğunun canlı şahidi olmuşdu. Zəngin təbii sərvətlərə, əsrarəngiz coğrafi şəraitə malik Azərbaycanın öz gücü ilə ayaq üstə dura biləcəyini, zəhməti və əzmi ilə azərbaycanlıların öz dövlətini yüksəltməyə hazır olduqlarını, lakin bu coğrafiyada Azərbaycanın dirçəlməsini qəbul edə bilməyənlərlə mübarizədə mütləq hərbi gücə malik olmağın gərəkliyi aydın görünürdü. Odur ki, Heydər Əliyev ordu quruculuğu üçün əsas olan kadr problemini artıq həll etmişdi.

Sovetlər ittifaqının sürətli çöküşü, Heydər Əliyevin İttifaqın rəhbərliyindən məqsədli şəkildə uzaqlaşdırılması, ölkəmizin bütün sahələrində olduğu kimi hərbi quruculuq sahəsində də ciddi problemlərə yol açdı. Sovetlərin süqutu ilə Azərbaycanın da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etməsi xalqımız üçün nə qədər böyük nailiyyət idisə, bu müstəqilliyi qorumaq gücündə olmayan, səriştəsiz, dövlət idarəçiliyindən bixəbər şəxslərin hakimiyyət başına gəlişi bir o qədər təhlükəli idi. Müstəqilliyin ilk illərində bütün sahələrdə kütləvi geriləmələr olduğu kimi, hərbi quruculuq işi də unudulmuşdu. Erməni işğalının tüğyan etdiyi bir şəraitdə, orduya, hərbi təyinatlı tədris müəssisələrinə biganə münasibət illərin gərgin əməyini heçə endirirdi. Hansı ki, indi orduya, ixtisaslı zabit korpusuna daha çox ehtiyac var idi. İndi zabitləri nəinki düşmənlə mübarizəyə səfərbər edəcək rəhbərlik yox idi, bu azmış kimi ölkənin ordu korpusları bir biri ilə döyüşmək həddinə gətirilmişdi. Məhz belə bir məqamda müdrik xalqımız Heydər Əliyevə sığındı. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan məhrumiyyətlərdən xilas oldu. Eləcə də, məhz özünün təşəbbüskarı və təsisçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinə yeni nəfəs gəldi. Ölkə iqtisadiyyatının dirçəldilməsi, beynəlxalq arenada ardıcıl diplomatik uğurlarla paralel olaraq ordu quruculuğu işi geniş vüsət aldı. Yenidən hərbi məktəblərimizin fəaliyyəti öz axarına qayıtdı.

Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"


Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Lisey deyil, sonradan Ulu Öndərin adını daşıyacaq Bakı Ali Hərbi Ümumqoşun Komandanlar məktəbi Ali Hərbi Akademiya kimi daha geniş çeşidli hərbi ixtisaslı kadr hazırlıqlarına start verdi. Ulu Öndərin rəhbərliyi altında hər il yüksələn, həcmi genişlənən ölkə iqtisadiyyatı dövlət büdcəsində də öz əksini tapmağa başladı. İldən-ilə büdcədə nəzərdə tutulan hərbi xərclər artırıldı. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün zəruri tədbirlər – ordunun texniki, maddi təchizatı, yeni, daha müasir biliklərə yiyələnmiş hərbi kadr korpusunun hazırlanması, xalqın vətənpərvərlik hissinin, ordunun daimi döyüş hazırlığının yüksəldilməsindən ötrü görülən əməli işlər müstəqilliyimizin qarantına, işğal altında olan torpaqlarımızın azadlığının hər gün yaxınlaşmasına vəsilə oldu. Heydər Əliyevin hərbi quruculuq işi nə qədər möhtəşəm və tarixi idisə, onun bu ordunun özündən sonra sərkərdəsi olacaq lideri müəyyən etməsi, 100 illər boyu Azərbaycan xalqının həsrətində olduğu tarixi ideallarına qovuşmasının başlıca şərti oldu. Məhz Ulu Öndərin hüquqi və siyasi varisi, tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu, formalaşdırdığı Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirdi, onun qüdrətini dünyanın ən nəhəng dövlətlərinin qüdrəti ilə müqayisə ediləcək qədər yüksəltdi. Beləliklə də Ulu Öndərin Azərbaycan ordusu ilə bağlı hələ Sovetlər dönəmindən başlayan quruculuğunun nə qədər əhəmiyyətli, gələcəyə hesablanmış tarixi xidmət olduğunu sübuta yetirdi. Uzun illərin keşməkeşli, ağır zəhməti bahasına başa gələn ordu quruculuğu siyasəti Azərbaycan xalqına və dövlətinə tarixi zəfər yaşatdı. O zəfər ki, Ulu Öndər ona hər zaman inanırdı. Tarixi qələbəyə inamını hər zaman çıxışlarında ifadə edirdi. Cənab İlham Əliyev bu möhtəşəm qələbə barədə danışarkən fikrini; - “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri ilə ifadə etdi. Bu gün artıq Azərbaycan ordusu dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərimizin, havada, suda və quruda təhlükəsizliyinin qarantıdır. Cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan xalqının və ordusunun tarixi zəfəri Heydər Əliyev şəxsiyyətinin miqyasının nə qədər böyük olduğunu bir daha sübut etdi. Məhz Heydər Əliyevin hələ uzun illər öncə Azərbaycan xalqı və dövlətinin gücünün və nüfuzunun bugünkü tərənnümünə çevriləcək ordu quruculuğu siyasətinin milli və bəşəri əhəmiyyəti əyani surətdə isbat olundu.