![]() |
![]() |
YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri və rayon könüllüləri “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailəsinə baş çəkmiş, onları bayram hədiyyələri ilə təbrik edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş övladlarını itirən analara öz ehtiramlarını bildirmişlər.
Gənclər görüş zamanı bildirmişlər ki, şəhidlərimiz kimi, onların anaları, bacıları, ailə üzvləri də bizim üçün çox qiymətlidirlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Gənclər şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür etmişlər.
Şanlı tarixə malik xalqımız hər zaman öz mərd övladları ilə fəxr etmişdir.
İqtisadiyyatı inkişaf edən ölkənin vətəndaşlarının yaşam standartları da dəyişir. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, qeyri-neft iqtisadiyyatında baş verən müsbət dəyişikliklər də bu mənada əhalinin həyat tərzinə birbaşa təsir edib. Yeni iqtisadi şəraitə uyğun aparılan islahatlar isə əhalinin gəlirlərinin artmasına, paytaxtımızın daha da böyüməsinə, inkişaf etməsinə təsir edir. Təsadüfi deyil ki, Bakının artıq meqapolisə çevrilməsindən söz açan mütəxəssislər təkcə paytaxta bağlı rayonların deyil, Bakıətrafı kənd və qəsəbələrin də sürətlə dəyişdiyini, hər mənada böyüdüyünü deyirlər. Belə dinamik inkişaf edən rayonlardan biri də özünün qədimliyi, böyüklüyü və sosial-iqtisadi uğurları ilə seçilən Suraxanıdır.
Məlumdur ki, sənaye, kənd təsərrüfatı, müxtəlif istiqamətlər üzrə Bakıətrafı qəsəbələrin potensialını nümayiş etdirməsində yol infrastrukturunun danılmaz rolu var. Bu mənada Suraxanı rayonunda yol infrastrukturunun yenilənməsi və təmiri istiqamətində də xeyli işlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən yolun bir hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu isə yenidən qurulur. Ötən il rayonda 20 “Nümunəvi abad məhəllə” salınıb. O cümlədən Hövsandakı “1941-1945” abidə kompleksinin əsaslı təmir edilməsini və ümumilikdə qəsəbənin simasının dəyişməsini də qeyd etmək lazımdır.
Hövsandan söz açmışkən bildirim ki, bu qəsəbə son illərdə daha da böyüməsi, sosial-iqtisadi uğurları ilə diqqət çəkir. Rayonun 6 qəsəbəsinin olmasına baxmayaraq, məhz Hövsan son illərdə surətlə dəyişir, inkişaf edir. Hələ 2007-ci ildə Hövsanda yaşayarkən qəsəbədə öz həllini gözləyən xeyli problemlərin şahidi olmuşdum. Hövsandan qısa bir reportaj hazırlayarkən isə artıq bir vaxtlar gözdən uzaq qalan bir qəsəbədə inanılmaz dəyişikliklərin olmasının şahidi oldum. Qəsəbənin bir hissəsini gəzərkən burada görülən işlərlə yaxından tanış oldum. Bəli, nəinki 2007-ci il Hövsanı, eləcə də beş il əvvəlin Hövsanı ilə indiki görkəmini dəyişmiş qəsəbə arasında xeyli fərq var.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevdir.
Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Ağasəlim Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ağasəlim Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ağasəlim Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Ağasəlim Əliyevdan danışdılar yaxşı ki, Ağasəlim Əliyev Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub… Ağasəlim Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Ağasəlim Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Ağasəlim Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Ağasəlim Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Ağasəlim Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Ağasəlim Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Ağasəlim Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Ağasəlim Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ağasəlim Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Ağasəlim Əliyev özünü doğruldub. Bizdə hörmətli Ağasəlim Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
"Koronavirus təhlükəsi ilə əlaqədar tədrisin dayandırılması ilə bağlı çıxarılan qərar təkcə şagird və tələbələrə deyil, eləcə də təhsil müəssisəsinin bütün işçi heyətinə şamil olunur".
"Qafqazinfo" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Qurum rəsmisinin sözlərinə görə, ilk tədris günü martın 10-da olmaqla martın 3-dən 9-dək bütün təhsil müəssisəslərində təlim-tərbiyə prosesi müvəqqəti dayandırılır. Əsas məqsəd bu müddət ərzində təhsil müəssisəslərində tibbi-profilaktik, sanitar-epidemioloji tədbirlərin intensivləşdirilməsidir.
Qeyd edək ki, bu, nazirliyin tabeliyində olub-olmamasından asılı olmayaraq, bütün dövlət və özəl təhsil ocaqlarına aiddir.