![]() |
![]() |
2019-cu ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat təşkil edib. Rayonda istehsal olunan fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür.
Bu barədə fevralın 19-da Zaqatalada 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda 351 milyon 312 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən il əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 25 milyon 575 min manat olub. Hesabat dövründə rayon iqtisadiyyatına 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulub. Bu müddət ərzində rayonda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb.
Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 6 milyon 238 min manat və ya 4,9 faiz artaraq 133 milyon 989 min manat olub.
Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Keçən il rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib. Hesabat ilində rayonda 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb.
Bildirilib ki, ötənilki mövsümdə rayonun fermerləri 10 min 990 hektar payızlıq taxıl sahəsindən 33 min 169 ton məhsul götürüblər. Çay plantasiyalarından 55,5 ton yaşıl çay yarpağı tədarük olunub. “AzRose” MMC-nin gül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül ləçəyi və 64 ton 800 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük olunan gül ləçəklərindən 71,5 kiloqram qızılgül və 1 ton 46 kiloqram “Lavanda” yağı istehsal olunub. Məhsulun bir hissəsi ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, müəssisədə istehsal olunan 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən istehlak olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 17,2 milyon manat həcmində tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 37 kilometr uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad, 42 kilometr uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı və 13,5 kilometr uzunluğunda Muxax-Zəyəm-Yuxari Çardaxlar-Qarqay avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib.
Hesabat ilində Zaqatala şəhərində çörək və qənnadı məhsulları istehsalı müəssisəsi, şəhərin şimal-qərb yaşayış massivində və Əliabad qəsəbəsində yem emalı, Aşağı Tala kəndində və Muxax bələdiyyəsi ərazisində ət kəsimi məntəqələri tikilib. “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb.
Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.
Hesabat ili ərzində səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən kümçü Mahmud Mahmudova orden təqdim olunub.
Ölkə Prezidentinin sərəncamı ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mübariz Əhmədzadənin Zaqatalaya gəlişindən sonra, Zaqatala fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Zaqatala rayon İcra Hakimiyyətinin başcısı Mübariz Əhmədzadənin rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Zaqatalada inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.
Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.
Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.
Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Mübariz Əhmədzadə və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər. Bizdə Millidestek.az olaraq Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadəyə gələcək işlərində eləçədə, rayoncün gördüyü yeni quruculuq-abadlıq işlərində, boyük müvəffəqiyyət arzulayıq.
Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Mübariz müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
“BUTA” körpələr evi - uşaq bagçası fidan balalarımızla birgə Xocalı faciəsinin 28 - ci ildönümünü ilə bağlı "Ana Harayı" abidəsini və 1992 ci ilin Martın 3 - də ANA VƏTƏN partiyasının sədri, V çağırış Millət Vəkili Fəzail Ağamalının Şəhidlər Xiyabanında dəfn etdirdiyi
2 azyaşlı naməlum (birinin adı sonradan məlum oldu) körpələrimizin məzarını ziyarət etdi.
Qan donduran Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı bu cinayəti törədən düşmənimizin və onun havadarlarının kim olduğunu böyüyən Azərbaycan nəslinə aşılamaq bizim müqəddəs borcumuzdur.
Xocalı soyqırımı Azərbaycan Xalqının Qan yaddaşıdır! Xocalı faciəsi zamanı vəfat edən bütün soydaşlarımıza ALLAHDAN rəhmət diləyirik! AMİN!
“BUTA” körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı.
“Haber Global”ın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çarxı kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.
Görüşdə rayon rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Ünvanlı dövlət sosial yardım, məktəb binalarının təmir edilməsi, içməli və suvarma suyu problemi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə tanış olub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Hesabat yığıncağında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ötən dövrdə görülmüş işlər barədə məruzə edərək bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində rayonda yerli istehsalın artırılması, ərzaq bolluğunun yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, ötən dövr ərzində görülmüş işlər nəticəsində rayonda ümumdaxili məhsulun həcmində artım müşahidə olunmuş, kənd təsərrüfatı məhsullarının istehsalında ixrac payı yüksəlmiş, adambaşına düşən məhsul buraxılışının artımı isə əhalinin gəlirlərinin artmasını şərtləndirmişdir. Bundan əlavə, rayonda bir çox sahələr üzrə infrastruktur layihələr də uğurla icra edilib. On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu təmir edilmiş, yeni modul məktəblər istifadəyə verilmiş və bir çox mühüm layihələr həyata keçirilmişdir.
Sonra Quba-Xaçmaz Regional Bölməsinin müdiri Mətləb Cəfərov, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Səyyaf Tağıyev və Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin müdiri Ceyhun Həmidov görülmüş işlər barədə hesabat xarakterli çıxışlar ediblər. Daha sonra Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış edərək, ötən dövrdə əldə olunmuş uğurlar barədə geniş məlumat verib. Sonda Şura İclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli 1725 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli «Əmək» ordeni ilə təltif edilmiş İsayev Qalib Baləhməd oğluna ordeni təqdim ediblər.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Qazax rayonunun Ermənistanla sərhədində şəhid olan İbrahim Vəliyevlə bağlı başsağlığı verib.