Prezident İlham Əliyev V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon (on doqquz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Məlum olduğu kimi məktəbəqədər təhsil uşaqların intellektual, fiziki  və psixoloji inkişafında , potensial imkanlarının üzə çıxarılmasında müstəsna rol oynayır. O cümlədən uşqların məktəbə hazırlayır ,  onlarda mədəni keyfiyyətləri , yaradıcılıq  , müstəqil düşünmək, həyati bacarıqları formlaşdırır.
Ölkə  rəhbəri cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gələcəyimiz olan gənclərə , uşaqlara qayğı və diqqəti danılmaz bir faktdır. Xüsusən də azyaşlılar , körpələrın rifahı naminə yönəlmiş tədbirlər , həyata keçirilən layihələr yüksə amala xidmət edən məqsədlərdir. Bütün bu sahələri özündə birləşdirən və birbaşa cavabdehlik və məsuliyyət daşıyan aparıcı qurum isə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. Bu quruma illərdir ki , səriştəli mütəxəssis , zəngin mənəviyyata malik , dövlətinə və dövlətçiliyinə sadiq bir insan , bir şəxsiyyət rəhbərlik edir. Eldar Yunusov!

 

Eldar müəllim birbaşa rəhbərlik etdiyi   bu qurumla  bərabər məktəbəqədər təhsilin keyfiyyətini yüksəltməyə müasir dünyagörüşlü, hərtərəfli bilik və bacarıqlara malik əsl insan, əsl vətəndaş yetişdirməyə çalışır. Bunun üçün bütün bilik və bacarıqlarını ortaya qoyur. Çünki Eldar müəllim bu həssas sahəyə yad adam deyil. Bütün qəlbi , şərəf və ləyaqəti , vicdanı ilə öz işinin öhdəsindən ləyaqətlə  gəlir. Gələcəyimizin tam qarantını yaradır.

   
  Bayramınız mübarək, Eldar müəllim ! Sizi qarşıdan gələn Yeni il  münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və daha da firavan yaşayış , fəaliyyətinizdə yeni uğurlar diləyirik.


Kürdəmirin Köhünlü kəndində səyyar qəbul keçirilib



Dekabrın 26-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul görüşü keçirilib. Köhünlü kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialı üçün bina və digər sosial obyektlər tikilir. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Ceyhun Cəfərov bildirdi ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yolları yenidən qurulur. Ceyhun Cəfərov söylədi ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bununla da Köhünlü kəndi ilə yanaşı rayonumuzun daha altı kəndinin yolu yenidən qurulur. Kənd sakinləri kəndarası yolların təmiri, sosial müdafiə, təhsil, elektrik enerjisi, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.




Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil…

Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib…

Təvazökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var...

İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır…

Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb…

İşgüzardır- əməlləri ilə Kürdəmirdə tarix yazır…

Adətən, məmurlar qəbuluna gələn vətəndaşların qarşısında ayağa qalxmağı özünə sığışdırmırlar. O isə yanına gələn hər bir insana xüsusi diqqət göstərir, səbrlə dinləyir, nəvazişlə yola salırdı...

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonda keçirdiyi bütün tədbirlərində onun sayğı və diqqətini hiss etdim…

Bu gün Kürdəmirdə elə bir adam tapa bilməzsiz ki, bu kişidən narazı qalsın…

Xalqla rəhbərin birliyindən çox deyilib, çox yazılıb, hələ bundan sonra da davam edəcək. Nə yaxşı ki, aramızda belə gözəl, belə istiqanlı rəhbərlər var. O, bu birliyin bariz nümunəsidir...

Kürdəmirə rəhbərlik etmiş insanların arasında yeganə icra başçısı idi ki, heçnədən asılı olmayaraq hər bir kəndin yas məclislərində iştirak etməyi özünə borc bildi, itkilərə görə baş sağlığı verdi. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşın kədərinə şərik oldu. Bunu ancaq yüksək əxlaqa malik olan insan edə bilərdi…

Bu insanın dövlətə, dövlətçiliyə, xalqa bağlı olduğu barədə, işgüzrlığı haqqında çox nümunələr sadalaya bilərdim, amma ALLAH şahiddirsə yetər…

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.


Əzizimiz Ceyhun müəllim, biz sizi çox sevirik, xidmətlərinizi yada salır, varlığınızdan qürur hissi keçiririk. Qarşıdan gələn yeni iliniz mübarək!

Müşfiq Kişiyev

                            
 Respublikamızda fəaliyyət göstərən qocaman təhsil ocaqlarından biri də Bakı Biznes və Kooperasiya Kollecidir. 80 illik  bir tarixə malik  bu kollec 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır.Ümummilli Lider H.Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir.

 Hal- hazırda kollec müasir təhsil standartlarına cavab verən  geniş maddi texniki bazaya malikdir. Belə ki , kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir.

Yaradılan hərtərəfli şərait burada minlərlə yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaradır.Onların  əsl mütxəssis kimi yetişməsində 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan pedaqoqlar çalışır. Kollecin verdiyi ixtisas dərəcəsi –Subbakalavr dərəcəsidir.

Kollecə riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə xanım Quliyeva rəhbərlik edir.O, çox gənc olmasına baxmayaraq gözəl idarəetmə qabiliyyətinə malik  , səritəli rəhbər , əsl pedaqoq ,   tarix , ədəbiyyat , incəsənət  haqqında mükalimələrə, güclü məntiqə ,dərin elmi biliklərə malik bir ziyalıdır.  Həmçinin  Azərbaycan qadınınna məxsus ən ali keyfiyyətləri , xanımlıq , mənəvi zənginlik . alicənablığı özündə birləşdirən mükəmməl bir şəxsiyyətdir.

  Bir alim , bir elm admı kimi isə Fatimə xanım 6 kitab və tədris proqrmının müəllifidir. 30 elmi əsəri ölkə xarici  və ölkə daxilində nəşr edilmişdir. Təhsildə xidmətlərinə görə ölkə rəhbəri tərəfindən “Tərəqqi “ medalı ilə təltif olunmuşdur. . 2016-cı ildə Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layiq görülmüşdür.

   Fatimə xanımın bir amalı , bir məqsədi var. Rəhbərlik etdiyi təhsil ocağnın şərəfini hər zaman yüksəkliklərdə saxlamaq , ölkə təhsilində öz  sözünü demək , öz töhfəsini vermək . O, bu müqəddəs məqsəd üçün bilik və bacarığını ortaya qoyur , öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir.

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramı gəlir. Bu münasibətlə başda Fatimə xanım olmaqla , onun bütün tələbə və müəllim kollektivini ürəkdən təbrik edirik . Hər kəsə istər iş , istər şəxsi həyatlarında müvəfəqiyyətlər,  uğurlar , səadət ,xoşbəxtlik arzulayırıq. Yeni il sizlərə bol şanslar , saysız- hesabsız uğurlar gətirsin , inşallah.

Bayramınız mübarək !

 Müşfiq Kişiyev.


2019-cu ili yola  salmağımıza sayılı günlər qalıb.  Bu il də ötən illər kimi Abşeron rayonunda bütün sahələrdə əlamətdar il kimi yadda qalacaq. Belə ki, ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncam, tapşırıq  və göstərişləri son dərəcə yüksək məsuliyyət hissi ilə rayon İcra  Hakimiyyəti tərəfindən yerinə yetirilmişdi və işlər bütün gücü ilə davam etməkdədir.
  Rayonun istər sosial-iqtisadi, istər tikinti- quruculuq , istərsə də mədəni həyatında ilboyu dinamiklik özünü göstərmiş , adı çəkilən sahələrdə inkişaf , irəliləyiş sözdə deyil , göz önündə olmuşdur. İlboyu rayon ərazisnidə tikinti-quruculuq işləri həm rayon mərkəzində, həm də ayrı-ayrı kənd və qəsəbələrdə davam etdirilmişdir. Rayon mərkəzində çoxmənzilli binalarda istismara yararsiz liftlərin təmir edilib istifadəyə verilməsi , binalar arasında nümunəvi məhəllələrin yaradılması, parkların salınması , hasarların üzlənməsi , səki daşlarının düzülməsi , yolların  asfaltlanması, ümumiyyətlə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində  görülmüş  işlər  olduqca təqdirəlayiq işlərdəndir.

İlboyu rayon ərazisində ekoloji tarazlığın qorunması və yaşıllığın artırılması daim diqqət mərkəzində olmuş, rayonun ayrı- ayrı yaşayış məntəqələrində on mindən artıq şam , sərv , çinar və digər ağac növləri əkilmişdir.

Əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı yüksək səviyyədə həyata keçirilmiş , bu məqsədlə ayrı-ayrı yaşayış məntəqələrində yeni trasformatorlar quraşdırılmış , təmir edilmiş, hava xətləri kabel xətləri ilə əvəz edilmişdir. Görülən bütün işlər əhalinin intensiv enerji ilə təminatına zəmin yaratmışdır.

Bundan başqa əhalinin içməli su , kanalizasiya , təbii yanacaqla təminatı hər daim diqqət mərkəzində saxlanılmış, bu məqsədlə əməli tədbirlər həyata keçirilmişdir.

Rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri  ilboyu rayon İcra hakimiyyəti başçısı aparatının diqqət mərkəzində saxlanılmış, yüzlərlə yeni iş yerləri açılmışdır.

 Hər zaman olduğu  kimi rayonun şəhid, əlil və imkansız ailələrinin, rayon ərazisində məskunlaşmış 10861 məcburi köçkün ailəsinin qayğıları da  diqqət mərkəzində saxlanılır. Onlara daim maddi və mənəvi dəstək göstərilir.

Rayonun İcra başçısı İradə xanım Gülməmmədova öz işi , əməlləri ,əqidəsi ilə dövlətimizə , dövlət başçımıza ləyaqət və şərəflə xidmət etdiyini bir daha sübut etməkdədir. O , hər zaman əhalinin , rayon sakinlərinin içində, onların arasındadır. Xalqın problemləri , qayğıları , narahatlıqları diqqətlə , yüksək həssaslıqla dinlənilir. Yerindəcə qərarlar verilir , məsələlər həlli üçün bütün imkanlar səfərbər olunur.

 

P.S. Son zamanlar bəzi mətbu orqanlarda , saytlarda , sosial  şəbəkələrdə çox hörmətli İradə xanım haqqında həqiqətə uymayan , əsassız , yalan-yalnış yazılar getməkdə , xəbərlər yayılmaqdadır. Bütün bunlar reallıqdan uzaq , yalan, böhtan, şər xarakterli  , qərəzə hesablanmış vəziyyətdir. Təbii ki , bu illər ərzində İradə xanımın rayon  üçün etdiklərini görməzlikdən gəlmək , bütün təqdirəlayiq işləri heçə saymaq , haqqa nahaq demək  sözün yumşaq mənasında qərəzdən , haqsızlıqan , vicdansızlıqdan başqa bir şey deyil. Halbuki, görülən işlər göz önündədir. Yetər ki , görən gözlər olsun . Bir də həqiqəti deyən dillər ...Yoxsa ki bütün bunlar nə peşə etikasına yaraşır , nə də ki , insanlığa.

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı gəlir. Bu məqsədlə başda İradə xanım olmaqla, bütün abşeronluları təbrik edir , cansağlığı , həyatlarında və işlərinə yen-yeni nailiyətlər və bol şanslar arzulayırıq.

Bayramlarınız mübarək !
  
Müşfiq.


24 dekabr Prezident İlham Əliyevin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə artıq dünya liderlərindən Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməyə başlayıb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm”.

Tacikistan Prezidenti Emomali Rəhmon:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq”.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf yolu ilə qətiyyətlə irəliləyir.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da xalqlarımızın rifahının yaxşılaşmasına böyük töhfə verəcək.
2019-cu il oktyabrın 14-də Bakıda görüşümüzü səmimiyyətlə xatırlayıram və Sizin Qırğız Respublikasına səfərinizi gözləyirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Bolqarıstan Prezidenti Rumen Radev:

“Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz Vətənə fədakar xidmətiniz sayəsində haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və beynəlxalq aləmin böyük nüfuzunu qazanmısınız.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə uğurlu sosial-iqtisadi inkişaf yolu keçib. Bu gün ölkənin davamlı inkişafına, xalqın rifahının daha da yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirilir.

Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Qazaxıstanda yüksək qiymətləndirirlər. Əminəm ki, münasibətlərimizdə etimada əsaslanan konstruktiv siyasi dialoq bundan sonra da Qazaxıstan-Azərbaycan əməkdaşlığının, ikitərəfli əlaqələrimizin bütün spektri üzrə dərinləşməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm”.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

Ardını oxu...


Goranboy rayon İcra Hakimiyyəti başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, 6-cı Televiziya Muğam Müsabiqəsinin qalibi, həmyerlimiz Nurlan Namazov ilə görüşdü



Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, 2017-ci il, 6-cı Televiziya Muğam Müsabiqəsinin qalibi, həmyerlimiz Nurlan Namazov ilə, 18 dekabr 2019-cu il tarixdə, rayon İcra  Hakimiyyətində görüşdü.
Gənc və istedadlı ifaçı ilə söhbət aparan İcra Başçısı, Azərbaycan xalqının milli sərvəti olan Muğamın mənəvi dəyərimiz kimi qorunub saxlanılmasında,  beynəlxalq miqyasda yüksək  səviyyədə təbliğində,  yeniyetmə və gənclərimiz arasından yeni muğam ifaçılarının üzə çıxarılmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevanın və Heydər Əliyev Fondunun misilsiz xidmətlərini vurğulayaraq bu dəyərli missiyanı yüksək qiymətləndirdi.
Rayonumuzda da muğam sənətinin  gənc istedadlara tədris edilməsi məqsədi ilə, musiqi-incəsənət məktəblərində ustad dərslərin keçirilməsini və bu istiqamətdə  öz bilik və bacarıqlarından istifadə  etməsini, həmçinin rayon ictimaiyyəti qarşısında solo konsertlə çıxış etməsini Nurlan Namazova tövsiyyə edən cənab Məhərrəm Quliyev gənc ifaçıya gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.



Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi

18 dekabr 2019-cu il tarixdə, Goranboy rayon İcra Hakimiyyətinin Başçısı cənab Məhərrəm Quliyev rayon İcra Hakimiyyətində vətəndaşları qəbul etdi. Vətəndaşları dinləyən İcra Başçısı səsləndirilən  şikayət və müraciətlərin araşdırılması və qanunamüvafiq qaydada  həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verdi.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir.


Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Məhərrəm Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Məhərrəm Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Məhərrəm Quliyevdən danışdılar yaxşı ki, Məhərrəm Quliyev Goranboy rayonu İcra hakimiyyətinin başçısı təyin olunub… Məhərrəm Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Məhərrəm Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Məhərrəm Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Məhərrəm Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Məhərrəm Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Məhərrəm Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Məhərrəm Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Məhərrəm Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy rayonu İcra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Goranboy rayon İcra Hakimiyyətində işləyən bir neçə işçiylə və rayon sakinləriylə də ünsiyyətdə olduq. Onlar Goranboy rayonunda hər bir işin öz qaydasında olduğunu bildirdilər. Goranboy rayonunda rayon sakinlərinə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, rayon sakinlərinə olan davranışları görsünlər sonra yazsınlar.

Bizimlə həmsöhbət olan ağstafalılar etiraf edirlər ki, hörmətli Məhərrəm Quliyev İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi rayon icra hakimiyyəti aparatı öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Başqa bir özəllikdə ondadır ki, Məhərrəm Quliyev Goranboy rayonunun və goranboyluların potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini rayonun daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.


Goranboy hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Goranboy rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Ağcabədidə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub
Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.


İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Goranboy rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.

 Qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibəti ilə başda Məhərrəm müəllim olmaqla bütün Goranboyluları təbrik edir , cansağlığı . uzun ömür və böyük naliyyətlər arzulayırıq. Bayramınız mübarək .