Azərbaycanımızın qərb bölgəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir təhsil ocağı fəaliyyət göstərir. Azərbaycan Aqrar Universiteti.! Bu qocaman elm ocağına illərdir ki , çox hörmətli ziyalı , pedaqoq AMEA- nın müxbir üzvü , professor  İbrahim Cəfərov rəhbərlik edir. Məhz onun rəhbərliyi altında universitet inkişafının ən yüksək  mərhələsinə qədəm qoymuşdur. Hər zaman yenilikçi , islahatçı , obyektiv olan İbrahim müəllim universitetin şöhrətini qaldırmaq üçün bütün bilik və bacarıqlarını ortaya qoyur , əzmlə çalışır. Universitetdə istər respublika , istərsə də beynəlxalq əhəmiyyətli tədbirlər silsilə xarakter daşıyır , bir-birini əvəz edir.

Hər zaman dinamik olan universitet həyatı iyun ayında da bu ənənəni davam etdirmişdir. Belə ki ayın elə ilk günündə universitetdə Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilmişdir.  ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin  müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat vermişdir.. İbrahim müəllim mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərildiyini, müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da universitet haqqında xoş sözlərini belə bildirmişdir : “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.   


Iyun ayının 3-dən etibarən isə Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası açıq elan edilib. Qeyd etmək yerinə düşərdi ki, boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə bu semestrin imtahanları test və şifahi üsullarla keçirilir. Şəffaflığı tam təmin etmək məqsədilə sessiyadan  bir ay əvvəl  tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilib,  imtahanların test və ya şifahi keçirilməsi barədə tələbələrlə məsləhətləşmələr aparılıb, onların bütün arzuları nəzərə alınıb. Hər dəfə olduğu kimi yenə appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılıb. Son 15 gündə Kənd Təsərrüfatı naziri,  cənab İnam Kərimov 2 dəfə universitetdə olub,  müxtəlif tələbə qrupları ilə görüşlər keçirib,  tədbirlərdə iştirak edib.  Həmçinin onu da qeyd etmək lazımdır ki ,  imtahan prosesi hamı üçün açıqdır, valideynlər, KİV və  ictimaiyyətin nümayəndləri imtahan prosesini auditoriyalarda açıq izləyə bilər.

İmtahanlardan bir gün əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə tələbələrə müraciət edib, onların bilik və bacarıqlarının nümayiş etdirmələri üçün heç bir əngəl olmadığını vurğulayıb. Onlara uğurlar arzulayıb.

Təbii ki , cənab rektorun bu jesti tələbələrə əlavə stimul verib.

 Həmçinin universitet bu ay qonaq-qaralı olub.İyunun 4- də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bolqarıstanın Plovdiv Aqrar Universiteti rektoru, professor Xristina Yançeva və Davamlı Təhsil Mərkəzinin direktoru, Bolqarıstanın sabiq Kənd Təsərrüfatı naziri və universitet rektoru, professor Dimitar Grekov ADAU-da qonaq olub. . Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, təhsil proqramlarının  beynəlxalq akkreditasiyası məsələlərinin müzakirə edilməsi, habelə 2014-cü ildə bağlanan  müqavilənin yenilənməsi və imzalanmasıdır.  

ADAU-nun maddi-texniki bazası, tələbə evləri, laboratoriyaları, mərkəzləri, auditoriyaları, tədris-təcrübə təsərrüfatı, tikilməkdə olan tədris korpusları ilə yanaşı regionda yerləşən aqroparklar, innovativ texnologiyalı müəssisələrlə tanışlığı əhatə edən  səfər proqramı qonaqlarda ölkəmizdə aqrar sahəyə və aqrar təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğu təəssüratını  yaradıb.

Universitetlərarası yeni əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxış edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov Plovdiv Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişlən­məsinin zəruriliyi və perspektiv istiqamətləri, habelə aprel ayında bu ali təhsil müəssisəsinə səfəri çərçivəsində keçirdiyi görüşlər, əldə olunan razılıqlar barədə məlumat verib.

Plovdiv Aqrar Universitetinin rektoru, professor Xristina Yançeva rektor İbrahim Cəfərova dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, son illərdə ADAU-da dövlətin dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əməkdaşlıq əlaqələrinin və hər cür imkanların olduğunu, bu əlaqələrin genişlənməsinin hər iki ali təhsil müəssisəsində tədrisin, elmi-tədqiqat işlərinin, kadr hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, əsası 1945-ci ildə qoyulan Plovdiv Aqrar Universiteti aqronomluq, bağçılıq  və üzümçülük, bitki mühafizəsi və aqroekologiya, iqtisadiyyat fakültələrini özündə birləşdirməklə, burada bakalavriat səviyyəsində 20, magistratura səviyyəsidnə 28, doktorantura səviyyəsində 26 proqram üzrə mütəxəssis hazırlığı aparılır.

 İyun ayının 12- də isə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Duması qəbul edib .

Qonaqları universitetdə görməkdən məmnunluğunu deyən rektor  İbrahim Cəfərov  dəvəti qəbul edib, ADAU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib. ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verib. Rektor İbrahim Cəfərov Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Fransa universitetləri ilə daha geniş əməkdaşlıq arzusunu söyləyib. İbrahim Cəfərov Tuluz universiteti ilə ikili diplomlar və  tələbə mübadiləsi istiqamətində əməkdaşlığn səmərə verəcəyinə əminliyini də diqqətə çatdırıb, elmi araşdırmalar və doktorantura üzrə  əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb. Deyib ki,  ADAU indi mükəmməl bir universitetdir və beynəlxalq səviyyədə kifayət qədər tanınır. Burada təhsil alan gənclər ən müasir tələbə evlərində yaşayırlar. Dövlət, eləcə də Kənd Təsərrüfatı naziri hər an bizim yanımızdadır və aqrar təhsilin inkişafına böyük dəstək verilir. Əslində ADAU bu gün ən şanlı dövrünü yaşayır.

ADAU-ya səfərindən məmnun olduğunu bildirən, hər iki ölkənin  təhsildə bir çox ümumi maraqlarını qeyd edən Fransanın Tuluz universitetinin prezidenti, professor Jean Pierre Vinel rəhbərlik etdiyi universitetdə əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib və ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan  professor Jean Pierre Vinel  birgə daha böyük işlər görülə biləcəyini qeyd edib. Qonaq onu da əlavə edib ki: “biz bilirik Azərbaycan Dövləti sizə böyük dəstək verir və əməkdaşlıqda 1-ci olmaq istəyirik. Sizin də dediyiniz kimi birgə tədqiqatlar apara bilərik, tələbə-müəllim mübadiləsi edərik.”

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib və qonaqlar universitetin maddi-texniki bazası ilə ətraflı tanış olublar.

Univesitetdə həyat keçirilən silsilə tədbirlərdən biri də “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsidir. Bu məqsədlə rektor İbrahim müəllim mütəmadi olaraq  ayrı – ayrı rayonlara   səfər edir. Universitet , oradakı təhsil , maddi – texniki baza, xarici əlaqələr , gələcək perspektivlər barədə ətraflı məlumat verir. Respublikamızın sosial -iqtisadi inkişafında mühüm rol oynayacaq kadrlar yetişdirən bu ali təhsil ocağının  mühüm rolunu orta məktəb məzunlarına , abituriyentlərə yetərincə izah edir. Bu ali təhsil ocağını seçməklə gələcəkdə respublikamıza müstəsna xidmət edəcəklərini çatdırır.

 Bu silsilə tədbirlər iyun ayı boyunca da davam etmişdir. Belə ki İbrahim müəllim Qazax rayonunda, Quba və Xaçmaz rayonlarında olmuş ,orta məktəb məzunları , abituriyentlərlə görüşmüş , öz gözəl və mütərəqqi missiyasını həyata keçirmişdir.

  İyun ayının 19-da Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov universitetin professor-müəllim heyəti ilə “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi” haqqında seminar keçirib.

Tədbirdə giriş sözüylə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə alimlərlə görüşlərin mütəmadi olduğunu bildirib.  O, həmçinin akademik Qərib Məmmədovla olan seminarın  professor-müəllim heyəti üçün xüsusi bir fürsət olduğunu da vurğulayıb.

Daha sonra akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib.  Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib  prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin  hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş edib. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub.

Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 Universitet rəhbərliyi təkcə elmlə, təhsillə bağlı tədirlərlə kifayətlənmir, respublika əhəmiyyətli bütün əlamətdar günlər, anım günləri, bayramlar, ayrı-ayrı görkəmli şəxsiyyətlərin doğum və anım günləri yüksək səviyyədə qeyd olunur.

 Belə tədbirlərdən biri də iyun ayının 19-da  Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinin İctimai elmlər və Multikulturalizm kafedrasının təşkilatçılığı ilə  baş tutan qəhrəman şəhidimiz  Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş  “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı elmi-nəzəri konfransdır.  Əvvəlcə şəhidlərin ruhu bir  dəqiqəlik sükutla yad edilib.
Sonra Tədris işləri üzrə prorektor Anar Hətəmov çıxış edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Bildirilib ki, Mübariz qürurlu Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub. 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.
Daha sonra İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov deyib ki, Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Mübariz də ona qoyulan adı doğrultdu. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Canından çox sevdiyi vətəni üçün də qəhrəmanca şəhid oldu.
Sonda İctimai elmlər və Multikulturalizm kafedrasının dosenti Əbdürəhman Kazımov, İctimai elmlər və Multikulturalizm kafedrasının  dosent  əvəzi Elgün Aslanov və İctimai elmlər və Multikulturalizm kafedrasının müəllimi Türkan Əhmədova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimov haqda fikirlər söylədilər.

  İşıqlandırdıqlarımız Universitetin həyatında baş verənlərdən yalnız bir hissə idi. Həqiqətən AMEA- nın müxbir üzvü professor İbrahim müəllimin rəhbərliyi  , gərgin zəhməti , sonsuz əməyi sahəsində həyata keçrilən mütərəqqi işlər , saysız – hesabsiz tədbirlər   bir məqaləyə sığacaq həcmdə deyil. Bir rəhbər olaraq İbrahim müəllimin məqsədi bu qocaman təhsil ocağnı layiq olduğu ən yüksək zirvələrə daşımaqdır.

 Nə deyək, uğurlar olsun !

 


“Minumum əməkhaqqının artması nəticəsində 950 min insanın əməkhaqqısı artacaq. Bunun 350 min nəfəri özəl sektorda, qalan 600 min nəfərə yaxını isə dövlət sektorunda çalışanlardır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, qeyd edib ki, dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanlarından da orta əməkhaqqısı təxminən 270 manatdan 350 manata qədər artacaq: “Bütövlükdə minumum əməkhaqqının artırılması dövlət büdcəsində 780 milyon manata başa gələcək.

Azərbaycanda minumum əməkhaqqı yaşayış minumumdan 40 faiz yuxarıdır. Bu da o deməkdir ki, minumum əməkhaqqı almaqla insan yoxsulluq həddindən uzaqlaşır. Bu əhali arasında bərabərsizliyin qarşısını alır və sosial ədaləti daha da gücləndirir. Minumum əməkhaqqı artanda azgəlirli insanların maaşları artır. Qeyd edim ki, sonuncu sosial paket 2 milyon insanı əhatə edir. Ümumilikdə isə, cənab prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paket 3 milyard manatdan artıqdır"

 


Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.


S
ərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.



Bəşəriyyətin ən ali varlığı olan insan çox şeyə qadirdir. Çoxumuz potensialımızı  dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda , çox az insan var ki, Tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnir. Bir ömür boyu yaşam tərzi , səmərəli , dəyərli fəaliyyəti ilə örnək nümunəsi olur. Üzərinə düşən vəzifənin öhdəsindən  ləyaqətlə gələrək adını insanlığın ən uca zirvəsinə yazdırır.

 Yaşadığımız dövr imkan verir ki , görülən hər bir işə , hadisəyə real qiymət verək. Həmçinin  ləyaqətlə yaşayıb , insanlıq adına , xüsusən daşıdıqları peşəyə , sənətə şöhrət gətirənləri dəyərləndirək, qiymətləndirək .

  Haqqında danışmaq istədiyim şəxsiyyət də belələrindəndir. Riyaziyyat üzrə elmlər doktoru, professor  Azərbaycan Texniki Universitetinin Elm və texnika  üzrə prorektoru  İlham Teymur oğlu Pirməmmədov.

 İlham  müəllim orta məktəbi bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini mexanika ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. İş fəaliyyətinə  təyinatla Dənizneftqazlayihə Elmi-tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İlham  1977-1980-ci illərdə həmin İnstitutda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. 1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında “Nəzəri mexanika” kafedrasında “Deformasiya olunan bərk cismlər mexanikası” ixtisası üzrə təhsil almışdır.

   İlham müəllimin səmərəli və müstəsna   fəaliyyətinin əsas hissəsi Təhsil Nazirliyində işlədiyi dövrü əhatə edir. Belə ki  1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmış , 1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Ali Təhsil müəssisələrinin rektorlar Şurası”nda məsul katib vəzifəsini də aparmışdır. Əsasnaməyə görə bu Şuranın sədri vəzifəsini Təhsil Naziri yerinə yetirmişdir. Eyni zamanda Respublikada tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri bu Şuranın tərkibinə daxil edilmişdir. Şuranın fəaliyyət göstərdiyi 5 il ərzində İlham müəllim zəngin təcrübəsindən, çoxşaxəli biliyindən çıxış edərək   təhsil sistemində mövcud olan problemlərlərlə dərindən məşğul olmuş, bir çox problemlərin həlli üçün dəyərli tövsiyələr vermişdir.

 İlham müəllim Təhsil Nazirliyində bir çox mühüm vəzifələri icra edərək respublikamızın prioritet məsələlərindən biri olan təhsilə öz dəyərli tövsiyələri , səmərəli fəaliyəti ilə əvəzsiz xidmətlər göstərmişdir. Belə ki , 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və bu vəzifəyə keçirilmişdir. Bu müddətlərdə Təhsil haqqında Qanunun (1992-ci il, 2010-cu il) işlənib hazırlanmasında və bu qanunlara uyğun olaraq bütün pillələr üzrə təhsilin təşkili ilə bağlı zəruri normativ hüquqi sənədlərin hazırlanmasında, müzakirəsində, nazirliyin kollegiya səviyyəsində təsdiq olunmasında bilavasitə işçi qrupun üzvü və ya rəhbəri kimi yaxından iştirak etmişdir.

 Həmçinin 1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.

1998-ci ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin sərəncamları ilə Təhsil sisteminin inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət proqramlarını hazırlayan işçi qruplarının üzvü olmuş, sonradan bu proqramların həyata keçirilməsi ilə bağlı görülən işlərə nəzarət edilməsində və bu işlərlə bağlı hesabatlar hazırlayıb hökumətə təqdim olunmasına məsul olmuşdur.

 İlham müəllim 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. Bu müddətdə o, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ölkəmizi bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda və digər mötəbər tədbirlərdə uğurla təmsil etmişdir.

50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifi, Əməkdar müəllim , Qabaqcıl təhsil işçisi adını ləyaqətlə daşıyan İlham müəllim bu gün öz əzmkar , səmərəli fəaliyyətini Azərbaycan Texniki Universitetində davam etdirir.

  Göründüyü kimi İlham müəllimin mənalı və dəyərli  ömür yolu gərgin əməkdən , ağır zəhmətdən keçib . Yüksək peşəkarlıq , ziyalılıq , gözəl idarəetmə bacarığı , zəngin mənəviyyat ! Budur İlham müəllimi xarakterizə edən xüsusiyyətlər. Təbii ki , bütün bunlar gərgin əmək , sonsuz zəhmətlə bağlıdır.

 Lakin bütün bu ali keyfiyyətləri birləşdirən başqa nəsnələr də var. Doğulduğun torpaq , havasını udub suyunu içdiyin yurd! İlham müəllim də söz-sənət ocağı , ziyalılar beşiyi qədim Qazax torpağında dünyaya gəlib.   Bir də damarlarından axan halal qan İlham müəllimin timsalında bu cür kamil insan , mükəmməl ziyalı nümunəsi yaradıb. Hər kəsə- elm xadiminə , vəzifə sahibinə , dövlət məmuruna , və yaxud sıradan br insana örnək olacaq nümunə.

Damarlarından axan halal qan , bir də dərin zəhmət , güclü mütailə kamil bir insan nümunəsi ortaya çıxarıb Saleh müəllimin timsalında. Hər kəsə , elm xadiminə , vəzifə sahibinə , dövlət məmuruna , sıradan bir insana örnək olacaq nümunə!

Tanrı Sizi qorusun , İlham müəllim!


Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət xanım Misirxanova - Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.

                      Image

15 iyun-Azərbaycanın Milli Qurtuluş Günüdür. 1991-ci ilin oktyabrında Azərbaycan

Ardını oxu...


Heydər Əliyev şəxsiyyəti Azərbaycan Şərqdə ilk dəfə olaraq 1918-ci ilin may ayında müstəqil Azərbaycan Demokratik Respublikasını yaratmağa nail oldu. Lakin çirkin əməllər sahibi, daim işğalçılıq siyasəti yürüdən rus imperiyası zəngin təbii resurslara, xüsusən də yeraltı sərvətimiz olan neftə görə Azərbaycanı əldən buraxmaq istəmirdi. Elə bu məqsədlə də imperiya XI Qızıl Ordunun iştirakı ilə cəmi 23 ay hökm sürən müstəqil Azərbaycanı işğal edərək keçmiş SSRİ-nin tərkibinə qatdı. Beləliklə də 70 ildən çox xalqımız rus imperiyasının əsarətində qaldı. Lakin bu illər ərzində xalqımız daim müstəqilliyə can atır, yenidən azad olmağı arzulayırdı. Nəhayət, Azərbaycan Respublikası hələ ötən əsrin sonlarında illərdən bəri həsrətlə gözlədiyi müstəqilliyini bərpa edə bildi. Ancaq bu yolda xalqımız çoxsaylı qurbunlar verdi. Belə ki, 1988-ci ildən başlamış ümumxalq hərəkatının qarşısını almaq üçün keçmiş SSRİ-nin Silahlı Qüvvələri Bakıya yeridildi və əliyalın xalqımıza qarşı misli görünməyən vəhşiliklər törətməyə başladılar. Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 yanvar faciəsi zamanı yüzlərlə insanlarımız ağır və zirehli texnikanın hədəfinə çevrildi. Xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulmuş "şanlı ordumuz" ağır texnikanı Bakı şəhərinə və bir çox bölgələrimizə yeridərək əliyalın xalqımıza qarşı amansız, dünyada misli-bərabəri olmayan vəhşiliklər törətdi. Xalqımızın haqq səsini boğmaq, beynəlxalq aləmdən təcrid etmək məqsədilə televiziyanın enerji blokunu partlatdılar. Yüzlərlə insanlarımız yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi. Xalqımızın bu kimi ağır günlərində Azərbaycanda o zamanlar Dövlət Təhlükəsizlik Komitəsi adlanan qurumun, Daxil İşlər Nazirliyinin vicdanlı əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində siyasi səbitlik qorunub saxlandı, xalqımızın ağır günlərində öz vəzifə borclarını layiqincə yerinə yetirərək axıra qədər mübariz dayandılar. 1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətə gəlsə də onu qoruyub saxlaya bilmədi. Hakimiyyətə isə o dövrdə ölkədə gedən siyasi proseslərin fəal iştirakçısı olmuş xal cəbhəsi gəldi. Lakin cəbhəçilər də hakimiyyətdə duruş gətirə bilmədilər. İdarəçilikdə heç bir təcrübəyə, bacarığa malik olmadığından Əbülfəz Əliyev Naxçıvana qaçmışdı ki, respublikanı oradan idarə etsin. Respublikamız bir neçə yerə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qızğın döyüşlər gedir, digər tərəfdən isə Surət Hüseynov özünün silahlı birləşmələri respublikamızın qərb rayonlarında hakimiyyəti devirə-devirə Bakıya doğru irəliləyirdi. Ölkəmizdə hər an vətəndaş müharibəsi başlana bilərdi. Hakimiyyətdə yaranan boşluqdan istifadə edən Əlikram Hümbətov isə respublikanın cənub bölgəsində Talış-Muğan respublikası yaratmaq xülyasına düşmüşdü. Nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əlirza oğlu Əliyev kimi müdrik oğlu, uzaqgörən siyasətçisi var imiş. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında Ali Sovetin sədri vəzifəsində çalışan Heydər Əliyev xalqın xahişi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldi. Yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyev ilk öncə Gəncə şəhərinə gedərək hadisələri yerindəcə araşdırdı və özünün geniş təcrübəsinə arxalanaraq az bir müddət ərzində xalqımızı düşdüyü ağır vəziyyətdən çıxarmağa nail oldu və bunula da hər an başlanması gündəmdə olan vətəndaş müharibəsi sovuşdu. Heydər Əliyev Azərbaycan xalqının qabiliyyətini yaxşı bilirdi. Onun xalqımızla sıx birliyi nəticəsində qısa müddət ərzində respublikamızın iqtisadiyyatı inkişaf etməyə başladı. O, yaxşı bilirdi ki, müstəqil ölkənin güclü, qüdrətli, yenilməz ordusu, xalqın asayişişini, əmin amanlığını təmin etmək üçün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi olmalıdır. Ona görə də ilk növbədə adı çəkilən qurumlara səriştəli, yüksək peşəkarlığa malik kadrlar yerləşdirdi. Bu gün xalqmızın əmin-amanlığına baxmayaraq, yenə də ölkəmizdə müstəqilliyimizə və dövlətçliyimizə xələl gətirmək istəyən, terror törətmək istəyən şəxslərə rast gəlmək olur. Qonşu İran İslam Respublikasının bəzi əliəyri insanları ilə əlbir olub Vətənimizə xəyanət etmək istəyən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması və son yaxın günlərdə Gəncə, Bakı, Zaqatalada terror törətmək istəyən şəxslərin aşkar olunması bir daha sübut etdi ki, respublikamızın güc nazirlikləri daim mübarizdirlər. Güclü dövlət hər şeyə qadirdir deyən Heydər Əliyev ordu quruculuğuna böyük önəm verirdi. Bu gün birbaşa demək olar ki, həqiqətən Azərbaycan güclü və qüdrətli orduya malik olan bir ölkədir. Bu istiqamətdə bir neçə il öncə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu gün Azərbaycan müstəqil olaraq müxtəlif hərbi texnika və silah növləri istesal edir. Dünyanın müxtəlif ölkələrində keçirilən hərbi sənaye sərgisində Azərbaycanda istehsal olunan silah və texnika mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dahi siyasətçimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə sülhə, əmin-amanlığa böyük önəm verirdi. O, həmişə terrorun əleyhinə idi. Ona görə də hakimiyyəti dövründə beynəlxalq terrorla mübarizə konvensiyasına qoşuldu. Bu gün də onun sülhə, əmin-amanlığa xidmət edən ideyaları yaşayır. Böyük qürur hissi ilə qeyd etmək olar ki, ölkəmizin Prezidenti İlham Əliyev cənabları Heydər Əliyev siyasi məktəbinin layiq davamçısı kimi terrorizmə qarşı barışmaz mövqedə durur. Bunun bariz nümunəsi kimi onun Qarabağ və ətraf rayonların erməni işğalçılarından azad olunması istiqamətində ilk növbədə sülh yoluna üstünlük verir. Əgər sülh yolu ilə, beynəlxalq təşkilatların bilavasitə müdaxiləsi ilə işğal atında olan ərazilərimiz azad olunmasa, onda daha sərt addımlar
atmağa üstünlük veriləcək. Bu gün Azərbaycan dünya ölkələri arasında önəmli yerlərdən birini tutur və yaxın gələcəkdə daha güclü potensiala malik olacaq. Heydər Əliyev səxsiyyəti hələ öyrənilməmiş bir dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü, el-oba üçün hər kəsin görmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı ulu Tanrının ona bəxs etdiyi vergi idi. Bütün bunların hamısı bir keyfiyyət altında birləşdi: Heydər Əliyev Böyük Azərbaycanlı idi. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətciliyimizin xilaskarı idi. Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi bir möcüzə idi. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizi və xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edirəm.
   
   Eldar Yunusov- BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələrinin və Uşaq Evləri İdarəsinin rəisi





























 


Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müasir tariximizin yaradıcısı Biz heç vaxt onu Azərbaycansız, Azərbaycanı onsuz təsəvvür etməmişik. Şəxsən mən həmişə "Heydər-xalq, xalq-Heydər birliyi əbədidir" deyiminə məhz adı şüar kimi yox, xalqımızın, Vətənimizin və onun əvəzedilməz liderinin birgəliyini, ayrılmazlığını özündə ehtiva edən düstur kimi baxmışam. Heydər Əliyev bizim ümummilli liderimizdir və mən inanmıram dünyada öz xalqı üçün bu qədər çalışmış, öz xalqını bu qədər sevən ikinci bir rəhbər olsun. O, bütün həyatını canından çox istədiyi xalqının yolunda şam kimi əritdi. O, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" deyə, ötkəm və qətiyyətli səsi ilə dünyanın xəritəsi cızılan və siyasi düzəni müəyyənləşən iclas salonlarını titrətdi. Mən, "Heydər Əliyev Azərbaycan xalqı üçün kim idi" sualını verib, sonra bu suala cavab axtarmağa çalışanları həmişə qınamışam. "Heydər Əliyev Azərbaycan xalqının özüdür" kəlməsi aksioma kimi hər birimizin şüurunda yer almalıdır. Böyük liderdə xalqımızın bütün mənəvi-əxlaqi keyfiyyətləri birləşib. O dahi şəxsiyyət sitəmlər içində yaşamış xalqımızı firəvan günlərə gətirib çıxardı. Dünyada elə bir dövlət xadimi, tanınmış siyasətçi yoxdur ki, onun siyasi nəhəngliyini, liderlik qüdrətini etiraf etməsin. Bu, onun ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir. Amma "Heydər Əliyev sadəliyi", "Heydər Əliyev səmimiyyəti" deyilən məqamlar da var ki, bunlarsız böyük liderin tam portretini tamamlamaq qeyri-mümkündür. Heydər Əliyevin xalqla görüşlərini, sadə insanlarla təmaslarını yada salın. Bu gün də çox insanlar həmin görüşlərin təsiri altındadır. Heydər Əliyevlə bircə anlıq ünsiyyətdə olub, onu sevməmək, onun cazibəsinə düşməmək mümkünsüz işdir. Heydər Əliyev kimi liderlər üçün zaman məfhumu yoxdur, belə bir fəlsəfi kateqoriya onlar üçün mövcud deyil. Mövcud və real olan Heydər Əliyev əzəməti, Heydər Əliyev böyüklüyü və Heydər Əliyev dühasıdır ki, onu nə zaman, nə də məkan çərçivəsinə sığışdırmaq mümkündür. Təbii, biz onun fiziki yoxluğunu hər an hiss edrik, səsindən, yerişindən, oturuşundan, duruşundan, ən əsası qayğısından ötrü qəribsəmişik. Amma şükürlər olsun ki, Uca Tanrı xalqımız üçün bir işıq mənbəyi aşkarlayıb. İndi bizim Heydər Əliyev siyasi kursunun, Heydər Əliyev məktəbinin dönməz davamsısı olan İlham Əliyev kimi liderimiz var. Elə xalqımızın da ürəyində nikbinlik toxumu cücərdən budur. Azərbaycan xalqı inanır ki, H.Əliyevin həyata keçməmiş arzularını məhz İlham Əliyev reallaşdıracaq. H.Əliyev dünənin və bu günün adamı deyil. O, daha çox gələcəyin adamıdır. Çünki gördüyü işlər firəvan gələcək üçün hesablanmış binanın təməlidir. Bu səbəbdən "Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır" ifadəsi çox dəqiqdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qayğısını, Heydər Əliyev nəfəsini hiss etməyəsən. Mən H.Əliyevi kiminləsə müqayisə etmək, yaxud kiməsə bənzətmək fikrində olanları həmişə qınamışam. O, bənzərsiz və müqayisəedilməz bir şəxsiyyət idi. Heydər Əliyev bir çox liderlər kimi təkcə dövrünün, zəmanəsinin oğlu deyil. O. yuxarıda qeyd etdiyim kimi, həm də gələcəyin adamıdır. Heydər Əliyev bütün zahiri görkəm, əzəməti ilə bütöv bir xalqın simasıdır. O, təkcə Quzey Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının lideridir… Heydər Əliyev sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi mühüm qərarlar, verdiyi fərman və sərəncamlarla yanaşı, yeri gəldikcə iş adamlarına məsləhət və tövsiyələrini əsirgəmir, iqtisadiyyatın ən müxtəlif sahələrində nəyi və necə inkişaf etdirməyi nəzərə çarpdırırdı. Bu isə şübhəsiz ki, iş adamlarının, sahibkarların fəaliyyətinə müsbət təsir göstərir, onların xalq və dövlət qarşısındakı məsuliyyətlərini birə-beş artırırdı. Heydər Əliyev şəxsiyyəti xalqımızın qəlbində əbədiyaşarlıq qazanan dahidir.
O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!