![]() |
![]() |
Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət xanım Misirxanova - Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.
15 iyun-Azərbaycanın Milli Qurtuluş Günüdür. 1991-ci ilin oktyabrında Azərbaycan
müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə dairəsindən çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük siyasətçi Heydər Əliyev 09 iyun 1993-cü ildə iqtidarın və xalqın təkidi ilə Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra – iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir.Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan özünün əsl müstəqilliyini ulu öndər Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkəni, xalqını ölkədə olan xaos və anarxiyadan, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.1994-cü ildə Azərbaycan atəşgaha nail oldu, Kosntitusiyaya, bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edildi, məhkəmə hüquq islahatları qəbul edildi. Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində ağıllı, mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və nəhəng dövlət quruculuğu işlərinə başladı, qarşıya çıxan bütün sərhədləri yardı və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda Azərbaycan da nail oldu, Azərbaycanı dünyaya tanıtdı, Azərbaycanın adı beynəlxalq kürsülərdən gəldi, Azərbaycan öz sərvətlərinin sahibi oldu, Azərbaycan tam mənada müstəqil oldu. 20 seyntabr 1994-cü ildə Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” oldu. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Azərbaycan dünya enerji təhlükəsizliyi sisteminə, Azərbaycan kredit alan ölkədən kredit verən bir dövlətə çevrildi. Bakı və Sumqayıt şəhərləri tanınmaz olmuş, digər şəhər və rayonlarımız abadlaşdırılmışdır.Buna görə də biz hamımız Azərbaycan dövlətinin bir vətəndaşı olaraq ailəmizdə, evimizdə uşaqlarımızı vətənə, xalqa, millətə və ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə etməli, milli irsimizi ləyaqətlə qoruyub saxlamalı, böyük qurbanlar hesabına əldə edilmiş müstəqilliyimizi qoruyub saxlamalı və prezidentimizə dəstək olmalıyıq. Mən bu dahi insanın ruhu qarşısında baş əyirəm və ona rəhmət diləyirəm.