![]() |
![]() |
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
“Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilsin”.
Ənənəvi mədəniyyət bayramı öz işini Kürdəmir rayonununda davam etdirib.
Festivalın proqramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümünə həsr olunub.
Yaradıcılıq festivalında Ümummilli Lider, Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü münasibəti ilə “Xalq Heydər söyləyəcək”, “Azərbaycan” mahnıları kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.
Bundan başqa, qiraət ustalarının təqdimatında “Sən elə bir zirvəsən” adlı kompozisiyada nümayiş olunub.
Mədəniyyət bayramının zəngin proqramını aktyorların təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması, nağıl qərəmanlarının səhnələşdirilməsi maraqlı edib.
Daha sonra festival Beyləqan Mədəniyyət Mərkəzinin “Yaylalar” folklor qrupunun biri-birindən maraqlı rəqs nümunələri ilə davam edib.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.
Həmçinin, festivalda Beyləqan Rayon İdman Klubunun bir qrup idmançıları da öz məharətlərin nümayiş ediblər.
Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.
Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Azərtac-ın məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilir:
Abdullayev Ağasəlim Sahib oğlu
Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu
İslamzadə Akif Qədir oğlu
Quliyeva Səidə Əbülfəz qızı
Mütəllimova Firəngiz Bəhər qızı
Nərimanova Zemfira Əli qızı
Rəhimli İlham Əziz oğlu.
10:09
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Axar.az xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.
Prezidentlə xanımı Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident İlham Əliyevin qarşısından keçib.
İlham Əliyev və Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər.
Sonra dövlət başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə günü münasibətilə onları təbrik ediblər.
Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.