Son xəbərlər

 

Azərbaycan dövlətinin banisi Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev Azərbaycanin gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır. Məhz həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, xalqın həyat səviyyəsinin yaxşılaşması üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur. Dahi Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən qlobal problemləri belə məharətlə həll edərək, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Hələ o vaxtlardan ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki nüfuzu ilə fəxr edirik. Təsadüfi deyil ki, həmin dövrün tanınmış siyasətçiləri və politoloqları məhz Heydər Əliyevi Sov.İKP MK-nın Baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdülər. "Əlbəttə, imperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər. Sovetlər İttifaqının süqutundan sonra ölkədə xaos, özbaşınalıq kulminasiya həddinə çatdığı bir zamanda yenicə müstəqillik qazanmış respublikamızın parçalanmaq, milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın arzusu idi. Vətənin dar günündə xalqın xahişi və təkidi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanin tarxinə qızıl hərflərlə yazıldı. Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevrilişinə cəhd edərək öz cinayətkar, xalqın mənafelərinə zidd niyyətlərini həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər. Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları müqəddəsdir və daim yaşamalıdır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın şəkildə yəqin etdi. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkəmizin tərəqqisində və inkişafındakı rolu danılmazdır. Heydər Əliyevin siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi müasir cəmiyyətimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da Cənubi Qafqaz regionunun liderinə çevrilən ölkənizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir. Biz daim ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi lider idi. Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezidentimizin bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Bizim də hər birimiz Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına və möhkəmlənməsinə nail olacaqdır.
Bu gün bu böyük və əbədiyaşar şəxsiyyətin doğum günüdür. O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!

 Ağcabədi  DYP - nin rəisi Qafur Verdiyev.





12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ