![]() |
![]() |
Ukraynanın NATO-ya gedən yolu dönməzdir, lakin heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalır:
"Bu, Vaşinqton sammitinin nəticəsi idi. Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Və heç nə dəyişməyib".