Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açllacaq.

Bu barədə məlumatı Newscenter.az-a Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Cəmil Hüseynov verib. O bildirib ki, 1 ildən çoxdur sözügedən layihə üzərində iş gedir:

"Demək olar ki, bütün işlər hazırdır, bizə bunun üçün yer də verilib. Burada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açmaq istəyirəm. Məktəbdə tədris olunacaq "Azərbaycan dilini öyrənmək" adlı kitabımız da hazırdır. Əsas məqsədim odur ki, buradakı azərbaycanlı uşaqlar öz ana dilini unutmasınlar, oxuya, ana dilində yaza bilsinlər. Vətənimizə, Azərbaycanımıza gedəndə öz dilimizdə danışmağa çətinlik çəkməsinlər. Eyni zamanda Azərbaycan himnini bilsinlər, Azərbaycan himnini kim yazıb, Azərbaycan bayrağının rəmzi nədir, Azərbaycan gerbinin mənası nəyi ehtiva edir, bayrağımızın rəngi hansı mənaları verir və s. məsələləri uşaqlarımız öyrənsinlər".

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Milli Qəhrəman Nazim Babayevin anasını evində ziyarət etdi

Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anası Laçın ananı evində ziyarət etmişlər. Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının səhhəti və sosial qayğıları ilə maraqlanmışdır. Laçın ana övladı haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Qeyd edək ki, 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin qeyri-qanuni silahlıları dövlət çevrilişinə cəhd edəndə Füzuli, Tərtər bölgələrində igidliklə döyüşən, düşmən qarşısında mətanətlə dayanan Nazim Babayev şəhidlik zirvəsinə yüksələrək ölməzlik qazanmışdır.


Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Şuşa şəhəri Azərbaycanın mədəniyyət beşiyi, tarixi və mədəni irsinin incisi olaraq xüsusi bir yer tutur. Qarabağın ən qədim şəhərlərindən olan Şuşa Qarabağ xanlığının mərkəzi olaraq qurulmuş və sonradan Azərbaycanın ən əzəmətli mədəniyyət və sənət mərkəzlərindən birinə çevrilmişdir. Şəhər XIX əsrdən başlayaraq Azərbaycanın görkəmli bəstəkarları, yazıçıları, şairləri və elm adamlarının yetişdiyi mərkəz olub.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdilər və şəhər təxminən 28 il müddətində nəzarətdən çıxmış oldu. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşa bu müddət ərzində dağıntılara məruz qalmış, qədim məscidlər, məzarlar, kitabxanalar və tarixi abidələr sıradan çıxmış, şəhərin gözəlliyi ciddi ziyan görmüşdü.
2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş verən İkinci Qarabağ Müharibəsi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək məqsədilə başladığı böyük bir hərbi əməliyyatla nəticələndi. Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi bir çox şəhərləri düşmən işğalından azad etdikdən sonra, müharibənin əsas hədəflərindən birinə - Şuşaya doğru irəlilədilər. Noyabr ayının əvvəlində Azərbaycan ordusu Şuşanın ətrafındakı strateji yüksəklikləri ələ keçirdikdən sonra şəhərin daxilinə doğru hərəkət etdi. Şuşanın qayalıq və meşəlik əraziləri ilə əhatələnməsi döyüşlərə əlavə çətinliklər gətirsə də, Azərbaycan xüsusi təyinatlı qüvvələri böyük cəsarət və peşəkarlıq göstərərək şəhərə girdi və 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edildiyi elan olundu.
Şuşanın azad olunması həm hərbi, həm də psixoloji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi Azərbaycan xalqının uzun illərdən bəri gözlədiyi bir qələbə anı idi və nəticədə Ermənistan, sülh sazişinə imza ataraq Azərbaycanla müharibəni dayandırmağa məcbur qaldı.
Şuşa zəfəri ilə Azərbaycan mədəniyyətinin bərpası və qorunması üçün böyük bir fürsət yarandı. Prezident İlham Əliyev 2021-ci ili "Şuşa İli" elan edərək şəhərin bərpası, infrastrukturların yenilənməsi və mədəni abidələrin bərpasına xüsusi diqqət ayrılacağını vurğuladı. Bu çərçivədə, Şuşanın tarixi simasını qoruyaraq şəhəri yenidən canlandırmaq üçün geniş bir dövlət proqramı hazırlandı. Məqsəd, Şuşanın yalnız fiziki olaraq yenidən qurulması deyil, həm də onun ruhunun, mədəni və tarixi dəyərlərinin dirçəldilməsidir. Şuşanın mədəni və tarixi irsinin bərpası istiqamətində ilk addımlardan biri məscidlər, qalalar, türbələr və digər tarixi abidələrin bərpası oldu. Xan qızı Xurşidbanu Natəvanın evi, Qazançı məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi kimi tarixi binaların yenidən bərpası və orijinal görkəminə qaytarılması üçün peşəkar memarlar və arxeoloqlar tərəfindən tədqiqat və restavrasiya işləri aparılır. Bu abidələrin bərpası həm də Şuşanın milli kimliyini yaşatma məqsədinə xidmət edir. Şuşa şəhərinin qədim strukturlarını bərpa etməklə yanaşı, burada müasir infrastruktur da qurulmaqdadır. Yol, elektrik, su və qaz təchizatı sistemləri, yüksək sürətli internet infrastrukturu yenidən qurulmuş və şəhərin hərtərəfli inkişafı üçün yeni layihələr həyata keçirilməkdədir. Şuşaya giriş-çıxışı asanlaşdırmaq üçün Füzuli-Şuşa avtomobil yolu tikilib, bu isə şəhərin turizm potensialını artırmağa böyük töhfə verib.
Şuşanın Azərbaycan mədəniyyətində tutduğu mühüm mövqeyi nəzərə alaraq, şəhər gələcəkdə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Burada beynəlxalq festivallar, konsertlər, sənət sərgiləri, ədəbiyyat günləri və digər mədəni tədbirlər təşkil edilir. Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə keçirilən “Xarıbülbül” musiqi festivalı kimi tədbirlər şəhərin dirçəlişində böyük rol oynayır. Bu festivallar Şuşanın Azərbaycan mədəniyyətinə olan təsirini yenidən gündəmə gətirir və dünya ictimaiyyətinin diqqətini bu qədim şəhərə cəlb edir. Şuşa yalnız Azərbaycanın mədəniyyət beşiyi deyil, həm də ölkənin turizm potensialını genişləndirən bir bölgə kimi önə çıxır. Şəhərin mədəniyyət turizminin inkişafı ilə əlaqədar layihələr həyata keçirilir və turistlərin maraq dairəsinə çevrilməsi üçün yeni obyektlər, mehmanxanalar, restoranlar və turizm mərkəzləri yaradılır. Şuşanın təbii gözəlliyi, meşəlik dağları və unikal iqlimi onu turizm üçün cazibədar bir məkana çevirir. Turizm sektorunun inkişafı həm də şəhərdə iqtisadi canlanmaya və yerli əhalinin məşğulluq imkanlarının artmasına səbəb olacaq.
Şuşa şəhərinin yenidən qurulması Azərbaycan üçün həm mədəniyyətin, həm də milli kimliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Şuşanın bərpası Azərbaycan xalqının tarixini yaşatmaq, milli irsini gələcək nəsillərə ötürmək və Qarabağda yeni bir həyat qurmaq məqsədi daşıyır. Şuşanın işğaldan azad edilməsi və bərpası ilə Azərbaycan həm keçmişinə olan sevgisini, həm də gələcəyə olan inamını nümayiş etdirir. Şuşa zəfəri Azərbaycanın hərbi və diplomatik mübarizəsində əldə etdiyi parlaq bir qələbədir. Azərbaycan xalqı, torpaqlarını azad edərək milli irsini qorumaq yolunda böyük bir addım atdı. Şuşanın işğaldan azad olunması, Qarabağın mədəni və tarixi irsinin bərpası üçün yeni bir dövrün başlanğıcı oldu.


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - 
 “Azərbaycan xalqı 8 Noyabr – Zəfər Günü ərəfəsindədir. Biz bu tarixi günü böyük təntənə ilə qeyd etməyə hazırlaşırıq. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanı diz çökdürdü, növbəti qələbələrimizin əsasını qoydu”.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza möhtəşəm Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib: “Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran valideynlərə minnətdarıq”.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir: “Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında Qələbə qazandı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı. Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı. Müxtəlif beynəlxalq dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “Erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə həm də erməni mifini darmadağın etdi. Təsadüfi deyil ki, 44 günlük müharibə dünyada XXI əsrin müharibəsi hesab olunur”.

Cavid Məmmədov: 8 Noyabr: Qələbənin Zəfər Günü

“Əlbəttə ki, tarixi Zəfərimizin qazanılmasında dövlət siyasəti, güclü ordu amili ilə yanaşı, milli birliyimizin və həmrəyliyimizin sarsılmazlığı müstəsna əhəmiyyət kəsb edir. Bütün xalqımız Ali Baş Komandan və ordumuzun ətrafında sıx birləşmişdi. 10 minlərlə insan könüllü olaraq ordu sıralarına yazılmışdı. Yaşlı təqaüdçülərimiz öz pensiyalarını silahlı qüvvələrimizə yardım fonduna köçürürdülər. Biz həmin hadisələri sonsuz qürurla izləyirdik. Çünki bütün bunlar milli birliyimizin necə də möhtəşəm olmasından xəbər verirdi”, - deyə Fatma Yıldırım əlavə edib ki, bütövlükdə, “Dəmir yumruq” milli birliyimizin və gücümüzün rəmzidir: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Eləcə də, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə Bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi.
Son 4 ildə qələbələrimiz davamlı oldu. 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eləcə də, ötən il 19-20 sentyabr tarixlərində ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, ölkəmizin dövlət suverenliyi tam təmin olundu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması milli birliyimizin təntənəsdir”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda böyük çağırışlar dayanır: “Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara yenidən həyatı qaytarmaqdır. Bəli, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. 2022-ci ildə Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Daha sonra Tərtərin Talış kəndinə, Laçına, Füzuliyə, Xocalıya və Cəbrayıla insanlar qayıtmağa başladı. Bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetində min nəfərdən çox tələbə təhsil alır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarının azad olunmasının sevincini yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.