«Xəzər-Market» aldadır – İstehlak bazarında hərc-mərclik tüğyan edir!


Bu istiqamətdə hökumətin fəaliyyətsizliyi təəccüb doğurur…

Bakının Yeni Günəşli qəsəbəsinin «V» yaşayış sahəsində «Xəzər-Market» adlı böyük bir dükan fəaliyyət göstərir. Bu səhər yolum həmin dükana düşdü – plastik qabda 1,0 litr Gədəbəy suyu («Slavyanka») götürdüm. Qiymətinə diqqət yetirdim – 0,57 manat. Kassaya yaxınlaşdım və xeyli «orijinal» bir situasiya ilə üzləşdim – kassada suyun qiyməti 0,62 manat çıxdı!

Səbəbini soruşdum – kassada işləyən cavan qız bir cavan oğlanı çağırdı və sualımı ona ünvanlamalı olduğumu dedi. Məsələni oğlana danışdım və qiymət fərqinin səbəbini soruşdum. Oğlan üz-gözünü turşudaraq, «bir səhvdir də olub» – dedi. Soruşdum ki, bu səhv nə üçün həmişə satanın xeyrinə baş verir? Oğlan gülümsünüb, doğdağının altında mızıldandı – heç nə anlamadım, o da çıxıb getdi…

Bu, bir epizoddur – mən qarşılaşdım. Nə yazıq ki, bu gün Azərbaycanın istehlak bazarında total bir hərc-mərclik («dərəbəylik») hökm sürür – satıcılar hər vasitə ilə istehlakçıları həm kəmiyyətdə, həm keyfiyyətdə, həm qiymətdə (qiymətlər süni şəkildə qaldırılır!), həm də «endirim kampaniyası» adı altında aldadırlar. Dərdimizi deməyə bir ünvan da yoxdur – sanki bütün bunların «Novruz hökuməti»nə heç bir aidiyyəti yoxdur…

Bu yaxınlarda dövlət başçısı Nazirlər Kabineti ilə keçirdiyi müşavirədə bildirdi ki, bazara nəzarət edən qurumlar var və onlar imkan verməməlidirlər ki, natəmiz adamlar qiymətləri süni şəkildə qaldırsınlar, hansısa inhisarçı fəaliyyətlə məşğul olsunlar və s. Sahə üzrə mövcud vəziyyət göstərir ki, aidiyyəti orqanlar öz vəzifələrini yerinə yetirmirlər və ya yetirmək istəmirlər. Sanki onlar «əlahəzrət inhisar»dan çəkinirlər. O zaman vay halımıza ki, «hökumətimiz inhisarımız»dan qorxur… qoxur nədir, lap «üyüdür»! Belədə, məntiqi sual yaranır: Əlazəzrət inhisar bunca gücü haradan alır?! Sualı hər kəs üçün açıq saxlaıram…

Bəs, ölkənin istehlak bazarında hökm sürən rüsvayçı vəziyyət haradan şərtlənir? Yenə «Novruz hökuməti»nin fəaliyyətsizliyindən. Bu qənaətimi konkret misalla əsaslandırmaq istərdim. Məlum olduğu kimi, hələ 1998-ci ildə Azərbaycanın Baş naziri Artur Rəsizadə bir sənəd imzalayıb – «Azərbaycan Respublikasında ticarət və xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları» adlanır. Bu sənəd sanki ölü doğulan körpəymiş kimi, imzalanığı gündən «dərin quyuda dəfn olunub» – təcrübədə, onun tələblərinin heç birinə əməl olunmur. Artur hökuməti uzun illər bu vəziyyəti görməzliyə vurdu. Ənənə üzrə, indi də bu «zorən maymaqlığı» Novruz hökuməti davam etdirir…

Xeyli maraqlı bir mənzərə ilə üz-üzəyik – nə kələkdirsə, cəmiyyətə islahat adı altında təqdim olunan «yerdəyişmə qanunu» istehlak bazarından yan keçir. Bu görməzliyin səbəbi və məqsədi nədir?

Sualı Novruz hökuməti üçün açıq saxlayıram…

AzPolitika.info
Bu universitetlərin diplomlarının xaricdə tanınmamasına - Nazirlikdən cavab


Təhsil Nazirliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olan Bakı Mühəndislik Universiteti, Odlar Yurdu və Gəncə Texnologiya Universitetinin məzunlarının diplomunun Türkiyədə tanınmaması məsələsinə aydınlıq gətirib.

Qurumun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "Qafqazinfo"nun əməkdaşının sualına cavab olaraq bildirib ki, bu, dəqiqləşdirilmiş informasiya deyil:

"Türkiyə tərəfindən bu barədə bizə hər hansı müraciət daxil olmayıb. Əgər müraciət daxil olsa, araşdırma aparılacaq. Anlaşılmazlıq yarandığı təqdirdə isə məsələnin həll olunması baxımından nazirlik tərəfindən işlər görüləcək. Biz məzunlarımızın çətin vəziyyətə qalmaması baxımından ələmizdən gələni edəcəyik".
Maaş və pensiyalar artacaq: Prezident tapşırıqlar verdi



Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək.

Bu barədə millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb.

Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
Azərbaycan səhiyyə sistemində NÖVBƏTİ RƏZALƏT - 16 min alıb əməliyyat etdilər, öldükdən sonra daha 5 min 400 manat tələb olundu













Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb sizə bildirirəm ki, həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim səhlənkarlığının qurbanı olub. Bunu isə həkimlər bizim pulumuzu talamaq üçün ediblər. Bu korrupsiya, talançılıq və quldurluq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər.

29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi. Həmin cərrahiyyə əmıliyyatı üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə, onu müayinə etdilər və dedilər ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır.

Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi. Həkim müayinə edib dedi ki, qansızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əmliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi.

Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib, Ucar rayonu Lək kəndinə gətirdik.

25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb, başqa xəstəxanaya aparsaydıq, indi o, sağalıb həyatda yaşayırdı.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi, həm də borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16 000 manat pul alsalar da, bununla kifayətlənməyib bizdən, əlav qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib, sonra həmin pulu istəmədilər.

Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar, Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm.

Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerində belə hal baş verə bilməz, bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.

Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı. Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır. Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar.

15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər. Sanki onun üzərində təcrübə keçirdilər.

Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu, daha o, qayıdan deyil, ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu talançı qatil həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırıb, 16000 (on altı min) manat pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz. Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir”.
Hurriyyet.org
Həkimlərdən Oqtay Şirəliyevə ETİRAZ - Müraciət












Azərbaycan Səhiyyə Nazirliyinin Yazıçılar Birliyi Poliklinikasının həkimləri əmək haqlarının ödənilməməsindən şikayətçidirlər.

Bununla bağlı həkimlər Demokrat.az-a şikayət məktubu ilə müraciət ediblər.

Həmin müraciəti təqdim edirik:

"Biz uzun müddətdir ki, təxminən 5-6 ildir ki, Yazıçılar Birliyinin Poliklinikasında işləyirik, bütün işçilərin əmək müqaviləsi mərkəzləşdirilmiş elektron baza sistemində qeyd olunub. Biz bank vasitəsi ilə kartla əmək haqqı alırıq, hər ay dövlətə vergi və sosial ayırmaları ödəyirik və yazıçılarımıza xidmət göstəririk.

2019-cu ilin aprel ayında bizim poliklinikamıza müvvəqqəti olaraq yeni baş həkimi İradə Səbziyeva təyin olunub. Bundan sonra 2019-cu ilin aprel ayında Səhiyyə Naziri Oqtay Şirəliyev tərəfindən təhkim edilmiş 1 saylı poliklinikanın baş həkimi olan Kübra Cabbarova və Nazirliyin əməkdaşları İntiqam müəllim (hüquqşunas) gələrək poliklinikada iclas keçirib bizə rəsmi elan edirlər ki, guya 60 nəfər həkim və tibb bacısı fəaliyyət göstərə bilmərik, işə gəlməyə bilərsiniz. Çünki adınız Səyiyyə Nazirliyinin mərkəzləşdirilmiş registr siyahısında işsiz kimi gedir və bizim guya kodumuz yoxdur. Bütün 60 nəfər həkimlər və tibb bacıları şok vəziyyətinə düşüb, axı necə ola bilər ki, 2017-ci ildə sonra 2018-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş yoxlama aparılmış, butün həkimlərin və işçilərin işi yoxlanılmış və bu barədə nöqsan tapılmamış və bizə heç bir rəsmi məlumat verilməmişdir. Həmin yoxlama zamanı Səhiyyə Nazirliyinin əməkdaşı İntiqam müəllim də iştirak etmişdir. İclas zamanı İntiqam müəllimə həmin sualı verdik, lakin cavab verməkdə aciz qaldı. Hazırda həkimlərin və tibb bacılarının konstitusion hüquqları pozulub. Hər həkimin və tibb bacısının himayəsində azyaşlı uşaqları var, 60 yaxın tibb müəssisəsində çalışan işçinin birdən işsiz qoyulması Prezidentimiz Hörmətli İlham Əliyevin və Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın apardığı siyasətə ziddir.

Hazırda Yazıçılar Birliyinin Poliklinikasının rəhbərliyi elektron əmək müqaviləmizin olmasına baxmayaraq əmək haqlarımızı 2 aydır ödəmir, bizə hədə qorxu gəlirlər.

Bununla bağlı Səhiyyə Nazirliyinə müarciət etmişik, əfsuslar olsunki müarciətimiz hələdə müsbət həllini tapmayıb. Hüquqları pozulmuş həkim qadın kollektivi adından Xahiş edirik bu məsələni iştimailəşdirəsiniz".
Göyçay Məhkəməsi kimin yanında olacaq? - Haqq-ədalətin, yoxsa?..













Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Göyçay şəhəri Natəvan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım!

2002-ci ilin oktyabr ayında Göyçay rayon Potu kənd ərazisində yerləşən və Burcalıyev Vahid Məhəmmədəli oğlunun Burcalıyeva (Osmanova) Əsmayə Bilal qızının və Burcalıyev Səməd Vahid oğlunun birgə mülkiyyətində olan 1,15 ha torpaq sahəsini 41 000 (qırx bir min) ABŞ dollarına almışam. 15 oktyabr 2002-ci il tarixində mənim mülkiyyətçilərlə mənim 41 000 (qırx bir min) ABŞ dolları təqdim etməyim və onlarında məndən həmin məbləği qəbul etməklərinə dair alqı-satqı müqaviləsi bağlanıb. Bu torpaq sahəsinin 0,9849 hissəsinin üzərində mülkiyyət hüququm DƏDRX-nin 16 saylı ərazi idarəsində daşınmaz əmlakın dövlət reyestrində qeyda alınıb və mənə RX seriyalı 298000 saylı çıxarış verilib. Bu torpağın qalan 0,1690 ha hissəsi təbii fəlakət nəticəsində çay və sel sularının altında qlaraq çay yatağı ilə birləşmişdir.

Mənim xususi mülkiyyətimdə olan və Göyçay rayon Potu kəndində yerləşən bu torpaq sahəsi aldığım vaxtdan 2016-cı ilə qədər Göyçay rayon Potu kənd sakini Hacıyev Habil Məsim oğlu tərəfindən saxta sənədlər tərtib olunaraq zəbt edilmiş və uzun müddət onun qanunsuz sahibliyində olmuşdur. Buna görədə mən bu torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişəm. Halbu ki, bu müddət ərzində mən bu torpaq sahəsindən təyinatı üzrə istifadə etsəydim 85 000 (səksən beş min) manat gəlir əldə edərdim. Mən dəfələrlə Hacıyev Habil Məsim oğluna xususi mülkiyyətimdə olan bu torpaq sahəsindən çıxmasını tələb etsəmdə o bundan imtina etmişdir.

Xususi mülkiyyətimin zəbt olunması ilə bağlı Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətim təmin olunub. Yəni Göyçay rayon Məhkəməsinin hakimi F. Əfəndiyevin 21 may 2015-ci il tarixli 2(046)-08/2015 iş nömrəli qətnaməsi ilə Hacıyev Habil Məsim oğluna Göyçay rayon Potu kənd bələdiyyəsi fondunun alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsindən 0,144 ha torpaq sahəsinin satılmasına dair Potu bələdiyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarı həmin torpaq sahəsinin alqı-satqısına dair 22 dekabr 2003-cü il tarixli akt və həmin torpaq sahəsində cavabdeh Hacıyev Habil Məsim oğlu tərəfindən inşa edilmiş tikililər barədə 01 saylı reyestr kitabında 35-ci səhifədə, 140 reyestr nömrəsi ilə qeydə alınmış 11 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan Göyçay rayonu, Potu kəndinə yerləşən 0,9849 ha torpaq sahəsinin 0,25 ha torpaq sahəsində Hacıyev Habil Məsim oğlu tərəfindən inşa etdirilmiş tikililərin sökülməsi və həmin torpaq sahəsindən Hacıyev Habil Nəsim oğlunun çıxarılması, Göyçay rayonu, Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan Göyçay rayonu, Potu kəndinə yerləşən 0,9849 ha torpaq sahəsinin 0,25 ha torpaq sahəsinə Hacıyev Habil Məsim oğlunun yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(107)-23/2016 iş nömrəli qətnaməsi ilə Haçıyev Habil Məsim oğlunun apellyasiya şikayəti təmin olunmamış Göyçay rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Habil Hacıyev Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 24 avqust 2016-cı il tarixli qətnaməsi ilə onun kassasiya şikayəti təmin olunmayaraq Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. 29 noyabr 2016-cı il tarixdə isə Göyçay rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli, 2(046)-08/2015 iş nömrəli qətnaməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tamamı ilə icra olunmuş və bu haqda akt tərtib olunmuşdur. 

Göründüyü kimi mənim xususi mülkiyyətimdə olan Göyçay rayon Potu kəndində yerləşən 0,9849 ha torpaq sahəsi 2002-ci il tarixdən 2016-cı il tarixə qədər Göyçay şəhər Nəsimi küçəsi ev 22 ünvanında yaşayan Hacıyev Habil Məsim oğlu tərəfindən saxta sənədlərdən istifadə etməklə zəbt etmiş və qanunsuz olaraq uzun müddət onun sahibliyində olmuşdur. Bunun nəticəsində mən həmin torpaq sahəsindən istifadə edə bilməmişəm və buna görədə mənim mülkiyyət hüququm pozulmuşdur. Nəticədə mən bu torpaq sahəsindən təyinatı üzrə əldə edə biləcəyim gəlirdən məhrum olmuşam.

Torpaq sahəsindən əldə edə biləcəyim gəlirdən məhrum olduğuma görə «Əldən çıxmış pul tələbinə dair» iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişəm.Müraciətim icraata götürülüb və 29 may 2019-cu il tarixində saat 11.00-da hakim İbrahim Fəttahovun sədrliyi ilə məhkəmə iclası təyin olunub.

Mənim bu iddiam əsasında Göyçay rayon Məhkəməsinin hakimi Zəfər Quliyevin sədrliyi ilə bir neçə məhkəmə iclasıda keçirilib. Hətta mənim vəsatətim əsasında bu hakim Zəfər Quliyev iş üzrə 2002-ci il tarixindən 2016-cı il tarixə kimi bu torpaq sahəsindən təyinatı üzrə istifadə edib əldə edə biləcəyim gəlirin hesablanması üçün «Barat Consultancy» MMC mütəxəssis qismində cəlb olunması üçün qərarda vermişdir. «Barat Consultancy» MMC bu illər ərzində mənim əldə edə biləcəyim gəliri hesablayaraq məhkəməyə təqdim etmişdir.

Hörmətli Mehriban xanım!

İnanıram ki, 29 may 2019-cu il tarixində Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov keçirdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit olunmuş ədalət mühakiməsinin digər prinsiplərinə əməl edərək ədalətli və obyektiv qərar verəcək 

Hörmətlə: Mayılova Minayə Seyidağa qızı
Belə məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı



Qəzalı vəziyyətdə olan Neftçala rayon Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdi fənn olimpiadasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, məktəbin şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu Fizika fənni üzrə respublika fənn olimpiadasının qalibi olub və qızıl medal qazanıb.

Xatırladaq ki, bu, məktəbin fizika müəllimi Seyran Səfərovun ilk uğuru deyil. O,indiyə qədər onlarla respublika və dünya olimpiadasının qalibini yetişdirib. Əməkdar müəllim adını qazanmış S. Səfərov “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində fizika fənnindən ən yüksək nəticə göstərən müəllim olub.

Qeyd edək, məktəbin qəzalı vəziyyəti ilə bağlı mətbuatda dəfələrlə məqalələr yer alsa da, hələ də hər hansı tədbir görülməyib. 
Belə məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı
Belə məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı
Belə məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı
Belə məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı
Avtovağzal bu gecə 3-ə qədər işləyəcək


Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə məlumatı qurumun mətbuat katibi Pərvin Məmmədova yayıb. O bildirib ki, final oyununun gecə saat 1-də bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 3-ə qədər uzadıb. 

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları da cəlb edib.
Elektron siqaretlərin dəhşətli zərəri ortaya çıxdı


ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir.

Belə ki, darçınlı və mentollu mayelər ürək sağlamlığı üçün birbaşa zərbədir.

“Bu günə qədər bu mayelərin hüceyrələrə necə təsir etməsi barədə məlumatlı deyildik. Bu araşdırmalar göstərdi ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil” – deyə professor Cozep Vu bildirib.

Mütəxəssislərə görə, ənənəvi siqaret çəkən zaman insan nə qədər siqaret çəkdiyini bilir. Ancaq elektron siqaretlər aldadıcı ola bilir. Belə ki, çox qısa bir zaman müddətində özünüzü böyük miqdarda nikotinə məruz qoya bilərsiniz.
İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi - Borc qalmaqalı














“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətinin qazdan istifadəyə görə 21 min manatlıq borcu yarandığını bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə İH də məlumatlandırılıb və qəbz təqdim olunub, borcun ödənilməsi tələb olunub. Binəqədi RİH isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, təbii qazdan istifadəyə görə hesablanmış 20 976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin. Hakim Əfqan Ələkbərov işi icraata götürmədkdən imtian edib. Çünki Binəqədi RİH iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib. Qərarda qeyd olunub ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət oluna bilər.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azəriqaz”la aralarında müvafiq ödəmə müqaviləsinə görə borc yaranıb: “Borcun səbəbləri aydınlaşdırılmadığından Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. Hal-hazırda iş məhkəmədə baxıldığı üçün məhkəmənin qərarı gözlənilir. Mətbuata əlavə açıqlama məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra veriləcək”.