Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Minval.info xəbər verir ki, sərəncama əsasən Azərbaycanın dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır:

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

– Heydər Əliyev Mərkəzi;

– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

– Azərbaycanda Atatürk Mərkəzi;

– Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

– Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılıb.

Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.

Musavat.com-un müxbiri Nizami rayonunda yerləşən “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara “divan” tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.

Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi…Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.

Adının çəkilməsini istəməyən satıcı aylarla  üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: “Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, “işləyirsən işlə, işləmirsən yaxşı yol”. Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir”.

Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: “İcarə haqqını verə bilməyən  obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər”.

Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.

Təkər satışı şöbəsində  isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir,  bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.

Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq, bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz… Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat pul qalır olur. Təkərlərin və digər ehtiyat hissələrinin daşınma xərcini də hesablasaq, demək olar ki, müflis olmağa doğru gedirik”.

“Leş bazarı” adlanan hissədə isə maraqlı qaydalarla tanış olduq. Öyrəndik ki, sahibklarlar kassa üçün aylıq 270 manat vergiyə, 30 manat isə zibil puluna  verirlər. Satıcılar zibilpulu üçün yığılan məbləğin yüksək olduğu bildirirlər. Belə ki, 100-ə yaxın obyektin hər birindən 30 manat aldıqda, bu aylıq 3000 manat vəsait edir. Bundan əlavə, sıradan çıxmış avtomobilləri bazara gətirən sahibkarlar, hər maşın üçün sahibkara 140 manat ödəyirlər. İcarə haqqı ödənilən bir obyektə “metallom maşın” gətirilməsinə görə, əlavə pul yığılmasının isə məntiqi bəlli deyil. Bir sözlə bazarda özbaşınalıq hökm sürür və xırda sahibkarlığın sıradan çıxmasına səbəb olur.

Gömrük rüsumlarına gəlincə, ehtiyat hissələrinin yığılması üçün olan 1 kubmetrlik dəmir qutu üçün dövlət rüsumu 1100 dollardır. Ancaq əvvəllər bu məbləğ 350 dollar olub. Yəni, son 3 ildə bir tərəfdən gömrük rüsumu 3 dəfə artıb, digər tərəfdən devalvasiya nəticəsində dollar 2 dəfədən artıq bahalaşıb. Sahibkarların sadəcə rüsumla bağlı xərclərinin 5 dəfə artması qiymətlərin də adekvat olaraq artımına gətirib çıxarıb.

Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Tbilisi prospektindən üzü şəhər istiqamətində qeydə alınıb.

Yük maşını və minik avtomobili arasında baş vermiş qəzada ciddi problem yaşanmasa da, yolda tıxac yaranıb. Səbəb isə qəzadan sonra hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitələrini yolun ortasında saxlaması olub. Digər sürücülərin yolu açmaq tələbinə cavab olaraq qəza törədənlər sığorta mütəxəssisi hadisə yerinə gələnə qədər avtomobillərini burada saxlayacaqlarını deyiblər. Nəticədə isə Tbilisi prospektindən Moskva prospektinə qədər olan yolda uzun tıxac yaranıb.

Azərbaycan Texnologiya Universitetinin rektorunun evi QARƏT OLUNDU








Akif Süleymanov isə baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək" sərf edib

Görünür, o, evindən aparılan pul və dəyərli əşyaların hesabatını verməkdən ehtiyat edir

Yaxud da ola bilsin ki, qarətçilər rektora qeyd olunandan daha çox ziyan vurub və bu səbəbdən də o, adının çəkilməməsini xahiş edib

Bugünlərdə Gəncədə oğurluq hadisəsi baş verib. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 dollar nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb. Qeyd edək ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nəzərinizə çatdıraq ki, sözügedən oğurluq hadisəsi ilə bağlı Hurriyyet.org-a daxil olan informasiyaya görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları təriəfindən saxlanılan şəxslər Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanovun evini qarət ediblər. İddia olunur ki, məhz bu səbəbdən də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumatda hadisənin nə zaman və kimlər tərəfindən törədildiyi, o cümlədən qarət zamanı evdən aparılan pul və qiymətli əşyalar barədə bilgilər əks olunsa da, evin kimə məxsus olması qeyd olunmayıb. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Azərbaycan Texnologiya Universitetinin rektoru baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək" sərf edib. Maraqlıdır, görəsən niyə? Axı burda qeyri-adi, ya da utanıb çəkinəcək heç nə yoxdur. Çünki oğurluq hadisəsi hər kəsin başına gələ bilər və heç kim bundan sığortalanmayıb. Görünür, Akif Süleymanovu narahat edən nəsə başqa məqam var. Kim bilir, bəlkə də o, evindən aparılan pul və dəyərli əşyaların hesabatını verməkdən ehtiyat edir. Yaxud da ola bilsin ki, qarətçilər rektora qeyd olunandan daha çox ziyan vurub və bu səbəbdən də o, adının çəkilməməsini xahiş edib. Təbii ki, hələlik bunları sadəcə ehtimal kimi irəli sürə bilərik. Lakin tezliklə bu barədə daha geniş məlumat əldə etməyə çalışacağıq. Hələlik isə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və yaxın adamlarının adının hallandığı digər olaylara diqqətinizi yönəltmək istərdik.


Azərbaycan Texnologiya Universitetinin rektorunun evi QARƏT OLUNDU












Beləliklə, 13 mart 2013-cü il tarixdən etibarən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışan Akif Süleymanovun adı müxtəlif vaxtlarda nurçular və FETÖ ilə yanaşı hallanıb. Məsələn, bildirilir ki, adıçəkilən universitetin əməkdaşlarının qanuni hüquqları rektor Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla, bir dəstə "nurçu" tərəfindən pozulmaqdadır. Bu barədə yayılan informasiyalara görə, Azərbaycan Texnologiya Universitetində maaş bölgüsü qeyri-qanuni və gizli aparılır. Nəticədə hər ay maaş yazılanda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120-250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500-5000 manat və daha yüksək yazılır. Bundan başqa, "Hürriyyət"in bir neçə gün öncə etibarlı mənbələrdən əldə etdiyi informasiyada qeyd olunur ki, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycan Texnologiya Universitetinin FETÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onu tanımamaq haqda qərar verib. Belə ki, YÖK-ün qərarında bildirilir ki, İdarə Heyətinə müvafiq qurumlardan təqdim edilən məlumatlara əsasən, Ali Təhsilin Baş Assambleyası 07.03.2019-cu il tarixli FETÖ / PDY iclasında, diplomun ekvivalentliyə tətbiqi üçün İdarə Heyətinə müraciət edən və ya daha əvvəl tətbiq olunan və başa çatan, tərif və bərabərlik tələblərinin qiymətləndirilməsi və qiymətləndirilməsi ilə bağlı olan xarici ali təhsil müəssisələri ilə əlaqəli olan, Azərbaycanın ali təhsil müəssisələrindən biri olan "Azərbaycan Texnologiya Universiteti"ni tanımmamaq qərara alındı.

Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycan Texnologiya Universitetinin hər hansı yetkili şəxsi, o cümlədən ali təhsil ocağının rektoru Akif Süleymanov Türkiyə Ali Təhsil Şurasının sözügedən qərarı ilə bağlı heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Yəni onlar universitetin FETÖ ilə əlaqəli olmasını təkzib etməyiblər. Bu isə öz növbəsində, YÖK-ün qərarının doğruluğunu təsdiqləməyə əsas verir. Məhz bu səbəbdən də ümid edirik ki, Azərbaycanın Təhsil Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları qısa zaman ərzində həm Texnologiya Universiteti, həm də onun rektorunun fəaliyyəti ilə bağlı müvafiq araşdırmalara başlayacaq. Çünki burada söhbət kifayət qədər ciddi ittihamlardan, eyni zamanda qardaş ölkələr olan Azərbaycanla Türkiyənin münasibətlərinə xələl gətirə biləcək məqamlardan gedir.

Bu arada, onu da vurğulamaq lazımdır ki, əldə etdiyimiz bilgilərə görə, Akif Süleymanovun evini qarət edildikdən sonra onun sürücüsü işdən azad olunub. Bu barədə Hurriyyet.org-u məlumatlandıran mənbə belə bir versiya irəli sürür ki, rektorun evinin qarət olunmasında onun sürücüsünün də bu və digər formada iştirakı olub. Mənbənin sözlərinə görə, rektorun evini qarətçilərə sürücü "navodka" verib. Hurriyyet.org olaraq birmənalı şəkildə bunun doğru olduğunu iddia etməsək də, Akif Süleymanovun evinin qarət olunmasını gizli saxlamağa çalışması bir sıra şübhələr ortaya çıxarır. Ümid edirik ki, hüquq-mühafizə orqanları baş vermiş cinayət hadisəsi ilə bağlı bütün detalları ən incə məqamlarınadək araşdıracaq.

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Yaxın günlərdə Azərbaycan Texnologiya Universitetinin 45 illiyinə həsr olunmuş tədbirdə iştirak edən şəxslərin kimliyi ilə bağlı ətraflı məlumat verəcək, o cümlədən adıçəkilən ali təhsil ocağının rektoru Akif Süleymanovun köməkçisinin ölkəni tərk etmə səbəblərinə aydınlıq gətirəcəyik. Bizi izləyin!Azərbaycan Texnologiya Universitetinin rektorunun evi QARƏT OLUNDU
“AZƏRSUN” GENEFONDUMUZU MƏHV EDİR - Şirkətin istehsal etdiyi ərzaq məhsulları əhalinin sağlamlığı üçün təhlükəlidir













Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, "Azərsun Holding"in prezidenti Abdulbari Gozal bugünlərdə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı Azərbaycanda qanunların işləməməsindən gileylənib. O, həmçinin dövlətin iqtisadiyyatda uğurlu ola bilməyəcəyini iddia etməklə yanaşı, dövlətin ticarətdən uzaq durmasını məsləhət görüb: "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç. Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz. Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".

"Azərsun Holding" mövcud qanunların işləməməsi, normal rəqabətli biznes mühitinin formalaşmaması nəticəsində ölkənin qida sektorunu monopoliyaya alıb

Təbii ki, nəinki Azərbaycanda, hər bir ölkədə biznesin inkişafı, kiçik, orta və iri sahibkarların gəlirlərinin artması, o cümlədən iqtisadiyyatın güclənməsi üçün qanunların işləməsi, məhkəmə hakimləri tərəfindən ədalətli qərarların qəbul edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin Abdulbari Gozalın məhz indi bu mövzuya toxunması, hətta dövlətin ticarətdən kənarda qalmasını təklif etməsi məsələ ətrafında ciddi düşünməyə vadar edir. Axı, tərkibinə "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC, "Green Tech" MMC və digər biznes strukturlarının daxil olduğu "Azərsun Holding" ölkənin qida sənayesində inhisarçı mövqeyə sahibdir. Belə olan halda, Abdulbari Gozalın gileylənməsi tamam başqa məqamlardan xəbər verir. Görünür, indiyədək kiçik və orta sahibkarların üzləşdiyi problemlər "ərzaq kralı" kimi tanınan Abdulbari Gozaldan da yan keçməyib. Lakin Gozal bir məqamı unudur ki, onun rəhbəri olduğu "Azərsun Holding" məhz mövcud qanunların, daha doğrusu, onların işləməməsi səbəbindən normal rəqabətli biznes mühitinin formalaşmaması nəticəsində ölkənin qida sektorunda əsas söz sahiblərindən birinə çevrilib, adıçəkilən sahəni monopoliyaya alıb. Odur ki, əgər o, qanunların işləmədiyini bir neçə il öncə bəyan etsəydi, bunu başa düşmək olardı. Ancaq indiki məqamda belə bir açıqlama ilə çıxış etməsi onu deməyə əsas verir ki, Gozal ümumi ölkə sahibkarlarının deyil, məhz "Azərsun Holding"in maraqlarından çıxış edir. Halbuki kiçik və orta ranqlı iş adamları adıçəkilən holdinqin inhisarçılığı səbəbindən ciddi ziyanla üzləşiblər. Çünki monopoliya elə bir mərəzdir ki, ölkədə azad rəqabət mühitinin boğulmasına və mərhələli şəkildə sıradan çıxmasına səbəb olur. Yəni monopolist qüvvələr daha çox qazanc naminə kiçik və orta sahibkarları bazardan sıxışdırıb çıxarırlar. Odur ki, "Azərsun Holding"in məhz azad rəqabət mühitinin olmaması səbəbindən qida məhsulları üzrə istehlak bazarında inhisarçı mövqeyə yiyələnməsi artıq hər kəsə bəllidir. Abdulbari Gozal nə qədər cəhd göstərsə belə, bunu inkar edə bilməz. Necə deyərlər, Görünən dağa bələdçi lazım deyil!

“AZƏRSUN” GENEFONDUMUZU MƏHV EDİR - Şirkətin istehsal etdiyi ərzaq məhsulları əhalinin sağlamlığı üçün təhlükəlidir











Abdulbari Gozalın, eləcə də "Azərsun Holding"in adı mətbuatda bir neçə dəfə yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanıb

Onu da qeyd edək ki, İranda kürd əsilli ailədə dünyaya göz açan Abdulbari Gozalın, eləcə də "Azərsun Holding"in adı indiyədək mətbuatda bir neçə dəfə yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanıb. Məsələn, bir neçə il öncə virtualaz.org-un yaydığı məlumatda deyilirdi ki, Azərbaycanın ən iri ərzaq məhsulları istehsalçısı olan "Azərsun" holdinqin prezidenti Abdulbari Gozal İraqın şimalındakı Sincar dağlarında İŞİD yaraqlılarının mühasirəsində qalan minlərlə yezidi kürdə yardım üçün Britaniya şirkətindən yeni texnoloji avadanlıq alıb. Həmçinin, o da qeyd olunub ki, Britaniyanın "Olympus Automation" şirkəti Abdulbari Gozalın sifarişi ilə yezidi kürdlərə ərzaq yardımı üçün yeni texnoloji avadanlıqdan istifadə edəcək. Məlumata görə, şirkət Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş mütəxəssisi Stüart Riqbini Abdulbari Gozalın sifarişi ilə saatda 4000 isti yemək payı hazırlaya bilən "Steam İnfusion" qurğusundan istifadə üzrə təlim keçmək üçün Türkiyəyə göndərib. Xəbərdə deyilir ki, "Azərsun" prezidenti həmin avadanlığın alınması və yezidi kürdlər üçün ərzaq yardımı ilə bağlı bütün xərcləri üzərinə götürüb.

"Holding Ermənistanla olan ticarət əlaqələrini İranın Maku şəhərindəki "Nikan Tabaka" və "Pakan Tabaka" şirkətləri vasitəsi ilə qurur"

Abdulbari Gozalla bağlı sensasion xarakterli digər məlumat isə 3 il əvvəl cumhuriyyet.net-də yayımlanıb. Belə ki, 2007-ci ilin dekabr ayında Rusiya Fedarasiyası Daxili İşlər Nazirliyinin Azərbaycan üzərindən Dağıstana şübhəli ticarət əlaqələri ilə yük daşıyan "Firuz" adlı şirkət haqda məlumatlar açıqladığını vurğulayan saytda yer alan informasiyaya görə, adıçəkilən şirkət "Azərsun Holding" tərəfindən yaradılıb: "Şirkət tranzit daşımalarını Rusiya ərazisində satmaqda günahlandırıldı. Ən maraqlısı isə şirkətin "Azərsun Holding" tərəfindən yaradılması idi. Həmin ilin dekabr ayının 28-də "Azadlıq" qəzeti şirkətin Azərbaycanda özəl fondlardan birinə pul köçürdüyünü və bu pullarla Türkiyədə PKK terror təşkilatına yardım edildiyi haqqında yazdı. Fond həmçinin, kürd əsilli şəxslərin Azərbaycanda yüksək vəzifələrə gətirilməsi üçün rüşvət verməkdə ittiham olundu. "Azərsun" tərəfindən uzun illər istehsal olunan "Final", "Məryəm" markalı çaylar, Çindən idxal olunan elektrik cihazları son illərə qədər Bakıda fəaliyyət göstərən və kürd təşkilatlarına maliyyə yardımı edən "Cihan MMC" şirkəti tərəfindən istehsal olunan siqaretlər İrandakı kürd əsilli şəxslər tərəfindən İran üzərindən İraqdakı kürdlərin kompakt yaşadığı Dohuk, Süleymaniyyə və Kərkük şəhərlərinə, ordan da Türkiyədəki PKK düşərgələrinə daşınaraq üzərinə "Azərsun Holding istehsalıdır" yox, "Kürtsun Holding İstehsalıdır" yazılaraq buraxılıb". Hələ bu, harasıdır. Saytın iddiasına görə, "Azərsun Holding" Ermənistanla olan ticarət əlaqələrini İranın Maku şəhərindəki "Nikan Tabaka" və "Pakan Tabaka" şirkətləri vasitəsi ilə qurur: ""Azərsun"la birlikdə fəaliyyət göstərən "Cihan MMC" şirkəti Rusiyanın Yaraslav şəhərində fəaliyyət göstərən "Avangard" adlı firmaya "Azərsun"a məxsus məhsulları satır. Şirkətlər arasında əldə olunan gəlirin bir qismi isə Ermənistanda yayımlanan "R’ya Teze" adlı qəzetə maddi yardım göstərir. Bütün göstərilən faktlar Abdulbari Gozalın öz biznesindən hansı məqsədlər üçün istifadə etdiyini aydınladır".

“AZƏRSUN” GENEFONDUMUZU MƏHV EDİR - Şirkətin istehsal etdiyi ərzaq məhsulları əhalinin sağlamlığı üçün təhlükəlidir












"Azərsun Holding" ölkənin qida bazarını keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli ərzaq məhsulları ilə doldurur

Bu arada, "Azərsun Holding"in istehsal etdiyi məhsullara gəlincə, qeyd etməliyik ki, həmin malların keyfiyyəti də ürəkaçan səviyyədə deyil. Belə ki, bir müddət əvvəl bununla bağlı açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Abdulbari Gozalın rəhbəri olduğu şirkət Çindən gətirilmiş hazır konsentratın üstündə bir qədər emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökür. Onun sözlərinə görə, məhz bundan sonra ölkənin səhiyyə müəssisələrinə xeyli sayda xəstə müraciət edir. Buradan da belə qənaətə gəlmək olar ki, "Azərsun Holding" ölkənin qida bazarını keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli ərzaq məhsulları ilə doldurur. Halbuki, qida təhlükəsizliyi hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbədən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyətində əhalinin ekoloji təmiz məhsullarla qidalanmasına xüsusi önəm verilir. Elə buna görə də hazırda Avropa ölkələri, o cümlədən ABŞ marqarin və palma yağından imtina edir. Çünki son elmi araşdırmalar palma yağından nəinki qida kimi istifadənin, hətta onun texniki baxımdan istifadəsinin də zərərli olduğunu göstərir. "Azərsun Holding" isə buna əhəmiyyət vermədən, ucuz başa gəldiyi üçün Azərbaycanda palma yağının geniş yayılmasına şəait yaradır. Belə ki, holdinq hazır yeməklərin, yarımfabrikatların və digər qida məhsullarının hazırlanmasında insan orqanizmi üçün zərərli olan palma yağından geniş istifadə edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bəyan ediblər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsində bəlli olub ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatının bir müddət öncə hazırlanmış hesabatından da görünür ki, bütün bunları nəzərə alan ekspertlər palma yağı sənayesinə münasibəti dəyişməyi məsləhət görürlər. Ümumiyyətlə, təşkilatın mütəxəssisləri tərəfindən aparılmış təhlil zamanı palma yağının işemik ürək xəstəliklərinin artmasına səbəb olduğu müəyyən edilib. Onu da vurğulamaq lazımdır ki, palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər.

"Azərbaycanda yağların ölkəyə gətirilməsinə, satışına nəzarət yoxdur"

"Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı da bu qənaətdədir ki, Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Onun fikrincə, yağlara nəzarət olunmasa, faciəvi vəziyyət gəlib çıxacaq. Elçin Bayramlının sözlərinə görə, indi həmin o faciəvi vəziyyət gəlib çıxıb. Yəni indi ölkənin xəstəxanaları, aptekləri insanlarla doludur: "Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmalıdır. Sizi əmin edirəm ki, Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Yəni Azərbaycan xalqının ən böyük düşməni demək olar ki, maqazinlərdə satılan yağlardır. Maqazində satılan yağların ən azı 99 faizi təhlükəlidir. Qalan 1 faiz də xeyirli deyil, sadəcə qorxulu təhlükəsi yoxdur. Qida Təhlükəsizliyi Agentliyi marketdə satılan yağlara reaksiya vermir. Gömrük Komitəsində də nəzarət yoxdur ki, ölkəyə nə girir, nə çıxır və yaxud ölkəyə gətirilən malların sertifikatı varmı, loboratoriyadan yoxlanılıb, yoxlanılmayıbmı bilinmir. Marketdə yağ saılır və yağ qutuya qoyulub. Qutunun üstünə də "Zellandiya yağı" yazılıb. Qiyməti də 18 manat. Mən nə bilim ki, bu qutuda olan həqiqətən də Zellandiya yağıdır. Satıcı da deyir ki, biz özümüz bilirik ki, nə yağıdır? Adama deyərlər ki, bəlkə sən 2 manatlıq palma yağını kəsib oraya qoyub Zelandiya yağı adı ilə satırsan? Mənim laboratoriyam yoxdur ki, aparam o yağı yoxlayam. Bir sözlə, Azərbaycanda yağların ölkəyə gətirilməsinə, satışına nəzarət yoxdur. Bəlkə bizim düşmənimiz olan ermənilər hansısa, təhlükəli, zərərli məhsulları göndərirlər ki, genimizdə problem yaransın".

“AZƏRSUN” GENEFONDUMUZU MƏHV EDİR - Şirkətin istehsal etdiyi ərzaq məhsulları əhalinin sağlamlığı üçün təhlükəlidir














"Azərsun Holding" Bakı Neft Emalı Zavodundan aldığı yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir?

Mövzu ilə bağlı əldə etdiyimiz məlumatda isə deyilir ki, Bakı Neft Emalı Zavodundan tonlarla yağ "Azərsun Holding"in H.Z.Tağıyev (Nasosnu) qəsəbəsində yerləşən bazasına daşınır. İddialara görə, holdinq zavoddan əldə etdiyi yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir. Sözün açığı, bunun nə dərəcədə doğru olub-olmadığını deməkdə çətinlik çəksək də, ümid edirik ki, müvafiq qurumlar, əsasən də Qida Təhlükəsizliyi Agentliyi qeyd olunan informasiyanı ətraflı və obyektiv şəkildə araşdırıb bununla bağlı ictimaiyyəti məlumatlandıracaq. Çünki "Hürriyyət" qəzeti olaraq bizim belə bir imkanımız yoxdur. Lakin onu deyə bilərik ki, əgər "Azərsun Holding" həqiqətən də Bakı Neft Emalı Zavodundan aldığı yağları bitki yağlarının hazırlanmasında istifadə edirsə, o zaman bu, birbaşa cinayət əməli, ölkənin qida təhlükəsizliyinə vurulan ağır zərbə kimi qiymətləndirilməlidir. Məhz bu səbəbədən də Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, ölkənin hüquq-mühafizə orqanları da sözügedən məlumatla bağlı genişmiqyaslı araşdırmalara başlamalıdır.

Rusiya da "Azərsun Holding"in məhsullarının təhlükəli olduğunu, qida kimi istifadəsinin mümkünsüzlüyünü təsdiqləyib

Yeri gəlmişkən, "Azərsun Holding"in ixrac etdiyi kənd təsərrüfatı məhsullarının da standartlara cavab vermədiyi, hətta insan orqanizmi üçün təhlükəli olduğuna dair faktlar mövcuddur. Məsələn, ötən ilin dekabr ayında "Rosselxoznadzor"un regional idarəsinin yaydığı informasiyada bildirilib ki, Rusiyanın Tomsk şəhərində Azərbaycandan ixrac edilən pomidorlarda çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Həmçinin, qeyd olunub ki, Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. "Rosselxoznadzor" əlavə edib ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb. Buna görə də 120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ "EvroLogistik" MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib. Məlumatda bildirilib ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir. "Rosselxoznadzor"un bununla bağlı yaydığı görüntülərdən aydın olur ki, həmin məhsul "Azərsun Holding"in tərkibinə daxil olan "Gözəl Təbiət" MMC adlı müəssisənin "Green Tech" istixanalarında istehsal olunub.

"Azərsun Holding"in məhsulları ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yarada bilər

Xülasə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, əhalisinin 91 faizinin milliyyətcə türk olduğu Azərbaycanda ölkənin ən önəmli sektorunun - qida sənayesinin milliyyətcə kürd olan, adı mətbuatda yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanan Abdulbari Gozalın nəzarətinə verilməsi, onun rəhbəri olduğu "Azərsun Holding"in sözügedən sahəni inhisara alması heç bir halda doğru addım deyil. Elə zənn etməyin ki, bunu deməklə, qatı millətçilik nümayiş etdiririk. Əsla, belə deyil. Sadəcə, əslən Azərbaycan deyil, İran kürdü olan birisinin ölkəmizdə bu qədər geniş imkan sahibi olması və bunun qarşılığında vətəndaşlarımızı normal, təhlükəsiz qida ilə təmin etməməsi hamı kimi bizdə də haqlı narazılıq yaradır. Çünki bütün bunlar bu gün olmasa da, sabah bizə ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yarada bilər. Belə ki, holdinqin istehsal etdiyi keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli olan qida məhsullarından istifadə sonda Azərbaycan türklərinin deqradasiyasına, əhalinin genefondunun ciddi zərbə altında qalmasına, yetişməkdə olan gənc nəslin mənəvi və fiziki cəhətdən cılızlaşmasına, ölkədə müxtəlif ağır və sağalmaz xəstəliklərin artmasına, kişi sonsuzluğuna və qadın qısırlığına səbəb ola bilər!

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də “hədiyyə” alır.  Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.

Minval.info Medicina.az-a istinadən anadan miras qalan xəstəliklərin siyahısını təqdim edir.

-Miqren – tipik qadın xəstəliyidir.  Kişilərdə də varsa deməli anasından ötürülüb.

Statistika göstərir ki, miqren 80% hallarda anadan keçmiş iris xəstəlikdir.  Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir.  Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.

-Bəzi onkoloji xəstəliklər – ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir.  Bu 100% demək deyil. Amma risk var.

Araşdırmalar göstərib ki, 15% hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən- qadın xəttindən ötürülmüş olur.  Onkoloji xəstəliyi yaradan mutasiya olunmuş gen ana, nənə və ana xəttində qadında nə qədər gənc yaşda aşkar olunubsa, onun növbəti nəsildə qızlarda rast gəlinməsi riski daha çoxdur.

-Bədən quruluşu, anomaliyalar və vərdişlər

Yəqin eşitmisiz, uşaq üçün deyirlər, elə bil anasının burnundan düşüb.  Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50% bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50% halda onun uşaqları da eyni halı yaşayacaq. Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqd artıq çəkili olubsa, uşaqları 70% halda artıq çəkili olacaq.

-Depressiya və psixi pozğunluqlar

Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30% hallarda anadan keçir.
Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur.  Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir.
 
-Erkən klimaks
 
Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 37 yaşında da klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85% halda bu problemlə üzləşəcək.
 
-Ürək-damar xəstəlikləri
 
İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20% halda irsi keçir.
 
-Allergiya
 
Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40% artır. Hər ikisi allergikdirsə, deməli, 80 faiz uşaq da allergik doğulacaq.
Məktəblərin gec bağlanması ilə bağlı narazılıqlara - Nazirdən cavab












Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs proqramlarının vaxtından əvvəl bitməsi səbəbindən tədrisin mayın 31-də başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Trend xəbər verir ki, C.Bayramov deyib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmi möqeyi dəfələrlə açıqlanıb.

O əlavə edib ki, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-də bitir.

Nazirin sözlərinə görə, artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır: "Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin. Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb".

C.Bayramov qeyd edib ki, sentyabrın ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən isə son 10 ilin göstəriciləri nəzərə alınıb: "Qərar verilərkən nəzərə alınan digər göstərici havanın rütubətli ilə bağlı olub. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.

“Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.

Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.

Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.

Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.

Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.

İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.

Bu gün əməliyyat zamanı sidik kisəsindən xəsarət alan Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın ginekoloq Aytən Səfərovaya qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Minval.info Cebhe.info-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. Məhkəmə iclasında iddiaçı, onun vəkili və cavabdeh tərəfin nümayəndəsi iştirak edib. Açıq keçirilən məhkəmə prosesində hakim hər iki tərəfin birinci instansiya məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiyini bildirib. Məlum olub ki, həkim A.Səfərova iddiaçı tərəfə barışıq təklif edir.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail RP-da işə baxılır.

Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ














Azərbaycan səhiyyəsində həkim səhlənkarlığı daha bir ananın ölümünə səbəb oldu. Neçə illərdir ki, KİV nümayəndələri Tovuz səhiyyəsinindəki “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadırlar. Buna baxmayaraq, bu gün də rayonun səhiyyə müəssisələrində yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisələrinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan sakinlərin narazılıqları “pik nöqtə”yə çatıb və sanki sakinlər arasında Tovuz səhiyyəsinə qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, Deryaz.az-ın əldə etdiyi məlumatlara görə rayonun səhiyyə müəssisələrində baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı rəhbər vəzifə sahiblərindən bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük! Adicə bir faktı qeyd edək ki, ötən il ilan vurması səbəbindən zəhərlənən şəxsin problemini aradan qaldırmaq üçün MRX-da zərdabın tapılmaması və belə bir səbəb üzündən də, həmin şəxsin ilk əvvəl Gəncə şəhərinə, az sonra Bakı şəhərinə gətirilməsi onu söyləməyə əsas verir ki, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsi “bataqlıq içindədir”. 
Bu ilin iyun ayının 7-də baş verən növbəti faciəli olay da onu göstərir ki, artıq Tovuz səhiyyəsi idarəolunmaz vəziyyətə gəlib çatıb. Belə ki, bölgə müxbirimizin redaksiyamıza çatdırdığı məlumatda qeyd olunur ki, 7 iyin 2019-cu il tarixdə, saat təqribən 7-8 radələrində, rayonun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir. Ölümlə nəticələnən bu faciəli hadisə diqqətimizi cəlb etdiyindən, mərhumənin yaxınları ilə əlaqə saxlamağı, faciənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün, Aytac Tağıyevanın yaxınları ilə əlaqə saxladıq. İlk suallarımızı cavablandıran Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, mərhumənin qaynənəsi Məmmədova Məlahət Abbasəli qızı oldu. Adı çəkilən xanım ünvanladığımız suallara cavabında bildirdi ki, “Aytacı hamiləliyinin ilk günlərindən Tovuz MRX-ı, doğum şöbəsinin baş həkimi, ixtisasca mama-ginekoloq olan Xatirə Quliyevanın yanına aparırdıq. Yəni, o, Aytacı 15 gündənbir aparatdan keçirirdi və bu yöndə atdığı addımına görə, hər dəfə bizdən 20 manat pul alırdı. Sonuncu dəfə 31 mayda onun yanında olduq və Xatirə Quliyeva əvvəllər aparatdan keçirdiyi kağızlara, verdiyimiz analizlərin cavablarına baxıb “aparat doğuşun 23 iyunda olacağını göstərir, buna baxmayaraq 10 iyunda bir daha gəlin, təkrar baxacağam” dedi. 6 iyunda, təqribən axşam saat 18-19 radələrində Aytacın səhhətində müəyyən problem əmələ gəldiyindən, onu təcili Xatirə Quliyevanın yanına çatdırdıq. O, teztələsik Aytacı palataya yerləşdirdi və bizi 12 saat gözlətdikdən sonra “indi təbii doğuş olacaq, dilinin alt hissəsinə bir tabletka qoymuşam” dedi. Biz bir saat gözlədik, vaxt keçdi, amma heç bir xəbər çıxmadı. Az sonra o, “bir saat da gözləyin, hər şey yaxşı olacaq” dedi. Yenə bir xəbər çıxmad. Bir qədər vaxt keçdikdən sonra şöbə üdiri bizə “bəlkə cərrahiyyə yolu ilə uşağı götürək” dedi və tez zəng edib cərrah çağırdı. O halda biz əvvəllər tanıdığımız Cəlal həkimin, yaxud da Xanoğlan həkimin cərrahiyyə əməliyyatını həyata keçirmələrini ondan xahiş etsək də, Xatirə Quliyeva bizimlə razı olmadı. “Elə Çingiz həkim burdadır” deyib, Aytacı doğum şöbəsinin 3-cü mərtəbəsinə qaldırdılar. Onu da bildirim ki, bizdən belə bir haqq-hesablara görə, üstüstə 1200 manat pul aldılar. Cərrahiyyə əməliyyatından sonra Aytac dedi “mənim qarın hissəmdə bərk ağrılar baş verir”. Saat 11-də əməliyyat olunan Aytac, həmin günün axşam saatlarınadək bərk ağrıdı. Belə olan halda zəng edib cərrah çağırdıq. Düzdür, cərrah zəngimiz əsasında gəlib çıxdı və xəstəyə 10 ədəd sistem qoşdular. Həmin vaxtlarda mən də palatada idim və gecə saatlarında aparatla Aytacın təzyiqini ölçdüm. O halda gördüm ki, onun təzyiqi 60-a düşüb. Gecə saatları olduğundan hər kəs yatmışdı, yalnız bir tibb bacısı və bir də “narkoz” həkimi Şahin adlı şəxs şöbədə idi. Biz ikinci gecə idi ki, orada idik və cərrah da arabir gəlib gedirdi. Elə ki, gördüm sistem Aytacın bədəninə keçmir, o halda məcbur olub cərrahı çağırdım. Hətta, xəstənin tempraturunun qalxıb düşdüyünü də hiss etdim. Belə olan halda 7 iyunda səhər saat 6 radələrində Aytacı təkrar cərrahiyyə otağına qaldırdılar. Sən demə həmin gün səhər saat 7-8 radələrində Aytac dünyasını dəyişir və onlar baş verən faciəni bir neçə saat bizdən gizlətməyə məcbur olurlar. Onlar saat 11 radələrində bizə “xəstə dünyasını dəyişib” deyə bəd xəbəri çatdırdılar. Bütün bunlara səbəb, yalnız və yalnız həkim səhlənkarlığı səbəb oldu. Oğlum Məmmədov Fərid Fəzail oğlu 2016-cı ilin aprelində keçirilən “Lələtəpə” döyüşlərində yaxından iştirak edən şəxs olub və hal-hazırda onun bədəninin müxtəlif yerlərində neçə-neçə qəlpə yaraları var. Mən bu gün Mehriban xanım Əliyevadan, Qənirə xanımdan köməklik istəyirəm. Gəlinim Aytac Tağıyeva həkim səhlənkarlığının qurbanı oldu. Istəyirəm ki, heç olmazsa bu işdə günahı olan hər kəs lazımi cəzasını alsın. Ölüm faciəsi baş verdi, baş həkim Paşa Muradov və onun müavinləri bu işlə bağlı heç maraqlanmadılar və özlərini heç bir hadisə baş verməmiş kimi apardılar. Elə ki, kəskin iradımızı bildirdik, o halda onlar mənə “yaxşı həkim deyildisə, niyə gəlininizi onun yanına aparmışdınız” deyə cavab verdilər. Ümumiyyətlə, Tovuz MRX-nın doğum şöbəsində indiyə kimi neçə-neçə ölüm hadisələri baş verib, hər dəfə Paşa Muradov başda olmaqla, ölüm faktlarına cavabdehlik daşıyanlar faktları gizlətməyə çalışıblar. İndi Xatirə Quliyeva bizə hədə-qorxu gəlir, biz onu heç cür başa düşə bilmirik. Ölüm hadisəsinə səbəb olan odur, bu gün isə o, qabaqdan gəlmişlik edir. Yayılan söz-söhbətə görə dünən də ana və uşaq ölümü ilə nəticələnən növbəti hadisə baş verib”. 
Deryaz.az-ın əldə etdiyi belə bir məlumatlar onu sübut edir ki, hal-hazırda Tovuz səhiyyəsi, ələlxüsus MRX-nın doğum şöbəsi insan həyatına “qənim kəsilən” bir ünvana çevrildiyindən, həmçinin rəhbərlik tərəfindən yarıtmaz idarəçilik həyata keçirildiyindən, sanki insan ölümü adi məişət məsələlərindən birinə çevrilib. Bəli, bu gün rayonun səhiyyə müəssisələrində çalışanları insanların taleyi deyil, daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Çünki bir anlığa diqqət yetirək ki, Tovuz rayonunun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir, rəhbərlikdən bir kimsə bu işlə maraqlanmır. Yaxud da, mərhumənin yaxınlarından üzrxahlıq edib, bu işdə günahı olan hər kəsin cəzalandırılacağına vəd də vermirlər. Deməli, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsinin öz qanunları, öz maraq dairələri olduğundan, bu gün belə bir olaylar yaşanmaqdadır. Düşünürük ki, məqalənin dərcindən sonra, “Lələtəpə” döyüşlərində yaxından iştirak edən və həyat yoldaşı Aytac Tağıyevanı erkən yaşlarında itirməsi səbəbindən, həyatın ağır sınağı ilə üz-üzə qalan Fərid Məmmədovun haqq səsinə “səs veriləcək” və günahkarlar qanun qarşısında da cəzalandırılacaqlar.

Bu və ya digər məsələlərlə bağlı Tovuz RMX-nın baş həkimi Paşa Muradovdan mövqe öyrənmək istəsək də, təəssüf hissi ilə qeyd edək ki, o, etdiyimiz telefon zənglərimizin heç birinə cavab vermədi. Baş həkimin müalicə məsələləri üzrə müavini Mahirə xanımın mövqeyinə gəldikdə isə o, “Bəli, ölüm hadisəsi baş verib və hal-hazırda hadisə ilə bağlı lazımi araşdırmalar aparılır. Odur ki, bir qədər gözləyək” deyə cavab verdi. Amma, sakinlər onu iddia edirlər ki, hər gün günorta saatlarından sonra xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilir. Baş həkim isə, ən “prestijnı” ünvanlarda yeyib-içməkdə olur. P.S. Hörmətli oxucuar! Bu yöndə araşdırmamızı davam etdirib, bəzi gizlinləri üzə çıxarmaqla, çox yaxın günlərdə hər kəsi daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Deryaz.az