Son xəbərlər

Rusiyanın ən böyük mobil operatoru “Megafon” Azərbaycan xalqından üzr istəyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Megafon” şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçukun sosial şəbəkələrdə yayılan video müraciətində bildirilib.

O, qurumun saytında separatçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın səhvən müstəqil dövlət kimi göstərdiklərinə görə Azərbaycan xalqından üzr istədiyini söyləyib. Mixalçuk şirkət tərəfindən buraxılan səhvin artıq aradan qaldırıldığını deyib.

Qeyd edək ki, “Megafon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar “VKontakte” və digər sosial şəbəkələr vasitəsi ilə “Megafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar. Bütün bunlardan sonra “Megafon” öz saytında separatçı sondarma “Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.

Mikayıl Cabbarov bu rayonlara rəis TƏYİN ETDİ
Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir iki rayona rəis təyin edib. 

Qeyd edək ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin sabiq Baş direktoru Səməd Vəliyevi Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə rəis, Pərvin Əhmədovu isə Zaqatala rayon 13 saylı ərazi vergilər idarəsinə rəis vəzifəsinə gətirilib.
Azərbaycanlı deputat efirdə ağladı

Millət vəkili Arif Rəhimzadə İTV-də yayımlanan “Diqqət Mərkəzi” verlişində çətin anlar yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, o, çıxışında Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevdən danışarkən göz yaşlarına hakim ola bilməyib.

Həmin anın videosunu təqdim edirik:

“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir

Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçidir.  

“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, sakin Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib. 

“Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”- deyə şikayətçi əlavə edib.

 


 

“Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib”

“Günümüzdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə ölüm səbəbi olaraq onkoloji xəstəliklər dayanır. Gün keçdikcə xəstəliyə tutulanların sayı artır və xəstəlik “cavanlaşır”. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır”.

Bu barədə tarixçi-alim Dilavər Əzimli bildirib.

“Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib. Ən yaşlısının yaşı da 60-ı keçməyib”, – deyə o yazıb.

“Özümçün də apardığım müşahidələrə görə, əsas səbəb qidalardır. Bu gün bizə təmiz kimyəvi maddələr, zəhərlər yedirdirlər. İmkanlı ailələr özləri üçün təmiz və kimyəvi maddə dəyməyən tərəvəzlər əkdirir, qida məhsullarını da xüsusi uçaqla xaricdən gətizdirirlər. Yalnız öz ailəsini düşünən bu biqeyrətlər düşünmürlər ki, onların qohum-əqrəbaları isə zəhərli qidalardan vaxtsız ölürlər”, – alim bildirib.

Onun sözlərinə görə, zəhərli qidaları, tərəvəzləri də həmin imkanlı şəxslər əkdirir və camaata yedizdirirlər: “Bir kilo xiyar, yaxud pomidor alırsan, üç gün qalan kimi ağappaq olur. Eləcə də meyvələr… İki gün keçir, meyvəlikdən əsər-əlamət də qalmır. İlahi, çiyələyə nə qədər zəhər verirlər… Hələ kartofu demirik… Rayonda bu kartofu yeyən balaca dana partlamaya düşüb öldü. Bunu özüm müşahidə etmişəm. Kartofa verilən zəhər dananı iyirmi dəqiqə ərzində öldürdü. Bu kartoflar uzun müddət qalanda ondan elə qurdlar tökülür ki, dəhşətə gəlirsən.. Yaxud süd məhsulları… Görün biz nələri yeyirik?!” “Təsəvvür edin ki, Cənub zonasında reyd keçiriblər və aşkarlayıblar ki, süd məhsulları istehsal edən sexlər necə saxtakarlıqlar edirlər. İnsanlara marqarin və başqa qatışılar qataraq düzəltdikləri yağı kərə yağı adı altında satırlar. Bakıda yağ istehsal edən bir zavodda qohumum çalışır. Mənə dəfələrlə deyib ki, “kərə yağ yemə, çünki bütün yağlar Azərbaycanda hazırlanır və tərkibi dəyişdirilir”. Vallah, adam dəli olur”, – deyə Əzimli qeyd edib.

O, fikrinə belə davam edir: “Bu millət niyə belə pozuldu? İsrail dövlətində qida təhlükəsizliyi tam təmin olunub. Orada xərçəngin yayılması sıfır faizdir. Bizdə isə xərçəng günü-gündən cavanlaşır. Bu da səhiyyənin gəlirini artırır. Onkoloji dərmanlar baha, əməliyyat baha, müalicə baha… İnanın ki, “kef” edirlər… O qədər aludə olublar ki, xərçəng olamayanı da xərçəng çıxardıb ona bahalı dərmanlarla müalicə edirlər. Kimya köçürmək üçün adamları yalandan xərçəng kimi qələmə verirlər. Bütün bunları nəzərdən keçirəndə düşünürəm ki, biz Allahın qəzəbinə gəldik. Ona görə torpaqları da itirdik. Amma həya-abır yoxdur. Pul gözlərimizi elə bağlayıb ki, ancaq onu düşünürük!”

Son günlərdə qarpızla bağlı şikayət edənlərin sayı çoxalıb. Bu gün də Biləsuvar rayonunda qarpız zəhərələnməsindən bir nəfərin öldüyü xəbəri yayılıb. Əslində insan orqanizmi üçün bu qədər xeyirli olan, dadı damaqlardan getməyən bu giləmeyvə az qala “zəhər”ə çevrilib. İnsanları bu zəhərlənmələrdən necə qorunmalıdır? Ümumiyyətlə, qarpızdan imtinamı etməlidir?

News24.az-ın məsələylə ilə bağlı suallarını cavablandıran həkim Gülnarə Babayevanın sözlərinə görə, belə zəhərlənməlıərdən qorunmaq üçün insanlar ən əsası gigiyenik qaydalara əməl etməlidirlər: “Nəinki qarpız, eləcə də, bütün meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Əlllər yaxşı yuyulmalıdır. İnsan özü orqanizminin qayğısına qalmalı, gigiyenasına diqqət etməlidir. Bir də görürsən, şəkərli diabet xəstəsi qarpız yeyib, şikayətlə yanımıza gəlir. Əlbəttə, belə vəziyyətdə qusma da, ishal da baş verəcək, şəkəri də qalxacaq. Axı indi heç qarpızın mövsümü də deyil. Onun mövsümü İyulun axırı, avqustun əvvəlidir. Amma bizdə onu qışda da alırlar. Deməli, o, gübrəylə yetişir.  Bu da hər kəsdə müxtəlif şəkildə özünü göstərir, kiminə təsir etmir, kiminə də fəsadlar verə bilir”.

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə açıqlamasında qarpız zəhərlənmələrinin səbəbini belə izah etdi: “Qarpız bostan məhsulu sayılır. Bu bitki də bir çox bostan və tərəvəz məhsulları kimi yüksək temperatur tələb edir. Bu bitkinin biloloji yetişmə dövrü normativlərə görə iyul ayıdır. Amma bizdə kənd adamları normanı gözləmir, torpağı da var, imkanı da. Ona görə artıq aprel ayından başlayaraq parnikdə toxumları əkir. Gec-tez yetişən sortdan asılı olaraq selofana bükürlər və orada sabit bir temperatur yaranır. Nəticədə örtük altında bu bitki vaxtından əvvəl inkişaf etməyə başlayır. Yəni təbiətin bitkiyə verdiyi biomühit amillərini süni şəkildə yaradırlar. Gübrəylə bitkini aldadırlar. Deməli, ilk olaraq bitkinin istiliyi qorunur, sonra da qidalandırılır. Qidalandırma zamanı yem gübrələrindən istifadə olunur. Əslində bütün bitkilərə gübrə verilir. Bunlar mineral, kimyasal gübrələrdir ki, həm bitkini, həm də torpağı qidalandırır. Bitki torpaqdan bütün mineralları, vitaminləri tələb edir. Bunu biz mineral gübrəylə torpağa veririk ki, bitki normal fizioloji inkişafına çata bilsin. Nə zaman ki, təsərrüfatçı bunun verilmə qaydasını bilmir, bitkiyə normadan artıq üzvi gübrə verir, təbii ki o bitkidə həddindən artıqnitratlar toplanır. Belə bitkini, tərəvəzi yeyən insanda mədə-bağırsaq pozğunluğu yaranır. Ona görə də hər bir fermer bunun normasını bilməlidir. Tutaq ki, 1 hektar sahədə əkilən qarpıza nə qədər gübrə verilməli olduğundan xəbərdar olmalıdır”.

Ekspert onu da əlavə etdi ki, Azərbaycanda yetişdirilən bitkilərin gübrələnməsinə nəzarət mexanizmi yoxdur: “Azərbaycanda 1 milyon 300 min fermer var. Azad bazar iqtisadiyyatı var. Kim nə istəyir əkir. Sovet dövründə buna bir nəzarət var idi. Amma bu gün nəzarət yoxdur. “Mənim iki hektarım var, özüm bilərəm nə əkirəm” – prinsipi irəli sürülür. Ona görə də, nəzarəti təmin etmək mümkün deyil. Burada əsas problem odur ki, insanlar iyul ayına qədər qarpız alırlar, amma bütün qarpızlara da “zəhərlidir” demək olmaz. Bununla bütün istehsalçıların əməyini yerə vurmuş olarıq.  Sadəcə, hansısa istehsalçı o normativləri keçib və həddindən artıq gübrə verib “.

Qarpız zəhərlənmələri ilə bağlı AQTA ilə də əlaqə saxladıq. Qurumdan göndərdiyimiz sorğunu cavablayacaqlarını bildirdilər.

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub, onlardan 898,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 21,0 faizi təhsil, 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

İmişlidə ŞOK məmur özbaşınalığı... - İDDİA
İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, rayon DSMF-nin müdiri İntiqam Əliyev Sarxanlı kənd sakini Sarıyev Sarı Yusif oğlunu öz xidməti otağında döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Xatırladaq ki, İmişli DSMF-nin müdiri İntiqam Əliyev ötən ildə eyni formalı hərəkətlərə yol vermişdi. Belə ki, həmin vaxt öz xidməti otağında DSMF-nin Mübariz adlı əməkdaşını külqabı ilə vuraraq xəsarət yetirmişdi. Mənbənin verdiyi məlumatda bildirlir ki, DSMF müdiri tərəfindən müxtəlif dərəcəli xəsarət alan Sarı Sarıyevin zərbə nəticəsində ağzıda partlayıb. Aldığı xəsarətlərlə bağlı İmşli rayon polis şöbəsinə müraciət edən zərərçəkmişlə və PŞ ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumta görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat iyulun 12-si saat 13:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.