Çimərliklərin çoxu yararsızdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

İdarənin əməkdaşı Nərmin Babaşova “Qafqazinfo”ya bildirib ki, analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

Qeyd edək ki, bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib. O bildirib ki, əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil.

N.Babaşovanın sözlərinə görə Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

“Dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edirik ki, obyektlərində, evlərində formalaşan tullantı sularının təmizlənməsini düzgün təşkil etsinlər və çirkab suları dənizə axıtmasınlar. Onlar bununla həm Xəzəri çirkləndirir, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradırlar.
Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik, səslənirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”, - deyə qurum rəsmisi vurğulayıb.

Çimərliklərin çoxu yararsızdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ardını oxu...

“Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.

Oxu.Az xəbər verir ki, sözügedən vəzifəyə Vaqif Xəlilov gətirilib.

V.Xəlilov buna qədər Gəncə şəhərində müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, keçmiş sədr Natiq Əhmədov bu gün işdən azad edilmişdi.

Uşaq anası ilə birlikdə həkim qəbulunda, arxiv şəkli

“Xəstəliyin insanın baş beyinindən tutmuş, əzələlərə qədər zədələməsi mümkündür”

Bakıda uşaqlar arasında əl-ayaq-ağız xəstəliyinə (Koksaki virusu) yoluxma halları artıb. Bu barədə Sputnik Azərbaycan-a tanınmış pediatr Vaqif Qarayev məlumat verib.

V.Qarayev bildirib ki, son günlər bu xəstəliklə müraciət edənlərin sayında artım müşahidə olunur. Pediatr bildirib ki, bu xəstəliyə ən çox uşaqlarda təsadüf olunur. Onun sözlərinə görə, virusa yoluxan uşaqların ağzının, əlinin içində, ayaqlarında səpgili qızartılar olur: “Virus su çiçəyi xəstəliyinə bənzəyir. Bu xəstəlik temperaturun qalxması ilə müşahidə olunur. Uşaqlar ağız içində olan yaralara görə maye və qida qəbul etməkdə çətinlik çəkirlər. Xəstəliyin inkubasiya dövrü 3-6 gün çəkir”.

Tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəliklərin təsnifatında əl-ayaq-ağız xəstəliyi adlı xəstəlik yoxdur. Baş pediatrın sözlərinə görə, hələlik uşaqlar arasında səpgili yaralarla müraciət edənlərin sayında nəzərəçarpacaq artım yoxdur: “Bu koksaki virusu Amerikada Koksaki adlı şəhərin adı ilə bağlıdır. Elə virusun da adı oradan götürülüb. Minlərlə virus xəstəlikləri kimi bu virusun da fəsadları ola bilər. Baş beyindən tutmuş əzələlərə qədər zədələməsi mümkündür. Amma Azərbaycanda belə bir virus hazırda uşaqlar arasında kütləvi şəkildə müşahidə olunmur”.

Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev
Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri burun axıntısı, boğaz ağrısı, halsızlıq, başağrısı, yüksək temperatur, iştahasızlıq, qusma, ishal kimi hallardır. Xəstəlik 10 gün ərzində öz-özünə sağalır. Lakin ağırlaşmaların ola biləcəyi nəzərə alınmalıdır. Xüsusilə uşaqlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.

Koksaki virusu – insanın həzm traktında yaşayan və çoxalan herpes viruslar ailəsinə aid olan virus infeksiyasıdır. Xəstəliyin əvvəlində Koksaki virusu burun və ağız boşluqlarının selikli qişasında toplanır, lakin bu zaman virusun aktiv çoxalması insanın bağırsaq boşluğunda yer alır, bu da virusun fekal-oral yolla yayılmasına səbəb olur. Makroorqanizmin yoluxması bilavasitə qida və ya içki məhsullarının düzgün olmayan qaydada istifadəsi zamanı baş verir.

Keçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOAzərbaycanın sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlunun yeni görüntüləri yayılıb.

BiG.AZ xəbər verir ki, keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı oğlu Niyaz Babayevin fotoları sosial şəbəkədə marağa səbəb olub. Belə ki, oliqarx oğlu dəbdəbəli həyatı ilə diqqət çəkib. 

Dia.az sözügedən görüntüləri təqdim edir:Keçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTO
 

Stansiyada reabilitasiya proqramının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur

Ötən il iyulun 3-də Azərbaycanın enerji təchizatı sistemində baş verən böyük qəzanın bir ili tamam oldu. Xatırladaq ki, qəza Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğınla başlayıb, ölkə ərazisinin əksər hissəsində bir neçə saatlığa enerji kəsintisinin yaranmasına səbəb olmuşdu.

Hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib. Elektrik kəsilməsindən zərər çəkən sahələr arasında su təchizatı sistemi, kanalizasiya qurğuları da var. Bu qurğuların fəaliyyətini və su təchizatını hələ də tam bərpa etmək mümkün olmayıb.  Bundan əlavə, Bakı Metropoliteni saatlarla fəaliyyətsiz qalıb, yüz minlərlə sərnişin daşınmayıb. Bakı Nəqliyyat Agentliyinə, özəl şirkətlərə məxsus avtobuslar pulsuz işləyiblər.

Qəzaya görə H.Əliyev adına Beynəlxalq Hava Limanının fəaliyyətində  də problemlər yaranıb. Bundan əlavə, dəmiryol nəqliyyatının hərəkətində fasilələr yaranıb – həm sərnişin, həm də yükdaşımalarda.

Dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemlərin işləməməsi məhsulların xarab olmasına gətirib çıxarıb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərərə salıb.

Ä°lgili resim

Qəza ilə bağlı ölkə prezidentinin yanında keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov qeyd edib ki, mümkün yanğın təhlükəsi ilə bağlı “Azərenerji” ASC-yə tutduqları iradların heç birinə riayət olunmayıb.

Baş prokuror Zakir Qaralov isə bildirib ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddəti başa çatsa da, onlarda müntəzəm təmir-bərpa işləri aparılmayıb: “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm ”Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır”.

Baş prokuror Zakir Qaralov ile ilgili görsel sonucu

Z.Qaralov həmçinin bildirib ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Buna görə də Mingəçevir İES-in bir blokundakı qəza bütün ölkənin enerji təchizatı şəbəkəsini sıradan çıxarıb.

Müşavirədə qərara alınıb ki, ölkənin bütün enerji istehsalı müəssisələrində, ilk növbədə isə “Azərbaycan” İES-də audit aparılsın. Prezident İlham Əliyev qeyd edib ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: “Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın”.

Prezidentin qeyd etdiyi məsələ – bir qəzanın bütün ölkənin enerji sistemində açılmaya gətirməsi isə vaxtilə “Azərenerji” tərəfindən həyata keçirilmiş 58 milyon dollarlıq layihədə yeyinliyə yol verilməsi ilə bağlıdır. Belə ki, əsasən xarici kreditlər hesabına icra olunan bu layihə enerji sisteminin elektron idarəetmə mexanizminin yaradılmasını nəzərdə tuturdu. Qəza zamanı on ildən yuxarı bir müddətdə icra edilən layihə çərçivəsində yaradılmış bu mexanizm – SCADA sistemi faktiki olaraq işləmədi.

Mingəçevir SES-də ile ilgili görsel sonucu

Qeyd edək ki, qəzadan sonra yaradılmış dövlət komissiyası və Energetika Nazirliyi birlikdə, xarici mütəxəssisləri cəlb etməklə  enerji sistemində yenidənqurma və reabilitasiyanı nəzərdə tutan proqram hazırlayblar. Proqramın həyata keçirilməsi üçün “Azərenerji” ASC-yə 140 milyon manat ayrılıb.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Abdullayevin “Yeni Müsavat”a dediyinə görə, həyata keçirilməsinə başlanan reabilitasiya proqramına uyğun olaraq “Azərbaycan” İES-də təmir-bərpa işləri həyata keçirilir:“Bildiyiniz kimi, bu stansiya 8 blokludur. 6 saylı enerji blokunda aparılmış işlər nəticəsində 60 meqavatlıq itirilmiş güc bərpa olunub. Həmçinin 500 kVt-luq açıq paylayıcı qurğunun tikintisi, 7 saylı enerji blokunda təmir işləri həyata keçirilib. Nəticədə 7-ci blokun istehsal gücü 70 meqavata qədər artıb. Hazırda işlər davam edir: müxtəlif sexlər, qurğular, çənlər, laboratoriyalarda təmir və yenidənqurma tədbirləri həyata keçirilir. Eyni zamanda 500 və 300 kVt-luq hava xətlərinin, rele-mühafizə sisteminin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulması həyata keçirilir. 500 və 330 kVt-luq yarımstansiyalar da tam yenidən qurulur. Ümumilikdə, stansiyada reabilitasiya proqramının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu proqramın icrası nəticəsində stansiyanın istehsal gücü 380 meqavatt artırılaraq 2 min meqavatta çatdırılacaq. ”

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Abdullayev ile ilgili görsel sonucu

Proqram çərçivəsində ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir”.

Qəzadan sonra görülən işlər artıq müsbət nəticəsini verməkdədir. Belə ki, iyunun 29-da “Azərbaycan” İES-də yanğın hadisəsi baş versə də, qəza-avtomatika sisteminin işləməsi nəticəsində bu, sistem açılmasına gətirib çıxarmayıb. Bu isə həyata keçirilən reabilitasiya proqramının effektiv icra olunduğunu göstərir.

Qəzalara rəğmən Azərbaycanda enerji istehsalında və ixracında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVt/s çoxdur.

Birinci yarım il ərzində ölkədə 11,544 milyard kVt/s elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVt/s çoxdur.

Ən əsası isə 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVt/s artıb.

Səs-küylü cinayət işləri və kriminal tarixdə silinməz iz buraxan cinayət aləminin nümayəndələri…


Oxu.az saytı ABŞ-ın 43-cü Prezidenti kiçik Corc Buşun silahdaşının, Respublikaçılar Partiyasının üzvünün Bakının mərkəzində qətlindən məqalə hazırlayıb.

2000-ci il noyabrın 29-dan 30-na keçən gecə, Şükran gününü qeyd etdikdən sonra ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Azərbaycan və Gürcüstan üzrə rezident proqramının rəhbəri, 36 yaşlı amerikalı Con Maykl Elvis öldürülüb.

C.Elvisin cəsədi İçərişəhər, Həqiqət Rzayeva küçəsində, 5/7 saylı evdə çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb. O, burada mənzil tutub və ofisi də elə burada yerləşib.

Qətl barədə məlumat Səbail rayon 9-cu Polis Şöbəsinə noyabrın 30-da, səhər saatlarında daxil olub. C.Elvis döşəmədə təkcə alt paltarında uzanmış vəziyyətdə olub. Cəsədin yanında istifadə edilməmiş prezervativlər və sındırılmış “Badamlı” və “Baltika” pivə şüşələrinin qırıntıları aşkarlanıb.

Bundan başqa, qətl yerində cinayət aləti olan kombat bıçağı tapılıb. İstintaqın versiyasına əsasən, qatil qurbanını öldürməzdən əvvəl şüşələrlə amerikalının başına zərbə endirib, nəticədə, o, zərbələrdən huşunu itirərərək yıxılıb. C.Elvisin bədənində ümumilikdə təqribən 40 bıçaq yarası aşkarlanıb. Yaraların 20-dən çoxu baş, üz və boyun nahiyələrinə, 15-i isə bel nayihəsinə tuş gəlib.

Mənzildən heç nə itmədiyinə və amerikalı vəzifəli şəxs olduğuna görə istintaq əvvəlcə sifarişli qətl versiyası üzərində dayanıb. ABŞ-ın Azərbaycandakı səfirliyi və rəsmi Vaşinqton bu versiyanı dəstəkləyiblər.

İş burasındadır ki, C.Elvis ABŞ-ın Respublikaçılar Partiyasının üzvü olub. Həmin vaxt söz-söhbət gəzirdi ki, o, hələ prezident seçilməyə hazırlaşan kiçik C.Buşa yaxın adamdır. Vaşinqtonda istisna edilmirdi ki, amerikalı sağ qalsaydı, Prezident Administrasiyasında yüksək vəzifə tuta bilərdi.

Təhqiqat zamanı məlum olub ki, C.Elvisin yaxın dostları ilə birgə noyabrın 29-da Şükran gününü qeyd etmək üçün birlikdə restoranda toplaşmağa hazırlaşıb. Amerikalı saat 01 radələrində içkili vəziyyətdə restoranı tərk edərək evə yollanıb. Saat 01:30-da o, artıq evdə olub. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, amerikalı səhər saat 04-05 radələrində dünyasını dəyişib.

C.Elvis Texas ştatından olan respublikaçı konqresmen Kevin Bredinin (hazırda Konqresin Nümayəndələr Palatasının Büdcə komitəsinin sədridir) yaxın dostu olduğundan Vaşinqton qətlin təhqiqatında daha da maraqlı görünürdü. Bredi və Elvis ailələri bir-biri ilə sıx bağlıdırlar və on illərdir dostdurlar.

Təhqiqatın gedişi, amerikalıların gözlədiyi kimi, qətlin sifariş xarakterli olmadığına işarə edirdi. Belə ki, hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayanların izinə çıxıb və onlar dindirilmə zamanı etiraf ediblər ki, C.Elvisə müəyyən məbləğ (100 dollar) qarşılığında intim xidmətlər göstəriblər. Başqa sözlə, amerikalının pedofil olduğu müəyyən edilib.

Respublikaçının bədənində qeydə alınmış xəsarətlərin xarakteri də bu versiyanı gücləndirirdi. Həmin zərbələrin fiziki cəhətdən zəif insan tərəfindən endirildiyi təyin edilmişdi. Fakt üzrə hələ saxlanılan yox idi.

Bu versiya rəsmi Vaşinqtonu qane etmirdi. Həmyerlilərinin qeyri-ənənəvi seksual oriyentasiyalı olduğunu öyrənən konqresmenlər bundan məyus olmuşdular. ABŞ-da öz təhqiqatlarını aparmaq qərarına gəlirlər və Bakıya Federal Təhqiqat Bürosunun (FTB) agentlərini göndərirlər.

ABŞ Konqresinin Nümayəndələr Palatası “Elvisin qətli ilə bağlı” doğru informasiya tələb edir və bəyan edir ki, qatillərin saxlanılaraq məhkəməyə verilməsindən əmin olmaq istəyir.

Bu arada, Piter Van Praq 2010-cu ildə “The Washington Post”da çıxan məqaləsində C.Elvisin qətlini siyasi motivlərlə əlaqələndirib.

Bu dəfə Azərbaycan Baş Prokurorluğu P.V.Praqın məqaləsinə cavab verərək ətraflı şərh edib. Bununla əlaqədar Baş Prokurorluq bəyan edib ki, məqalə həqiqəti əks etdirmir:

“İstintaqın təkzibedilməz sübutlarına əsasən, Con Elvisin fəaliyyəti ilə əlaqədar siyasi motivlər əsasında qətlə yetirilməsi haqqında versiya öz təsdiqini tapmayıb. Çox güman ki, qətl hadisəsi onun qeyri-ənənəvi oriyentasiyalı şəxslərlə intim münasibətləri zəminində baş verib”.

FTB qarşısında işin təhqiqatına hüquqi yardım göstərilməsi haqqında vəsatət qaldırılıb.

Bu müddət ərzində iş üzrə şahid qismində təqribən 1000 nəfər dindirilib. 1500-ə yaxın adamdan barmaq izi götürülüb. 700 nəfərə qarşı operativ müşahidə təşkil edilib. Qətlin qeyri-ənənəvi oriyentasiya zəminində törədilməsi versiyası əsasında C.Elvisin restoranlarda, barlarda və digər yerlərdə tanış olduğu şəxslər müəyyən edilib. Onun intim əlaqədə olduğu qadınlar, kişilər, eləcə də avtomobil yuma məntəqəsində işləyən azyaşlılar aşkarlanıb.

FTB əməkdaşları C.Elvisin şəxsi əşyaları arasında Zaur adlı bir nəfərin ingilis dilində yazdığı məktub aşkarlayıblar. Məktub onun kişilərlə intim əlaqədə olduğunu təsdiq edir. Bununla əlaqədar istintaq Zaur adlı 105 nəfəri aşkarlayıb və yoxlayıb. Bütün bu materiallar FTB-yə göndərilib, lakin uyğunluq aşkarlanmayıb.

FTB-nin hadisə yerində apardığı təhqiqat nəticəsində digər şəxsə aid qan nümunələri tapılıb və genetik koda göndərilib. FTB əməkdaşları hadisə zamanı həmin əraziyə daxil olmuş maşınların videoqeydiyyatının fotosurətini çıxarıblar. Bakı şəhərində qeydiyyatda olan 1000-dən çox oxşar maşın yoxlanılıb. 21 maşının sahibi istintaqa cəlb edilərək dindirilib.

C.Elvisin qəsdən öldürülməsi faktı ilə əlaqədar heç kəs şübhəli şəxs qismində saxlanılmayıb.

Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a bildirib ki, amerikalılar istintaqın gedişindən narazı idilər, lakin FTB-nin göndərdiyi mütəxəssis Azərbaycandan əliboş gedib:

“Bununla belə, pedofiliya versiyası ikitərəfli idi. Bəziləri güman edirdi ki, onu uşaqlar bıçaqlayıb. Digərləri isə hesab edirdi ki, uşaqlara görə böyüklər qisas alıb.

Elvisin qətli haqqında iş çoxdan “havadan asılı” vəziyyətdə qalıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yerindən tapılmış qadın ayaqqabısından bəhs edirlər və güman edirlər ki, qatil iki nəfər olub.

Hafiz Məmmədovun mülkləri əlindən alındÄ±İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb.

“Minval.info” Azadlıq Radiosuna istinadən xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.

Bu küçələrdə svetoforlar işləmir

Bakıda bir neçə küçədə işıqforlar işləmir.

"Qafqazinfo"ya BNA-dan daxil olan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforlar işləmir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür - FOTO, VÄ°DEOAAYDA: Cavanşir körpüsünün söküləcəyinə dair layihə hazırlanıb, amma söküntü hazırda gündəmdə deyil

Bir müddətdir ki, Bakının mərkəzindəki, sakinlər arasında “Qaqarin mostu” kimi tanınan Cavanşir körpüsünün söküləcəyi müzakirə olunur. Sürücülərin bildirdiklərinə görə, artıq körpünün sökülməsi ilə bağlı qərar da qəbul edilib. Söküntü işlərinə isə sentyabr ayında start veriləcəyi deyilir.

Redaksiyamıza müraciət edən bir neçə sürücü Cavanşir körpüsünün sökülməsinə görə narahatlıqlarını dilə gətiriblər. Onlar iddia edirlər ki, körpünün sökülməsi ərazidə böyük tıxaca səbəb olacaq.

AYNA-nın əməkdaşı sözügedən əraziyə yollanaraq sürücülərin narahatlıqlarına aydınlıq gətirməyə çalışıb. Ərazidə olduğumuz müddətdə həm körpünün üzərində, həm də yolayrıclarında hərəkət edən avtomobillərin sıxlığı müşahidə olunurdu.

Sürücülərlə söhbətimiz zamanı məlum oldu ki, körpünün qəzalı vəziyyətdə olduğu üçün söküləcəyi qeyd olunur. O da vurğulanır ki, körpü söküləndən sonra yerində yeni yol qovşağı salınacaq.

Həmsöhbətlərimizdən biri körpünün söküləcəyindən dolayı narahatlığını belə əsaslandırdı: “Bu körpü çox enlidir. Sıxlıq və tıxac olsa da, 5-6 avtomobil eyni anda körpünün üzərində hərəkət edə bilir. İndi körpü sökülsə, şəhərin bu ərazisində ciddi tıxaclar yarana bilər”.

“Alternativ yollarda avtomobillər saatlarla gözləməli olacaqlar. Dənizkənarı parka istirahət etmək üçün gün ərzində yüzlərlə insan gəlir. Onların da çoxu bu körpüdən istifadə edir. Əminəm ki, körpü sökülsə, həmin insanlar saatlarla tıxacda qalmağa məcbur olacaqlar” – deyə digər sürücü də körpünün sökülməsi xəbərini etirazını ifadə etdi.

Daha sonra körpünün alt hissəsinə düşüb, qəzalı vəziyyətdə olub-olmadığını yoxlamaq qərarına gəldik. Etiraf edək ki, gördüklərimiz bizi məyus etdi. Bir tərəfdə qalaqlanmış daş qırıntıları, digər tərəfdə də torpaq təpəciyi, az qalırdı ki, “gözümüzə girə”.

Hələ torba-torba zibilləri demirik. Körpünün baxımsızlıqdan rəngini dəyişmiş divarları isə, kim bilir, sonuncu dəfə nə zaman boyanıb. Körpünün altında addımladıqca ətrafı toz dumanı bürüyürdü. Təbii ki, həmin toz da tənəffüs sistemi ilə ciyərlərimizə hopurdu.

Bakının göbəyində yerləşən körpünün altının belə bərbad vəziyyətdə olması heç də xoş deyil. Ancaq deyəsən, bu durum aidiyyəti qurumları əsla narahat etmir. Əks halda ərazidə səliqə-səhman göz oxşayardı.

Orada olduğumuz müddətdə körpünün altı ilə hərəkət edən avtomobillərin sürücülərinin də bir neçəsi sürəti azaldaraq öz fikirlərini bizimlə bölüşdülər. Adını açıqlamayan bir yaşlı sürücü əlini yelləyərək bunları dedi: “Kimin ağlına nə gəlirsə, onu da edir”.

Ərazidən ayrılandan sonra sürücülərin narahatlıqlarına aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət etdik. Və o, Cavanşir körpüsünün sökülməyəcəyini dedi.

“Təklif var idi. Layihə hazırlanmışdı. Amma o layihə təklif olaraq qalır. Bu gün Cavanşir körpüsünün sökülməsi gündəmdə deyil” – Nəfərli bildirdi.

AAYDA sözçüsü körpünün vəziyyətinin normal olduğunu qeyd etdi: “Dayanıqlığı yerindədir. Heç bir təmirə ehtiyacı yoxdur. Əgər zərurət yaransa, təmir işləri aparıla bilər”.