Son xəbərlər

Piyada ölümlərində günahkar kimdir? — EKSPERT RƏYİ

Son zamanlar piyadaların ölümü ilə nəticələnən hadisələrə tez-tez rast gəlirik. Əsasən də sosial şəbəkələrdə paylaşılan videogörüntülərə baxdıqda ilk növbədə ağlımıza yüksək sürət və sürücü məsuliyyətsizliyi gəlir. İnsanların beynində belə bir yanlış stereotip formalaşıb ki, nə olursa olsun, günahkar hər zaman sükan arxasındakı sürücüdür. Bəs piyada məsuliyyətsizliyi? Onlar günahsızdırmı?
“Ölkə.Az” saytı olaraq bu məsələni araşdırmağa qərar verdik. Həqiqətən qanun bizə nə deyir?

Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova müraciət etdik.

- Son zamanlar altı zolaqlı yüksək sürətli yollarda piyadalarin ölümü ilə nəticələnən qəzalar baş verir. Bu barədə sosial şəbəkədə görüntülər paylaşılır. Belə qəzalarda sürücülər məsuliyyətə cəlb olunur? Günah kimdə olur?

- Belə yol nəqliyyat hadisələrinin şablon cavabı olmur. Hər bir hadisəyə fərdi qiymət verilməlidir. Mütləq araşdırılıb, hadisə iştirakçılarının hərəkətlərinə baxılmalıdır. Baxın, burada piyada icazə verilməyən yerdən yolu keçərkən vurulub. Bu o deməkdir ki, o yol nəqliyyat qaydalarını pozub.
Əgər onu vuran sürücü heç bir qaydanı pozmayıbsa, məsuliyyətdən azad olur. O məlum hadisədə piyada sürücünün sürətlə gəldiyi bir zamanda onun gözləmədiyi anda yoluna çıxıb. Bu zaman onu vurmamaq üçün heç bir texniki imkan yoxdursa, deməli sürücünün də heç bir günahı yoxdur.

- Ümumiyyətlə hansı vəziyyətdə sürücü tam məsuliyyət daşıyır? Ancaq piyada zolağında vuranda, yoxsa?

- Yox, bu belə deyil. Sürücü yol- hərəkət qaydalarını pozarsa, qəzanın qarşısını almaq üçün (sürətini azaltmaqla, dayanmaqla) şəraiti varsa, ancaq bundan istifadə etməyibsə bu zaman məsuliyyət daşıyır. Bu vəziyyətdə sürücü piyada zolağındadırsa və ya ondan kənardadırsa fərqi yoxdur.

- Bəzən piyadalar yoldakı nizamlanmayan (işiqfor olmayan keçidlər) piyada keçidindən keçərkən gələn avtomobilin sürətini hesablamayaraq o biri səkiyə keçmək istəyirlər. Bir növ onlarda arxayınlıq var ki, onsuz yol mənimdir avtomobil saxlamalıdır. Sizcə, bu düzgündür?

- Burada da eyni vəziyyətdir. Qanuna görə, nizamlanmamış piyada keçidində (işiqfor olmayan zolaqda) piyada avtomobillərə yol verməlidir. Yol boşalandan sonra yolu keçməlidir. Əslində qanun deyir ki, özünü qorumalıdır. Yaxınlaşan avtomobilin sürətini, ona qədər olan məsafəni hesablayıb yolu keçməlidir. Heç bir vəziyyətdə qəflətən yola çıxmamalıdır. Əgər belə etməsə, piyada zolaqda olsa belə, yol hərəkət qaydalarını pozur.

- Sosial şəbəkədə, mediada ən çox hava limanına gedən sürətli yolda yeraltı keçidlərin yetərincə olmamasından şikayətlənirlər. Bəzən yolun o biri tərəfinə keçmək üçün kilometrlərlə yol gedirlər.
- Bax görürsünüz, bizim mediamız, cəmiyyətimiz əsasən bu məsələyə köklənib: Kim günahkardır? "Kimdir günahkar" məsələsi də sonda gedir tapmaca kimi bir yerə çıxır, qanun qalır kənarda. Halbuki bizim qanunlarımızda hər suala cavab tapmaq olar. Orada piyadanın da, sürücünün də öz məsuliyyəti var. Və beləcə məsələyə obyektiv baxılmır. Hamı başlayır günahı iki tərəfdə görməyə. Bəlkə heç onların heç biri günahkar deyil, bəlkə elə səbəb yol infrastrukturunun bərbad vəziyyətidir?

Görürsən yaşayış massividir, o tərəfdə də məktəb var. Yolda altı zolaqlı sürətli yoldur. Bəs, bu uşaqlar bu yolu necə keçib məktəbə getsinlər? Bunu heç kəs düşünməyib, infrastruktur yaradılmayıb. Əslində yol infrastrukturunda belə üsullara yol verənlər də məsuliyyət daşımalıdır. Buna görə, hadisəyə qiymət veriləndə mütləq o da nəzərə alınmalıdır.

- Bir məsələ də var ki, piyadalar çox vaxt yollarda qanunları kobudcasına pozur. 5 metr piyada keçidinə qədər getməyə tənbəllik edir, yolu olduqları yerdən keçir. Bunun qarşısı necə alınmalıdır? Piyadalar cəzalanmalıdırmı?

Bəli, bu nizamsızlığın ən pis nümunələrindən biridir. Cəzalanmaq dedikdə zatən onlar qaydanı pozurlar və cərimə ödəməlidirlər. Belə hərəkət edən piyada “Yol hərəkəti qaydaları”nın 40-cı maddəsini tələbini pozduğuna, müəyyən olunmayan yerdən yolu keçdiyinə görə, əgər heç bir hadisə olmayıbsa 20 manat cərimə olunur. (16 yaşdan yuxarı olan şəxslərə aiddir)

Yox, əgər orada yol nəqliyyat hadisə baş veribsə, qəza olubsa, mütləq istintaqa cəlb olunub, araşdırılmalıdır. Belə hadisələr də çox vaxt dünyasını dəyişən və yaxud əlil qalan piyadanın səhvi ucbatından baş verir və sürücü heç bir məsuliyyət daşımır. Belə hadisələr cəmiyyətdə təbliğ olunmalıdır ki, o stereotip dəyişsin. İndi bu dəqiqə yanlış stereotip var ki, hər bir halda piyada vurularsa, sürücü günahkardır. Çox yanlış bir fikirdir. Bəzi insanlar isə bilmədən danışıb, deyirlər qanunda belə yazılıb. Xeyr, qanunda belə bir maddə yoxdur. Bizim qanunvericiliyimizdə piyadanın avtomobillə vurulması, məsuliyyət məsələsi hallarında məsələn Rusiyanın, Fransanın, Almaniyanın qanunvericiliyindən demək olar ki, fərqlənmir. Sadəcə təcrübəmiz bərbad gündədir. Təcrübəmizi də bərbad günə salan məhkəmə istintaq təcrübəsindəki subyektivlərdi. Onun nəticəsində də cəmiyyətdə yaranmış yanlış fikir formalaşıb ki, hər zaman sürücü günahkardır. Az öncə də dediyim kimi bu qəti belə deyil.

- Belə bir piyadalara da rast gəlmək olur yol verirsən, yolu çox asta keçirlər sanki podiumda yeriyirlər. Bütün hərəkəti saxlayırlar. Sizcə bu qanunla nizamlanmalıdırmı? O piyadalar cəzalandırılmalıdırmı?

- Bilirsiz, belə piyadaları məsuliyyətə cəlb etmək çətindir. Çünki belə vəziyyəti qiymətləndirmək çətindir. Bəli, qanunda deyilir ki, piyada yol hərəkət hissəsində ləngiməməlidir. Demirəm ki, qaçsın xeyr, qaçmamalıdır, ancaq qəti ləngiməməlidir. Bacardığı, adi insanın yeriyə biləcəyi sürətdə keçməlidir. Sözsüz ki, müəyyən bir əlilliyi yoxdusa, yaşlı insan deyilsə. Qeyd edim ki, əgər piyada tərəfindən açıq-aşkar sui-istifadələr olarsa o, buna görə məsuliyyətə cəlb oluna bilər. Məsələn bir dəfə mənə video kadr göndərmişdilər. Küləkli Bakı havası, gənc bir kişi yol hərəkətini saxlayıb və piyada keçidindən keçir. Keçidi keçə-keçə düşünür ki, bir siqaret yandırsın. Neçə dəfə cəhd edir, cəhdi boşa çıxır. Keçidin tən ortasına gəlib çıxanda qərar verir ki, dayanıb siqaretini alışdırsın. Beləliklə, o, utanmadan keçiddə hardasa 7-10 saniyə dayanır və siqaretini yandırıb, yenə yavaş-yavaş yoluna davam edir.

Məncə belə hallarda onlar mütləq məsuliyyətə cəlb edilib, cəzalandırılmalıdır.

Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

İndiyə qədər müfəssəl planlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və layihə tapşırığında qeyd olunan orqan və qurumlarla razılaşırılmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.

Tələbələrin köçürülməsinə başlanıldı

İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

"Qafqazinfo" xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə  həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Çimərliklərin çoxu yararsızdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

İdarənin əməkdaşı Nərmin Babaşova “Qafqazinfo”ya bildirib ki, analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

Qeyd edək ki, bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib. O bildirib ki, əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil.

N.Babaşovanın sözlərinə görə Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

“Dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edirik ki, obyektlərində, evlərində formalaşan tullantı sularının təmizlənməsini düzgün təşkil etsinlər və çirkab suları dənizə axıtmasınlar. Onlar bununla həm Xəzəri çirkləndirir, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradırlar.
Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik, səslənirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”, - deyə qurum rəsmisi vurğulayıb.

Çimərliklərin çoxu yararsızdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ardını oxu...

“Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.

Oxu.Az xəbər verir ki, sözügedən vəzifəyə Vaqif Xəlilov gətirilib.

V.Xəlilov buna qədər Gəncə şəhərində müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, keçmiş sədr Natiq Əhmədov bu gün işdən azad edilmişdi.

Uşaq anası ilə birlikdə həkim qəbulunda, arxiv şəkli

“Xəstəliyin insanın baş beyinindən tutmuş, əzələlərə qədər zədələməsi mümkündür”

Bakıda uşaqlar arasında əl-ayaq-ağız xəstəliyinə (Koksaki virusu) yoluxma halları artıb. Bu barədə Sputnik Azərbaycan-a tanınmış pediatr Vaqif Qarayev məlumat verib.

V.Qarayev bildirib ki, son günlər bu xəstəliklə müraciət edənlərin sayında artım müşahidə olunur. Pediatr bildirib ki, bu xəstəliyə ən çox uşaqlarda təsadüf olunur. Onun sözlərinə görə, virusa yoluxan uşaqların ağzının, əlinin içində, ayaqlarında səpgili qızartılar olur: “Virus su çiçəyi xəstəliyinə bənzəyir. Bu xəstəlik temperaturun qalxması ilə müşahidə olunur. Uşaqlar ağız içində olan yaralara görə maye və qida qəbul etməkdə çətinlik çəkirlər. Xəstəliyin inkubasiya dövrü 3-6 gün çəkir”.

Tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəliklərin təsnifatında əl-ayaq-ağız xəstəliyi adlı xəstəlik yoxdur. Baş pediatrın sözlərinə görə, hələlik uşaqlar arasında səpgili yaralarla müraciət edənlərin sayında nəzərəçarpacaq artım yoxdur: “Bu koksaki virusu Amerikada Koksaki adlı şəhərin adı ilə bağlıdır. Elə virusun da adı oradan götürülüb. Minlərlə virus xəstəlikləri kimi bu virusun da fəsadları ola bilər. Baş beyindən tutmuş əzələlərə qədər zədələməsi mümkündür. Amma Azərbaycanda belə bir virus hazırda uşaqlar arasında kütləvi şəkildə müşahidə olunmur”.

Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev
Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri burun axıntısı, boğaz ağrısı, halsızlıq, başağrısı, yüksək temperatur, iştahasızlıq, qusma, ishal kimi hallardır. Xəstəlik 10 gün ərzində öz-özünə sağalır. Lakin ağırlaşmaların ola biləcəyi nəzərə alınmalıdır. Xüsusilə uşaqlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.

Koksaki virusu – insanın həzm traktında yaşayan və çoxalan herpes viruslar ailəsinə aid olan virus infeksiyasıdır. Xəstəliyin əvvəlində Koksaki virusu burun və ağız boşluqlarının selikli qişasında toplanır, lakin bu zaman virusun aktiv çoxalması insanın bağırsaq boşluğunda yer alır, bu da virusun fekal-oral yolla yayılmasına səbəb olur. Makroorqanizmin yoluxması bilavasitə qida və ya içki məhsullarının düzgün olmayan qaydada istifadəsi zamanı baş verir.

Keçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOAzərbaycanın sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlunun yeni görüntüləri yayılıb.

BiG.AZ xəbər verir ki, keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı oğlu Niyaz Babayevin fotoları sosial şəbəkədə marağa səbəb olub. Belə ki, oliqarx oğlu dəbdəbəli həyatı ilə diqqət çəkib. 

Dia.az sözügedən görüntüləri təqdim edir:Keçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTOKeçmiş nazir Heydər Babayevin qardaşı oğlu Niyazın dəbdəbəli həyat tərzi - FOTO