Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.

Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir.

Ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.
Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.

Картинки по запросу corat qutabı“Ümid edirəm ki, Turizm agentliyi, aidiyyəti dövlət orqanları bu biabırçıqlara son qoyar”.

Minval.info xəbər verir ki, bu fikirləri tanınmış təhsil eksperti Kamran Əsədov özünün “Facebook” profilində paylaşıb.

“Belə iyrəncliyə görə ölkəyə gələn turist birdə gəlmir. Deməli, Corata gəlmişik ki, bir çay içib, buranın qutabını yeyək. Oturandan gəliblər ki, bəs nə yesəniz, yeməsəniz 100 manat depozit ödəməlisiniz. Belə çıxır ki, tutalım, sizin cibinizdə 50 manat pulunuz varsa, ödəyəcəyiniz hesab 20 manat belə olsa, siz istirahət edə bilməzsiniz? Sən 20 manatlıq ye, amma 100 manat ödə? Ona görə də, insanlar daha rahat olsun, istirahət etsinlər deyə, Türkiyə, Gürcüstana gedirlər”. – deyə, Kamran Əsədov yazıb.

Vətəndaşlar tərəfindən bir sıra çimərliklərdən girişin pullu olması barədə yenidən şikayətlər daxil olub.

Minval.İnfo xəbər verir ki, bu barədə “oxu.az”a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olduqdan sonra qurumun Ticarət və Xidmət Departamenti reydlər aparıb:

“Lakin hava şəraiti ilə əlaqədar reydlər dayandırılıb. Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur. Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”.

Qeyd edək ki, bir müddət əvvəl çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumat yayılıb.

BŞİH-nin Ticarət və Xidmət Departamenti vətəndaşların çimərliklərə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb.

Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərində http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

Azərbaycanlı şagirdlərdən növbəti uğur

11-22 iyul 2019-cu il tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.

110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev  3 bürünc medal qazanıb.

Bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilsin:

2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

2.6. Şəki Kommersiya Məhkəməsi – Şəki şəhərində.

3. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilsin.

4. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

4.1. bu Fərmanın 1.2 – 1.6-cı bəndlərində nəzərdə tutulmuş inzibati məhkəmələrin və bu Fərmanın 2.2 – 2.6-cı bəndlərində nəzərdə tutulmuş kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin;

4.2. inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 4.2-ci bəndində nəzərdə tutulmuş təklifləri hazırlayarkən namizədlərin müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetirsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

5.2. yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;

5.3. yeni təşkil edilən məhkəmələr fəaliyyətə başlayanadək inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;

5.4. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Alimdən həyəcan təbili: “Azərbaycanda su ehtiyatları azalır, kütləvi qurtuyur”
“Azərbaycanda bəzi çaylarda su ehtiyatlarının azalması müşahidə edilir”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, son zamanlar çiləmə üsulu ilə, yəni müasir metodlarla suvarmaya daha çox meyl edilir: “Çünki sular azalır. Əgər belə etməsək, bizə su çatmaz. Bəzi göllərimiz quruyur. Bu, problemdir. Qanıx-Əyriçay vadisində bulaqların kütləvi surətdə quruması müşahidə edilir. Bunlar hamısı su ehtiyatlarına qarşı ciddi mübarizə tədbirlərinin aparılmasını və suya qənaət edilməsini vacib edir. Biləsuvar, Cəlilabad, Qax və Şəkinin Acınohur hissəsində su ehtiyatları azalır. Son zamanlar Ağstafa, Tovuz rayonunun Ceyrançöl ərazisində yaşayan əhalinin suya tələbatları çoxalıb”.

M.İsmayılov qeyd edib ki, Kür çayı və kanal sahillərini çıxmaqla, əksər rayonlarda su problem olaraq qalır: “Son zamanlar müəyyən tədbirlər görülsə də, iqlimdə gedən istiləşmə suya tələbatı artırır. Bu da su ehtiyatlarına münasibəti dəyişməyi tələb edir”.

Şöbə müdiri bildirib ki, Bakının əhalisi çoxaldıqca yeni su mənbələrinin tapılması, paytaxta gətirilməsi lazımdır: “Bakıda suya olan tələbat gətirilmə su hesabına ödənilir. Yəni Şollar, Bakı, Oğuz-Qəbələ-Bakı, Kür-Bakı su kəmərləri və kanalların hesabına Bakı və Abşeronun suya olan tələbatı ödənilir. Davamlı suya tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilməlidir”.

M.İsmayılov qeyd edib ki, Mingəçevir su anbarından Bakıya su gətirmək olar: “Şollar-Bakı su kəmərində yeni qolların yaradılmasına ehtiyac var. Suvarma məqsədilə Abşeron yarımadasında da suya ehtiyac duyulur. İçməli sulardan suvarma məqsədilə istifadə edilməsi Bakının hazırda mühüm su problemidir. Bunun qarşısını almaq, suvarma suları ilə Abşeron yarımadasını təmin etmək lazımdır. Düzdür, Samur-Abşeron kanalı var, amma mövcud problemi tam ödəyə bilmir”.
Fərdi vəkillik ləğv edilir

Son dövrdə Vəkillər Kollegiyasının yenilənən Rəyasət Heyəti tərəfindən atılan addımlar, verilən qərarlar ictimai müzakirələrə səbəb olur. Bəzən də elə VK üzvləri tərəfindən kəskin tənqidlərə məruz qalır. Bu dəfə isə fərdi fəaliyyət göstərən vəkillərin məcburi olaraq bürolara üzv edilməsi onların etirazı ilə qarşılanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ilk məlumatı vəkil Elçin Sadıqov yayıb. O bildirib ki, Rəyasət Heyətinin iclasına çağırılaraq ona Göygöl rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində fəaliyyət göstərməsi irad tutulub: “Mənim Göygöl rayonunda ofisim var, daimi fəaliyyət göstərir və apardığım işlərin yarıdan çoxu Göygöl və ətraf rayonların sakinlərinin işləridir. Bundan başqa qanunla bu qadağan olunmayıb. Eyni zamanda bütün dünyada vəkillərin əksəriyyəti fərdi fəaliyyət göstərirlər. 

Elçin Sadıqov

Sonra mənə dedilər ki, 2018-ci ilədək 2 faizlik sığorta fonduna ödənilməli pulu ödəməmişəm. Bu iradı qəbul etdim, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq hamısını hesablayıb VK-ə ödəyəcəyimi bildirdim.

Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında AR Qanununun 5-ci maddəsinin V hissəsinə əsasən Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

Lakin, mənim razılığım olmadan qanunsuz olaraq 01 sentyabr 2019-cu il tarixdən keçmiş 01 saylı hüquq məsləhətxanasına, hazırkı Mərkəz Hüquq Bürosuna keçiriləcəyimi bildirdilər. Bunu onunla əsaslandırmağa çalışdılar ki, fərdi vəkilliyi ləğv etməyə çalışırlar.

01 sentyabr 2019-cu il tarixdən qeyri-iş vaxtlarında, qeyri-iş günlərində müqavilə bağlaya bilməyəcəm, əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcəm. Onlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər ki, bu da müdafiə etdiyim aztəminatlı şəxslərin müdafiəsiz qalmasına səbəb olacaq.

Həmçinin 10 iyul 2019-cu il tarixdə başlanılmış intizam icraatına xitam verdilər”.

Aqil Layıcov

Bundan sonra daha bir tanınmış vəkil Aqil Layıcovla bağlı oxşar qərar qəbul edildiyi məlum olub. O bildirib ki, iclasda iştirak etməsə də, ona məlumat vermədən büroya üzv ediblər: “Dünən Vəkillər Kollegiyasının iclasına dəvət olunmuşdum. Üzrlü səbəblərə görə iştirak edə bilmədim. Bu gün eşitdim ki, iradım və xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər. Fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. Fərdi vəkilin digər büroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi. Lakin mənim belə bir xahişim, vəsatətim olmayıb. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur".

Əziz Qənbərov

Vəkil Əziz Qənbərov da bu qərara etiraz edib: “Mən də büroda fəaliyyət göstərən vəkiləm. Ədalət naminə desək order alınmasında heç bir problem yaşamamışam. Ancaq hesab edirəm ki, fərdi vəkillik qanunla nəzərdə tutulduğu halda, vəkilin iradəsinin ziddinə onun büroya keçirilməsi müstəqil Vəkilliyin ruhuna uyğun deyil”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov ictimai müzakirələrə reaksiya verərək tənqidlərə cavab verib: “Sadəcə qanunu pozmaq lazım deyil, vəssalam. Mənim bildiyim və gördüyüm budur. 

Anar Bağırov

Vəkilin müraciətinə əsasən rayonda fərdi fəaliyyət göstərməyə qərarımızla icazə vermişik, vəkil rayonda fəaliyyət göstərmir, ünvan üzrə ofisi mövcud deyil, qanunla ödənilməsi tələb olunan 2% ödəmir, aylarla intizam icraatı aparılır ancaq pozuntuları aradan qaldırmırsa, Rəyasət heyəti nə etməlidir, buna göz yummalıdırmı? Biz nə etdiyimizi və səlahiyyətlərimizi gözəl bilirik. Sadəcə mövzu ətrafında spekulyasiya aparılmasına da imkan verilməyəcək. Qərarımız da tam qanuni və ədalətlidir, üstəgəl də humanistdir. İllərlə maliyyə pozuntusuna yol verən şəxslər isə sağ ol desinlər ki, Rəyasət Heyəti humanistlik göstərdi, bu dəfə tənbeh olmayan xəbərdalıq etdi. Hər kəs, kimliyindən asılı olmayaraq, bilməlidir ki, qanun pozuntusuna göz yummayacağıq, çox bəsit. Vəkil Elçin Sadıqov isə bu gün maliyyə pozuntusunu aradan qaldırmaq üçün ödəməli olduğu vəsaiti ödəməklə gec də olsa doğru addım atıb, təqdirəlayiqdir”.

Elçin Sadıqov sonradan əlavə edib ki, Anar Bağırovla görüşərək səmimi söhbət edib: “Yenidən fərdi və ya büro təsis edərək fəaliyyət göstərməyimin mümkünlüyü ilə bağlı perspektivləri müzakirə etdik, mümkündür. Müsbət nəticələr əldə edəcəyik”.