Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-floboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb.

“Minval.info” xəbər verir ki, buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxmasıdır.

Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.

Açıq-saçıq geyimləri və vinerlərin videolarında yer alması ilə izləyici toplayan Səbinə Sultanova adlı xanımın “instagram” izləyicilərini cəlb etmək üçün hesablanan reklam videosu həkimin ciddi tənqid olunmasına səbəb olub.

Sözügedən videonu təqdim edirik:

Minval.info

Gəncədə təhsil adına RƏZALƏT - ŞOK FAKTLAR
Gəncə şəhər 3 saylı Peşə Liseyinin direktoru Fazil İsmayılovun özbaşınalığını və korrupsiya əməllərini sübut edən yeni və şok faktlar əldə etmişik.

"Demokratik.Az"-a ötürülən yeni məlumatlarda bildirilir ki, yarıtmaz direktor bir neçə illdir ki, rəhbərlik etdiyi təhsil ocağına özünün pul xırmanı kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini biçib mənimsəyirmiş.

Sən demə, özünün idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş...

Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü "həzm rabe"dən keçirən bu "elm adamı" barədə üzqaraldan məlumatlardan aydın olur ki, liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki, Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.

Aldığımız məlumata görə, 10-larla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb. Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, "sözünə baxmayan" şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.

2018-2019-cu tədris ilində direktora pul vermədiyinə və "dərsə gəlmədiyinə" görə liseydən qovulan bir neçə şagirdin adını açıqlamaq olar. "Demokratik.Az"-a verilən məlumata görə, bunlardan biri anasının himayəsində yaşayan Ömər Həsənovdur.

Məlumata görə, direktor liseyin Aysel adlı baş ustasının əli ilə Ömər Həsənovun anasına telefon zəngi etdirir və Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində, direktorun adı ilə şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edir. Son ay üçün isə kartı tələb edir. Ana isə cavabında, oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyir, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün Aysel müəllimədən vaxt istəyir. Nəticədə, ana pulu verə bilmir və oğlu liseydən qovulur. (Səsyazını təqdim edəcəyik)

Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə "pul gücünə" təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.

Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.

Bunlardan - İsmayılov Əhliman Ruslan oğlunun;

Qasımov Murad Əbülfəz oğlunun;

Abdullayev Qurban Akif oğlunu;

Tanrıverdiyev İmran İlqar oğlunun;

Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə "kart bazarı" açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar onu da öyrənə bildik ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edən Aysel adlı baş usta sabiq Təhsil Naziri Mikayıl Cabbarovun yaxın dostu, Fazil İsmayılovu Gəncə Dövlət peşə təhsil mərkəzinə direktor təyin etdirmiş maliyyəçi Vüsal Məmmədovun dayısı qızıdır.

Görünür, ona görə Fazil İsmayılovun bunca cinayət əməllərinə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tam susqunluq nümayiş etdirir. Fazil İsmayılov da özünü ərköyün korrupsioner kimi aparır...

(mövzu diqqətimizdədir)
108 min yararsız yumurta məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baxış keçirilərkən 108 000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

 

 

Bu gün üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə bir qəsəbə və yeddi kənddə qaz təchizatı dayandırılacaq.

Nazirlər Kabineti “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.

Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:

1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);

2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);

3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;

4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;

5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;

6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;

7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;

8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.

Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ölkəmiz tərəfindən həmsədri təyin edilib.

Qaynarinfo xəbər verir ki, sərəncamla xarici işlər, iqtisadiyyat, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, təhsil, səhiyyə, mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Mərkəzi Bankın sədr müavinləri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri isə birgə Komissiyanın ölkəmiz tərəfindən üzvləri təyin olunublar.

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

“Bu gün səhər saat 09:00-dan başlayaraq 13:00-dək Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Həmçinin bu məhdudiyyət saat 16:00-dan 20:00-dək tətbiq olunacaq. Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairəni dövr etməklə şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub.

Salyan şosesi ilə hərəkət edən velosipedçilər isə Bibiheybət məscidi – Bakı Su İdman Sarayı – Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələri ilə hərəkət edərək yenidən Bakı-Salyan yolu ilə Velopark istiqamətində dövr edəcəklər”, – deyə V.Əsədov qeyd edib.

Bölmə rəisi alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yola keçməklə Badamdar qəsəbəsinin küçə və prospektləri – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti, eləcə də Yasamal rayonu ərazisinə düşən küçə və prospektlərin – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yolların müəyyən edildiyini bildirib.

Ədalət Qəmbərov ile ilgili görsel sonucuDələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...
Hazırda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkənin ən qocaman icra başçılarındandır. Göyçay (2001-2006), Şamaxı (2006- 2011), Sabirabad (2011-2019) və hal-hazırda Saatlıda üst-üstə 19 il icra başçısı postunda çalışmaqdadır. DİA.AZ xatırladır ki, onun haqqında yerli mediada haqqında kifayət qədər neqativ məlumatlar yazılıb. Haqqında gedən ən ilginc neqativ xəbər isə oğlu Anar İsmayılovun sosial şəbəkələrdə paylaşdığı 150 minlik Lexus-570 maşınının fotosuna görə olub. 

DİA.AZ bildirir ki, həmin ərəfədə İsmayılov oğluna görə töhmət ünvanı olsa da vəziyyətdən çıxa bilmişdi. Amma indi isə gələn son xəbərlər göstərir ki, Saatlının icra başçısı Nazim İsmaylov ciddi "dəcəlliklə" üz-üzədir". Yəni övladlarının dəbdəbəli həyatı onun üçün ciddi problem yaradıb.
Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...
Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hazırda istirahətdə olan Anar İsmayılov 1 həftə ərzində 3 ölkədə olub və bu turlarına təzminən 140 min dollar xərcləyib. Təbii ki, pulların qaynağı atasının sərvətidir. Atasının isə bu sərvəti necə topladığı hər kəsə aydındır. Elə son olaraq Sabirabaddan topladıqları ilə dəcəllərinə bur cür turları hər gün təşkil edə bilər, desək, yanılmarıq...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Image result for qaz çəkiləcəkBu gün səhər saatlarında Azərbaycanın bəzi rayonlarında qaz təchizatı dayandırılıb. 

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun doqquz kəndində səhər saat 09:00-dan 18:00-dək qaz olmayacaq.

Bundan başqa, bu gün saat 10:00-dan Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı da dayandırılıb. Qaz təchizatı 15:00-da bərpa olunacaq. Bu müddət ərzində “Qarasu” qazpaylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq.

Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10:00-dan Ucar rayonunda altı kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən, Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.