Son xəbərlər

Azərbaycanda pensiya yaşı belə hesablanacaq — Yenilik
Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.
Modern.az xəbər verir ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.
Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən “Report”a bildirilib ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.

Vətəndaş müraciətləri ilə əlaqədar xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Bu rayonlarda qaz olmayacaqOktyabrın 15-də səhər saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən "Ölkə.Az"a verilən məlumata görə, bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq.

Eyni saatlarda, Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bülbülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq.

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq ediləcək?
"Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil".

""Ölkə.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qısaldılmış iş günləri kompleks məsələdir: "Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".

Nazirin sözlərinə görə, gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər.

Bu ərazilərdə qaz olmayacaq
Bu gün saat 12:00-dan Bakının Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.

Bu barədə "Ölkə.Az"a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucarda pambıq yığımında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, nazir qadın mexanizator Gülsurə İbadova ilə kombaynla pambıq yığımında iştirak edib.

Bu ərazilərdə qaz olmayacaqOktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq.

"Ölkə.Az" xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq.

Bundan başqa, saat 10:00-dan 18:00-dək “Kür qəsəbəsi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində aparılacaq quraşdırma işlərinə görə Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Maşını qazla işləyən sürücülərin nəzərinə!Son aylarda Azərbaycanda periodik olaraq maye qazın satışında qıtlıq yaranıb. Bir neçə ay əvvəl gündəmə gələn, işıqlandırdığımız məsələ bu gün yenidən aktuallaşıb. (Sözügedən xəbəri bu linkə daxil olaraq oxuya bilərsiz.)

"Ölkə.Az" xəbər verir ki, bir neçə sürücü “Qafqazinfo”ya müraciət edərək bildirib ki, oktyabrın 5-dən bəri paytaxtda maye qaz tapılmır.

Şikayətçi Rufin Quliyev deyir ki, son 5 ayda maye qaz sürücülərə limitlə satılıb: “İndi SOCAR-ın da, Azpetrolun da yanacaqdoldurma məntəqələrində maye qaz yoxdur.

Son günlər saatlarla növbədə dayanıb sonra alırdıq, artıq o da yoxdur. Mənim maşınım Koreya istehsalı olan “Hyundai Sonata”dır, zavoddan maye qazla təchiz edilərək istehsal olunub.

Ona benzin vura bilmirəm, 3 gündür maşını evdə saxlayıb özüm taksi ilə gəzirəm. Biz fikirləşirdik yəqin LPG-nin, yəni maye qazın qiyməti qalxacaq deyə qıtlıq yaranıb.

Amma qiymət də qalxmır, bir nəfər də çıxıb konkret bir söz demir ki, işimizi bilək. Əgər bundan sonra LPG ümumiyyətlə olmayacaqsa, bunu da desinlər bilək.

Maşını CNG ilə işləməsi üçün düzəltdirmək isə 1500 manata başa gəlir”.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov açıqlamasında bildirib ki, sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranıb:

“Alternativ enerji olan sıxlaşdırılmış qaz, yəni CNG-nin istehlakının artması nəticəsində bazarda LPG-yə olan tələbat azalarsa, yəni, bu gün benzin və LPG ilə işləyənlərin bir qismi CNG-ə keçərsə, problem öz həllini tapar.

Biz artıq bu istiqamətdə böyük bir layihə başlatmışıq. Ölkə üzrə bir çox yanacaqdoldurma məntəqələrində CNG təklif olunacaq.

Misal üçün, şərti olaraq bu gün 100 maşın LPG-dən istifadə edir, hazırda 80-i üçün bazarda yanacaq var. Buna görə 100 maşından 40-ı CNG-ə keçərsə, onda yerdə qalan 60 maşın üçün tələbat tam ödənəcək.

Əsas hədəf budur ki, LPG-ni tam bazardan çıxarmaq yox, azaltmaq lazımdır”.

İ.Əhmədov bu qıtlığa tələbatın artması, yoxsa istehsalın azalmasının səbəb olması haqda sualı belə cavablandırıb:

“Son dönəmdə heç bir şəkildə istehsalın azalması baş verməyib, tələbat artıb. Xüsusilə də emal sənayesində LPG-yə tələbat çoxalıb.

Qeyri-neft sektoru, kimya sənayesi inkişaf edir, bu sektora xammal təchizatı da neft sektorundan gəlir. Sənayedə tələbat artdıqca pərakəndə satışa bir az LPG çatır”.

SOCAR təmsilçisi çıxış yolu kimi sürücülərin CNG-yə üstünlük verməsini göstərib: “Ölkəni yanacaqla təkcə SOCAR təchiz etmir.

Təchizatçı şirkətlər LPG-ni SOCAR-dan almağa məcbur deyillər, xaricdən idxal da edə bilərlər. Bizim irəli sürdüyümüz təşəbbüs budur ki, LPG-yə olan tələbatdan təzyiqi götürək, təklif olunan alternativ CNG daha keyfiyyətlidir, sadəcə quraşdırılma üçün sərmayə tələb edir”.

İbrahim Əhmədov bildirib ki, Neft Emalı Zavodu istehsalı artırmağı planlaşdırır: “Zavod il ərzində 6 milyon ton neft emal etmək gücündədir.

Hədəf budur ki, istehsalı 7,5 milyon tona qaldıraq. Bu, bir neçə ilə reallaşacaq, amma kimya sənayesində də LPG-yə tələbat artırmaqdadır.

Ona görə maye qaz qıtlığının həlli üçün əsas hədəf bu olmalıdır ki, alternativ enerjidən istifadəyə üstünlük verilsin.

Bizim bu işdə üstünlüyümüz budur ki, zəngin qaz yataqlarımız var və qazın istehsalını artırmaq imkanlarımı çoxdur.

CNG daxili istehsaldır və onun sıxlaşdırılması üçün xüsusi zavoda ehtiyac yoxdur. CNG-nin istehsalı LPG qədər mürəkkəb deyil.

Buna görə də CNG-nin tələbatında heç vaxt qıtlıq yarana bilməz. Bu problemin həlli üçün uzun müddətli perspektivdə CNG-yə keçmək əsas hədəfdir”.

Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində söküntü işlərinə başlanılıb.

"Ölkə.Az" xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb. Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.

Söküntü ərazisindən hazırlanan videoreportajı təqdim edirik:

3 gün iş olmayacaqAzərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

“Ölkə.Az” xəbər verir ki, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.