APA yenidən açıldı


Ötən ilin avqustunda fəaliyyəti dayandırılan APA informasiya agentliyi bu gündən işini bərpa edib.

Bu barədə saytın rəhbəri Vüsalə Mahirqızı məlumat yayıb. O, sosial şəbəkədə APA İnformasiya Agentliyinin fəaliyyətini davam etdirdiyi ilə bağlı post paylaşıb.

Qeyd edək ki, bu ilin fevral ayında isə Vüsalə Mahirqızının rəhbərliyilə ONA agentliyi açılıb.

Modern.az-ın məlumatına görə, APA və ONA bir-birindən ayrı fəaliyyət göstərəcək:

“APA əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Fəaliyyətini bərpa etmiş agentliyin yeni fəaliyyətə başlayan ONA ilə bağlılığı yoxdur. APA-ya da rəhbərlik Vüsalə Mahirqızına tapşırılıb”.
Ağstafada məmurlar ağacları budaq-budaq gəzir... - GİLEY













"Ağstafada məmurlar tut ağaclarını budaq-budaq gəzir. Yazıqlar bu istidə ağac başında qalıblar". Bu sözləri deyən rayondakı məmurlardan birinin sözlərinə görə, rayonun barama planının doldurulması məqsədilə icra başçısı təkcə kəndliləri yox, idarə və müəssisə işçilərini, rayon icra nümayəndələrini belə barama üçün yarpaq toplanılmasına cəlb edib.

Mənbənin dia.az-a söylədikləri: "Başçımız təzədir, bəlkə dəişin qaydasını bilmir, kimləri bu işə cəlb etmək lazımdır...bundan xəbərsizdir. Amma bilməlidir ki, əgər bir icra nümayəndəsi kostyum-qalstikla yarpaq toplayırsa, bundan effektiv nəticə ala bilməz. Həm də icra nümayəndəsinin vəzifə öhdəlikləri də icra olunmamış qalar".

İddia olunanlarla bağlı Ağstafa RİH-dən məlumat öyrənmək istəsək də, kimsə danışmaq istəmədi. İcra başçısının isə "ərazidə" olduğu deyildi...
“Azərpambıq” MMC , yoxsa “qocalar evi” - GİLEY













Son illər respublikamızda pambıqçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. Doğrusu, bir neçə il əvvəl bu qiymətli bitkinin əkininə bir o qədər də ciddi yanaşılmır, yetişdirdiyimiz məhsulu istədiyimiz qiymətə sata bilmirdik.

Zavodlar da var gücü ilə işləyə bilmirdi. Halbuki, ötən illərdə bu kənd təsərrüfatı məhsulu respublikamıza böyük şərəf gətirirdi. Pambıqçılıqla məşğul olanlar özlərinə ev- eşik tikir, minik maşını alır, yaxşı həyət-baca qururdular.
Yaxşı ki, bir neçə ildir ki, pambıqçılığın inkişafında əsaslı dönüş yarandı. Son iki ildir ki, dolanışığımız xeyli düzəlib. Pambıq əkin sahələrini getdikcə artırırıq. Yetişdirdiyimiz məhsulu dərhal alırlar və pulunu da yerindəcə ödəyirlər. Zavodlar da öz gücü ilə işləməyə başlayıb və fermerlərə əməlli-başlı kömək edirlər. Pambığın əkinə başlamasından, ta toplanmasına qədər fermerlərə yaxından kömək edən zavodlar artıq maliyyə baxımından geri çəkilməyə başlayıblar. Səbəbini öyrənəndə isə... təəccüb bizi bürüdü. Sən demə, “Azərpambıq” ASC yaranan gündən pambıq zavodlarının günü göy əskiyə bükülüb. 
Bu cəmiyyətin əksər rəhbər üzvləri pensiya yaşı çoxdan çatmış qocalardır. Əksəriyyəti çirkin əməllərinə və əliəyriliyinə görə pambıqçılıqla məşğul olan “MKT” MMC-dən qovulanlardır. Onların başında dayanan hazırda “Azərpambıq” ASC –də audit rəhbəri olan Asif Sarıyevdir. Yaşı 70-i haqlamış bu adam pensiyaya çıxmış həmyerlilərini, dostlarını, yaxınlarını, qohumlarını ətrafına toplayaraq pambıq zavodlarının başına oyun açır, onların rəhbərlərindən haqq tələb edir. Bu da fermerlərin işini pozur. Çünki Asifin haqqını gecikdirən zavodlarda tez-tez yersiz yoxlamalar aparılır, bu da biz fermerlərin işini gecikdirir. Ona görə ki, pambığın əkilib yetişdirilməsinə qədər bütün işlərin maliyyəsini zavod ödəməlidir. Bizim zavodla bağladığımız müqavilədə də bu, öz əksini tapıb. Ancaq adını audit qoyan, əslində isə reketçilik edən Asifin iddiası, yersiz yoxlamaları pambığın yetişdirilməsinə ciddi problem yaradır.
Bu barədə dəfəlrlə MMC-nin sədri Bəhruz Camalaova müraciət olunsa da, heç bir tədbir görmür. Çünki Bəhruz da Asif Sarıyevlə “MKT” MMC-dən “gələnlərdəndir”. Hansı zavoda üz tuturuqsa, orada “Azərpambıq” MMC-nin “qocalar evi”nin rəhbər vəzifədə işləyən qohumları, yaxınları və pensiyaya çıxmış dostlarıdır. Artıq biz fermerlər “Azərpambıq” MMC-dən ümidimizi üzürük. Buraya cəmləşmiş qoca pensiyaçıları yalnız özlərinin maddi maraqları düşündürür.
Ölkə başçısı gənclərə geniş meydan verdiyi bir halda, “Azərpambıq” MMC-nin “qocalar evi” gəncləri ixtisara salır, onları müxtəlif bəhanələrlə cəmiyyətdən uzaqlaşdırırlar. Ümidimiz bircə Azərbaycan Sənaye Korporasiyasına qalıb. Görəsən pambıqçıların, biz fermerlərin canını “qocalar evi”ndən qurtaran tapılacaqmı?

Malik Ağayev,
Ağcabədi rayonu, Qaradolaq kəndi, fermer. \\gundemxeber.az\\
Avtovağzallar gücləndirilmiş iş rejiminə keçir


Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək. 

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. 

O, bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərləri riskə atmamağı tövsiyə edib: “Əlavə olaraq qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 562-67-58 nomrəsinə zəng edərək məlumat verəsiniz”.
Bakının iki hissəsində su olmayacaq


Azərsu əhaliyə xəbərdarlıq edib.

Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-ü gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu il niyə 700 bal toplayan yoxdu? 1000 ballıq məsələ…



Etibar Əliyev,
Təhsil eksperti

Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. Yaranmalıdır. Amma emosionallıq üçün yox, doğru analiz və faydalı müzakirə üçün.
Gəlin ilk olaraq bir suala cavab verək: bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı? Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni abi-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların da uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb. 700 bal yığılmaması ilə bağlı mətbuatda tənqidi yazılardan birində müəllif haqlı olaraq soruşur: “Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar”.

Deməli, səbəb test suallarının məzmunu ilə bağlıdır. Aşağıdakılardan hansılar baş verib:

1) Tapşırıqlar daha çətin olub;
2) Yeni tip tapşırıqlar olub;
3) Keyfiyyətsiz tapşırıqlar olub;
4) Daha keyfiyyətli olub.

Tapşırıqlar daha çətinmi olub? Mənim yadıma gəlir, vaxtı ilə Misir Mərdanov imtahan nəticələrinin aşağı olması ilə bağlı qəribə və gülməli bir izah vermişdi ki, suallar çətin olur. O zaman mətbuatda nazirə yaxşı cavab verdilər: suallar niyə asan olmalıdır? Doğrudan da suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurilkulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın.

Mənim təhlillərimə görə bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da, yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır.
Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir.
Gəlin öncədən razılaşaq ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür. Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir.
Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur.

Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır.
Şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür. Ədalət hər hansı digər göstəricidən üstündür.
Keçək yeni tapşırıqlara, açıq sualların salınmasına. Mən açıq suallara cavab vermək bacarığının vacib olmasını, yazı bacarıqlarının inkişafını və tənqidi oxu keyfiyyətinin, natiqliyin vacib olduğunu qəbul edirəm. Dövlət İmtahan Mərkəzinin bu qayğısını başa düşürəm, haqsızlıq saymıram, amma yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayıram. Onu da bilirəm ki, buna çağırışlar bütün dünyada var. Həm də qiymətləndirmədə insan iştirakına birmənalı olmayan münasibətləri də bilirik.

İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərini ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramlari ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. Nazirlik, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır.
Bəli, qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları var, amma üstünlükləri daha çoxdur. Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm.
Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır.

Bu, 700 yox, 1000 ballıq məsələdir.
İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə


Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Yerdəyişmə proqram təminatı vasitəsilə iyunun 21-nə qədər təşkil ediləcək
Nazirlər Kabineti su, qaz və işıqla bağlı yeni tələbləri təsdiqləyib













Azərbaycanın şəhər və rayonlarında inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanları (sərbəst gücləri) əks etdirilən məlumatları internet saytlarında yerləşdirməyən mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin əməkdaşları inzibati məsuliyyətə cəlb ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Energetika Nazirliyi tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verməlidirlər.
Rüşvətə görə həbs olunan məmurun FOTOLARI














Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdirinin fotosu yayılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаlarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Unikal.org fotoları təqdim edir:
Rüşvətə görə həbs olunan məmurun FOTOLARIRüşvətə görə həbs olunan məmurun FOTOLARI
 
 
“Bakıya gələn təxribatçılar otellərə girib xariciləri qırmalı idilər” – Şok açıqlama – VİDEO


“Futbola baxmağa gələnlərin hamısı təbii ki, azarkeş deyildi, onların arasında təxribatçılar da ola bilərdi”.

Baku.ws xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev AZTV-də Avropa Liqasının finalına həsr olunmuş debatda deyib.

Çingiz Abdullayev Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsində ölkəmizdə hazırlanan təxribatın qarşısının necə alındığını da ilk dəfə açıqlayıb.

“Avroviziya ərəfəsində iki böyük dəstə vardı. Onlar otellərə girib xariciləri qırmalı idilər. Bu uydurma deyil, realllıq idi. Amma Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bunun qarşısını aldı”, – deyə Xalq yazıçısı əlavə edib.<iframe src='https://bax.tv/player/64481.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>