M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.

Bakının bu hissəsində su olmayacaq



Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Oruc tutmayanların iftar süfrəsində əyləşməsi yanlışdırmı? – Din xadimindən aydınlıq


“Təkcə mənim fikrim deyil, ümumən İslamda oruc tuta bilməyən insanın da iftar süfrəsində oturmağının heç bir qəbahəti yoxdur”.

Bunu Modern.az-a açıqlamasında İçərişəhər Cümə məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli oruc tutmayan insanların iftar süfrəsinə qatılması ilə bağlı danışarkən bildirib:

“Orucluq ayı mərhəmət, bağışlamaq, eyni zamanda paylaşım ayıdır. Bu ayın möhtəşəmliyi ondadır ki, burada varlı ilə kasıb arasında ayrı-seçkiliyə yol verilmir. Şəriət və İslamda oruc tuta bilməyən insanlara da bu çağırışı edin, qoy gəlib süfrədə otursunlar. Çünki iftar süfrəsində oturmağın özündə bir bərəkət var”.

Oruc tutmayanların iftar süfrəsində əyləşməsi yanlışdırmı? – Din xadimindən aydınlıq


Hacı Surxay Məmmədli

Hacı Surxay qeyd edib ki, şəriət ayrı-seçkilik etmir, iftar süfrəsində oruc tutmayan insanlar otura bilər. Belə bir məhdudiyyət İslamda yoxdu:

“Oruc tutmayan insanlar da Ramazanın feyzindən, bərəkətindən maddi və mənəvi cəhətdən qidalanmalıdırlar.

İslam dinində həm zahiri, həm də batini tərəf var. Biz insanları qınaya bilmərik ki, niyə oruc tuta bilmirsən? Çünki belə bir zorakılıq İslamda yoxdur.

Qurani-Kərimin “Bəqərə” surəsində belə bir məcburiyyət yoxdur.

Ola bilər ki, bir insanın xəstəliyi, problemi var, bu üzdən iç dünyasını heç kimə deyə bilmir. Amma bu xəstəliklərə rəğmən savab olaraq iftar süfrəsində əyləşir. Belə bir süfrədə oturmaq özü bir şəfadır”.

Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb. Y.Piriyev bildirib ki, 2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb:

"Adətən qəbul planının dolma göstəricisi 90 % olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər:

 

"Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və bu balla da ali məktəbə qəbul müsabiqəsində iştirak edəcək".

Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, çünki onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın nəsillərarası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruzqalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və digər təsirlər daxildir:

"Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluq və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət orqanları vətəndaş cəmiyyətləri və beynəlxalq qurumlarla birgə layihələr həyata keçirir. Bu sahədə qanunvericilik daim təkmilləşir, sosial proqramlar həyata keçirilir".

Ali məktəbə bu il sənəd verməyən kollec məzunlarının universitetə daxil olması üçün əlavə qəbul elan ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən mərhələ başa çatıb: "Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağı ilə bağlı narahat olmasınlar. Artıq Təhsil Nazirliyi ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb. Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə sənəd verib, imtahanlarda müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq".

Bu gün səhər saatlarında metronun "Ulduz" və "Nərimanov" stansiyaları arasında qatar bir neçə dəqiqə tuneldə qalıb. Bu isə sərnişinlərin həyəcanına səbəb olub. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Milli.Az bildirir ki, Bəxtiyar Məmmədov ölkə.az-a açıqlamasında qatarın tuneldə ləngiməsinin səbəbini açıqlayıb.

Mətbuat katibi bildirib ki, maşinist qatarın texniki baxış məqsədi ilə "Depo" stansiyasına getməsini məqsədəuyğun olduğunu bildirib. Bu səbəbdən sözügedən qatar "Depo" stansiyasına doğru hərəkət edib. Əks istiqamətdə hərəkət edən qatar isə tuneldə gözləyərək "Depo"ya gedən qatarın ikinci yola keçməsini gözləyib. Bu səbəbdən qatarın hərəkətində ləngimə yaranıb. Hazırda Bakı metrosunda qatarlar hərəkət cədvəli üzrə işləyir.

Diqqət! Bəzi marşrut avtobuslarının hərəkəti dəyişdirilir – Siyahı


Sabahdan etibarən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.
İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar


Paytaxtın Bakıxanov qəsəbəsində bir villanı səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq.

Bu malikanə də tikinti ərazisində plana düşüb. Villanın ətrafında yaşayanlardan öyrənirik ki, bu dəbdəbəli evin qiyməti 2 milyondur.

Ancaq sahibinə minimal pul verərək bir neçə ilə tikdiyi şəxsi evini söküblər. Mülk sahibi narazı qalıb. Əvvəlcə evinin sökülməsinə qarşı çıxıb. Evin uçurulmasından söhbət belə gedə bilməz söyləyib. Sonra bu imkanlı şəxsi “yola gətiriblər”. Deyiblər ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin əmrinə biət etmək lazımdır.

Bu tikinti də ona məxsusdur və “Bakıxanov rezidens” qəsəbədəki evləri sökərək pilot layihə olaraq göydələnlər inşa edir.

Villanın sahibini yola gətirdikdən sonra təzminatın məbləğində razılaşmada narazılıq yaranıb. “Ancaq həmin adama nə deyiblər, nə formada danışıq aparıblarsa, o boyda evi dəyərindən ucuz qiymətə alıblar, sökməyə başlayıblar”, – deyə sakinlər bildirirlər. Villanın söküntüsü hazırda icra olunur. Yaxınlıqdakı “Fantaziya” şirniyyat mağazasının yerləşdiyi bina da uçurulub, yaxınlığa köçməli olub.

Həmçinin, “Bakıxanov rezidens”in olacağı əsas yerdəki 2 mərtəbəli bina sökülüb, sakinlərdən kimisi kompensasiya alıb, kimisinə də tikiləcək təzə binadan mənzillər vəd olunub.

Qeyd edək ki, Bakıxanov qəsəbəsini “Bakıxanov rezidens” firmasının reklamları bürüyüb. Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.

Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev “Razin”i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.

Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. Qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq. 2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb. 2018-ci ilin mayı gəlir və hələ də binanın tikintisi davam edir.

Ona görə də bir qrup payçı “Bakıxanov rezidens”in sözünün üstündə durmadığını bildirirlər. Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, “Bərguşad-Ş” MTK həm sifarişçi, həm podratçı şirkətdir. Əgər “Bakıxanov rezidens” özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?!

azeuronews.com
İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar
İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar