Son xəbərlər

“AYB-də pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı



Rəşad Məcid Salam Sarvandan müsahibə alan AYB üzvünün qurumdan çıxarılması məsələsini qaldıracaq
“Dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu bunlar havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər”.

Minval.info xəbər verir ki, bu ittihamları Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə şair Salam Sarvan bakupost.az-a müsahibəsində səsləndirib.

O, AYB üzvü olmadığını qeyd edib: “Ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonorarımdan verdiyim verginin məbləği var. Düzü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir ədəbi fəaliyyətlə yox, bank fəaliyyəti ilə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir. Sırf buxalteriya yəni. Ölürəm gülməkdən”.

S.Sarvanın sözlərinə görə, ortada çox əndirəbadi görüntü var: “Belə çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındakı neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışıb ki, ildə bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.

AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nəhayət, bu hoqqaları durdurmaq zamanı gəlib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan sulayan fərasətlilərin qarşısına çıxmalıdır”.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid isə kulis.az-a deyib ki, bu müsahibəni alan Elşad Barat qurumun əleyhinə kampaniyalar aparır, müsahibələr alır.

Onun sözlərinə görə, gənc yazar Elşad Baratın AYB-dən kənarlaşdırılması məsələsi katiblikdə qaldırılacaq: “AYB-də qalıb-qalmaması məsələsini katiblikdə qaldıracam. Çünki adam Yazıçılar Birliyindən bəhrələnir. Anar müəllim onun kitabın çap olunmasına kömək edib. Gəlib yalandan deyir ki, uşaqlarım xəstədir, pul alır, sonra da gedib AYB-nin əleyhinə kampaniyalar aparır, müsahibələr alır. Hesab edirəm ki, Elşad Baratın AYB-də qalması düzgün deyil”.

E.Barat isə bildirib ki, R.Məcid yazıçı Anarla onun arasına girmək istəyir: “Əvvəla, mən jurnalistəm, istənilən adamdan müsahibə ala bilərəm, onun fikirlərinə məsuliyyət daşımıram. Müsahibələrimdən də görünür ki, mən mövqesiz sual verirəm.

Müsahibə gedən kimi Rəşad Məcid mənə zəng elədi, açdım, fısıltısı gəldi, səsi yox. Müsahibə almaqla adamı təşkilatdan çıxarmırlar. Məni səbəbsiz yerə heç kim AYB-dən çıxara bilməz. AYB-dən çıxarılmağıma səbəb olacaq heç nə etməmişəm, Rəşadın fikiri gülünc görünür.

Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək istəyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamısını mətbuata bildirəcəm”.

Bakıda 17 yaşlı oğlan intihar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.

Astara Pedaqoji Kollecindən ŞİKAYƏT VAR

























Qədimdə İran dövlətində korrupsiyanın qarşısını almaq üçün çox sərt bir üsul varmış. Rüşvətlə yaxalanmış məmurun dərisini soyar, həmin dərini oturduğu kreslonun üzünə çəkərmişlər. Yeni təyin olan məmur hər dəfə kresloiya oturanda sələfinin aqibətin görüb rüşvətdən imtina edərmiş.
Bu hadisəni yada salmaqda məqsədim var. Yadınızdadırda 2015-ci ildə Astara Pedaqoji Kollecinin o zamankı direktoru “iş başında”-rüşvət alarkən həbs olunmuşdu.
Az qalırdı aldığı pulu basıb ağzına yeyə ki, iz itsin. Məhkəmə oldu, iş aldı getdi.
Astaralılar fikirləşdi ki, bu dəfə normal direktor gələr.
Bu qədər “zəngin” ənənələri olan Kollecdə o vaxtdan çox sular axsa da, dəyişən bir şey olmayıb. Düzdür, Kollecin direktoru dəyişilib-keçmiş Təhsil naziri Mikayıl Cabbarov öz müşaviri Ağababa İbrahimovu buraya yeni rəhbər təyin edib. Biz bilmirik Mikayıl müəllim A. İbrahimovu cənub bölgəsinə göndərəndə onun qarşısına hansı vəzifələr qoyub. Ancaq onu dəqiq bilirik ki, 2015-ci ildən sonra kollecdə dəyişən bir də qiymətlər olub. Elə güman etməyin ki, tələbələr Ağababa müəllimin gəlişindən ilhamlanaraq hamısı əlaçı olub, 3-ləri 5-lərə dəyişiblər. Əlbbətdə ki, yox ! Burada 3-lərin 5-lərə çevrilməsi prosesi pul haqq-hesabında baş verib.

Azerinfo.az-a məlumat verən tələbələr bildirirlər ki, hal hazırda kollecdə “işin razqar “ vaxtıdır. Tələbələr az qala müəllimlərin kölgəsindən də qaçırlar ki, birdən yenə pul istəyərlər. Ümumiyyətlə bütün semestr boyunca Kollecdə pul hər zaman ön plandadır. Dərsə gəlməmək də, aylığa getmək də, oxumamaq da problem deyil. Əsas məsələ odur ki, bütün bunları ört-basdır etmək üçün yetərincə pulun olsun.

Etiraz edən tələbələrə müəllimlər bildirirlər ki, onlar hər bir tələbə üçün direktora haqq verirlər. Pulu verməyə imkanı olmayan tələbələrə müəllimlər “indi mən sənin yerinə cibimdən pul qoymalı deyiləm ki” deyərək hədə-qorxu gəlirlər. Hətta əlacı kəsilən tələbələrdən biri anasının nişan üzüyünü sataraq direktorun “xəcalətindən” çıxıb.

Ardı var.
Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır - İTTİHAM













Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun daha iki zolaq genişləndirilməsinə start verilib. Tikinti Şəmkir rayonunun kənd təsərrüfatı istifadəsində olan torpaqlarda və boş ərazilərdə aparılır. Yol çəkilişində yalnız asfalt örtüyündən deyil, yerin alt qatındakı xammaldan (çınqıl) da istifadə edilir. Həmin xammal isə milyonlarla manat deməkdir. Elə bu səbəbdən də Şəmkir rayonu ərazisindən keçən yolda icra başçısı Alimpaşa Məmmədov nəzarəti əlinə alıb. Bir çox iş adamlarını oradan kənarlaşdırıb, hətta şəxsi torpağı olanlara qanunsuz olaraq qadağa qoyub.

Alimpaşa Məmmədovun bu məsələdə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsində özünə “həmkarlar” tapdığı və onların vasitəsilə insanların hansısa sənədlərinin yerində olmadığı bildirilir. Nəticə etibarilə isə insanların torpaqları əlindən çıxır.

Erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun torpaq məsələsi də həmin işin tərkib hissəsidir. Məsələ mediaya çıxarıldığı üçün Alimpaşa Məmmədov geri addım atmağa məcbur oldu…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a bildirib ki, layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış saziş əsasında həyata keçirilir:

“Uzunluğu 130 kilometr olan yoldakı işlərə tam olaraq 1 aydır start verilib. Ərazidə geoloji və mobilizasiya işləri yekunlaşıb. Hazırda torpaq işləri görülür, yeni yol yatağının inşası aparılır. İşlər AAYDA-nın sifarişi əsasında iki türk şirkəti tərəfindən həyata keçirilir”.

Onun sözlərinə görə, M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsinin 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur:

AAYDA rəsmisi qeyd edib ki, layihə əvvəlcədən bütün dövlət qurumları ilə razılaşdırıldığı üçün hər hansı rayonun ərazisində tikinti işlərinə heç bir maneə yoxdur: “Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır”
İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM












Ötən gün İmişlidəki mənbədən Conflict.az-a maraqlı br foto daxil olub. Şəkər xəstəsi olan rayon sakini dövlət tərəfindən verilən test aparatını rayonda fəaliyyət göstərən apteklərdən birində satır. Hətta həkim olmayan vətəndaş belə anlayır ki, bədəndəki şəkərin qədərini müəyyən etmək üçün nəzərdə tutulan aparat əslində həyatı əhəmiyyətlidir. 

İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM






Bildiyimiz kimi şəkər xəstələrində şəkərin enməsi və yüksəlməsi hər iki halda həyat üçün təhlükəlidir. Bəs belə olan təqdirdə nədən bir şəxs qiyməti o qədər də yüksək olmayan bir test aparatını satmaqla həyatını təhlükəyə salsın? Deməli şəxs xəstə deyil. Əgər xəstə deyilsə bəs necə olur ki, adam qeydiyyata alınır? Və o lazımı peraparatlarla təmin olunur. Conflict.az-ın əməkdaşı məsələ ilə əlaqədar İmişli MRX-də baş həkimin müavini vəzifəsində çalışan Elnur həkimlə əlaqə saxladı. Baş həkimin müavininin cavabı konkret oldu: biz xəstələrin o kimi işlərinə nəzarət edə bilmirik. 

İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM








Doğrudur. MRX hər xəstənin səhiyyə müəssisəsindən sonrakı hərəkətlərinə nəzarət etməyə borclu deyil. Lakin xəstə olmayanları aşkarlamağa bilavasitə borcludur. Eyni zamanda həmin şəxslərin hansı yolla qeydiyyata düşmələrini araşdırıb üzə çıxarmaqdan da sorumludur. Çünki bu tip insanların hərəkətləri dövlət büdcəsinə yönəli addımdır. Bu isə iqtisadi cinayətdir.
Lakin İmişli MRX ilə bağlı məsələ bununla da yekunlaşmır. Rayondakı mənbədən Conflict-az-a onu da bildirdilər ki, rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən Sevdimalı Hüseynov bir müddət öncə insult keçirib. Uzun müddət paytaxtdakı tibb müəssisələrindən birində müalicə alan xəstə hal-hazırda ev şəraitində müalicəsini davam etdirir. S.Hüseynovun yaxınları onun xəstəliyinin ağırlığı səbəbi ilə xəstəliyi təsdiq edən sənədin - bülletinin vaxtının uzadılması məqsədilə MRX-nın həkim komissiyasının sədri Zakir Cəbrayılzadəyə müraciət ediblər. Komissiya sədri “artıq vaxtı gecikdirmisiniz” – deyə bülleteni imzalmaqdan imtina edir. Mənbənin bildirdiyinə görə xəstə yaxınlarının baş həkimə müraciəti də hər hansı bir nəticə vermir. Bu zaman ortaya maraqlı nüans çıxır. Adam de-fakto yataq xəstəsidir. Yəni müstəqil hərəkət imkanları məhduddur. Belə olan təqdirdə Zakir Cəbrayılzadə nəyi əsas gətirərək vaxtın gecikdirilməsini səbəb olaraq göstərir? Adamın real durumu onun xəstəliyini təsdiq edən səbəb deyilmi? Əgər bir möhür və ya imza müqabilində hansısa marağın təmini güdülürsə, artıq burada ədalət prinsipi itir. Hippokrat andı içərək hətta xəstə düşmənə belə yardım öhdəliyi götürmüş həkimin sağlamlığı kiritik olan soydaşına bu qədər ədalətsiz yanaşması dəhşətverici faktordur. Belə çıxır ki, İmşlidə dünyasını dəyişmiş şəxs sağ ikən MRX-ya ölüm tarixi ilə bağlı məlumat verib sonra dünyasını dəyişməli idi? Axı bu mümkünsüzdür cənablar. Unutmayın ki, edilən hərəkətlər bumeranq xarakterlidir. Ölkənin səhiyyə sistemini labirintə salanda məhz bu kimi amillərdir. Görəsən İmişli MRX-nın baş həkimi Eynulla Qasımov bu səhiyyə müəssisəsinə rəhbərlik etdiyi müddətdən bəri funksiyasını özü üçün nə vaxt müəyyən edəcək?
Onu da xatırladaq ki, bir müddət öncə İmişli rayon uşaq poliklinikasında da eyni vəziyyət hökm sürürdü Belə ki, Mirzağa Mirişov adlı həkim xəstə uşaqlara epiqriz verməkdən imtina edirdi. Səbəb kimi “onsuz da bu sənəd keçərli deyil” – deyə məqsədli şəkildə bəhanələr gətirməklə, valideyinləri günlərlə get-gələ salır. Və bu halda da sual olunur: Əgər sənin imzaladığın sənəd keçərsizdirsə, bəs nədən o posta əyləşmisən? Yox əgər başqa məqsədin varsa o halda cənab Prezidentin dövlət insanlar üçündür tezisini sənə xatırlatmaqda xeyir var. Düzdür bu sizin zehniyyətdəki “xeyir” deyil. Lakin... 
Bu tip hallar İmşli MRX-də ilk və hələ ki, son da deyil. Rayon tibbi komissiyanın üzvi Anar Əliyevdə həmkarlarından geri qalmır. Mənbənin bildirdiyinə görə həm “məqsədinə” nail olan, həm də insanların sənədlərini verməkdən imtina edən Anar Əliyevlə bağlı da baş həkim Eynulla Qasımova edilən müraciətlər nəticəsiz qalır. “Bütün hadisələr Cəsur həkimin vaxtında olub. Mənə dəxli yoxdur.” – deyə cavab verən baş həkimə yuxarıda qeyd edilənlərdə daxil, bəs görəsən nəyin dəxli var?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?














Ölkə səhiyyəsinin mövcud vəziyyəti Azərbaycandan milyonlarla manat vəsaitin xaricə daşınmasına səbəb olur.
Azərbaycan vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Belarusiya,Ukrayna, Gürcüstan, Avropa ölkələrinə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə yollanır.Azərbaycana isə müayinə və müalicə məqsədilə gələn yoxdu.Səhiyyə turizmi ölü nöqtədən tərpənmir.

Savadlı 3-5 faiz həkim korpusu bu acınacaqlı vəziyyəti etiraf edir və bunun sonunun necə tamamlanacağı qənaətini söyləməkdə çətinlik çəkir. İctimaiyyət, millət vəkilləri, KİV nümayəndələri səhiyyənin tənəzzül dövrünü yaşadığının fərqində olduğunu etiraf edirlər. Artıq gizlətməli heç nə qalmayıb.İstedadlı şagirdlər isə ATU-ya qəbul olunub,orada 6 il vaxt itirmək istəmir, YÖS və digər kurslarda məntiq,riyaziyyat,ingilis dili fənlərini mükəmməl mənimsəməklə ölkədən çıxırlar. Bunun qarşısını almaq üçün təklif verənlərin olmadığı bir şəraitdə isə tibbi təhsilimizə cavabdeh şəxslər heç nə baş vermirmiş kimi davranır,əcnəbi “məruzəçiləri”ölkəmizə dəvət edir,ödənişli elmi praktik konfranslarda baş aldadırlar.

İndi isə təşkil olunan konfranslardan birinin mahiyyətində bir məqama diqqət yetirək:

Azərbaycan Tibb Universiteti Neyrocərrahiyyə kafedrasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahiyyənin müasir problemləri” adlı Beynəlxalq elmi praktiki konfransı keçirilib və orada iştirak ödənişli olub.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə, rektor Gəray Gəraybəylinin təşkilat komitəsinin sədri olduğu elmi praktiki konfrans 11-12 may tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub.Təşkilati məsələlərə, xarici məruzəçi həkimlərin kimliyinə, məlum konfransdan həkimlərin nə isə bir şey öyrənməsinin fərqinə varmırıq, sadəcə ictimaiyyətə, tibbi personala məlum olmayan bir nüansın üzərində xüsusi dayanırıq.

Ödənişli konfranslarda kredit balının tətbiqində məqsəd nədir?!

Niyə həkimlərin iştirakının ödənişsiz olduğu, onların biliyinin artırılmasına xidmət edən elmi praktiki konfranslarda iştiraka görə həkimlərə kredit balı tətbiq olunmur, amma ödənişli olan, öz ölkələrində elə də tanınmayan əcnəbi məruzəçilərin cəlb olunduğu elmi praktiki konfransda iştiraka görə həkimlərə kredit balı tətbiq olunur və bu da 5 ildən bir həkimlər üçün keçirilən sertifikasiya imtahanında nəzərə alınır?!

Bu formatla, belə “kriteriyalar”la ATU-nu, onun klinikalarını, ölkənin tibbi personalını dünyaya, həmçinin qonşu olan dövlətlərə nümayiş etdirə bilərikmi?

Sayt bəzi suallara cavab axtarmaq,qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə universitetlə əlaqə yaratmağa çalışıb.Təssüf ki,həmişə olduğu kimi zənglərimiz cavabsız qaldı.Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Faktinfo.az onu bildirir ki, elmi praktiki konfrans ödənişli təşkil edilirsə, istər-istəməz özünə güvəni olmayan həkimlərin hələ neçə belə illər işləməsi, işləyib aldatması və dərman firmaları ilə işləmələri mümkünləşəcək.Bu qəbildən olan həkimlər elmi praktiki konfranslara nağd ödəniş etmədən onların konfranslardakı xərcini dərman firmaları öz hesabına qarşılayacaq. Necə deyərlər “əl-əli yuyar,əl də qayıdıb üzü”.

Həmçinin,xəstələrə yazılan lazımsız firma dərmanları konfranslarda “rola sahib olub” bəzi həkimlərin iştirakını mümkünləşdirsə də, vicdanı təmiz, savadı olan yüzlərlə həkimi ixtisaslarına uyğun təşkil olunan elmi praktiki konfranslardan kənarda saxlayır.Yekunda savadı şübhə doğuran, xəstələrinə lazımsız olduğu halda firma dərmanları tətbiq edən həkimlərin elmi praktiki konfranslardan öyrəndikləri bir şeylər olmasa belə, “iştirakları” onlara kredit balı üçün, kredit balı isə 5 ildən bir tətbiq olunan sertifikasiya imtahanından asanlıqla keçmələri üçün keçərli olacaq.

Digər tərəfdən, bu məsələdəki məcburiyyət davam edib, elmi praktiki konfranslarda iştirakına görə, həkimlərdən kredit balı sertifikasiya imtahanında tələb olunacaqsa, əksəriyyət özünə güvəni olmayan tibbi personalın üzvüləri ilə peşəkar həkimlər fərqlənməyəcəklər.Bu da tibbi sğortanın tətbiqinə keçid aldığımız müddətdə mənfi təmayüllərlə nəticələnəcək.

İndi özünüz deyin, cənablar! Yaşadığımız cəmiyyətdə kimlər bizi müalicə edəcək? Ciblərimizi soyacaq tibbi preparatlar kim(lər)ə dərman olacaq?!
Əlil və kimsəsiz ana kömək istəyir: “Nəinki müalicəmə, heç uşağa çörək almağa belə, pulum yoxdur”- Fotolar



Daim imkansız, maddi yardıma ehtiyacı olan vətəndaşlar haqqında yazaraq məlumat verir, onların problemlərinin həllinə, səsinin dövlət qurumlarına çatdırılmasına çalışırıq.

Növbəti qəhrəmanımız 5 yaşlı uşağı ilə tək-tənha yaşayan bir qadındır. II qrup əlil olan Simuzər Həsənova internet evində böyüyüb. Uşaqlıqdan sümük boşluğundan əziyyət çəkən Simuzər hələ 9 yaşı olarkən anası tərəfindən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə atılıb. Həyatda heç bir yaxını, qohumu olmayan bu kimsəsiz qadın hazırda maddi imkansızlıqdan və xəstəlikdən əziyyət çəkir.

Qeyd edək ki, daha öncə də, Simuzər Həsənova haqqında yazmışdıq. Ağır epilepsiya xəstəsi olan qadın əmək qabiliyyətini də itirdiyindən hazırda işləmək imkanından məhrumdur: “5 yaşlı oğlum var, o da xəstədir. Yoldaşım xəstə olduğumu bildikdən sonra məni atıb getdi, uşağımı atasız böyüdürəm”.

S.Həsənova epilepsiya ilə yanaş, ürək ağrılarından da əziyyət çəkir. Ürək qapaqlarının zədələndiyini deyən gənc qadın güclü müalicəyə ehtiyacı olduğunu, lakin maddi imkanı olmadığından bunu həyata keçirə bilmədiyini qeyd etdi.

1993-cü il təvəllüdlü Simuzərin 5 yaşlı oğlu Pərviz Həsənov isə ürək qüsurludur: “İldə bir dəfə müalicə etdirirəm. Ürəyində dəlik var, hələ də düzəlməyib. Çox zəif uşaqdır. Hazırda Xırdalan rayonunda kirayədə yaşayıram. Əksər dövlət qurumlarına yazıb müraciət etmişəm, ancaq cavab gəlməyib. Hazırda çörək almağa, dərmanlarımı almağa pulum yoxdur. İmkansız vəziyyətdəyəm, dövlət qurumlarından, imkanlı insanlardan yardım istəyirəm. Həm müalicəm üçün, həm də uşağın gündəlik ehtiyaclarını təmin etmək üçün köməyə ehtiyacım var”.

Əlil və köməksiz qadına kömək etmək istəyənlər 055 994 16 46 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

musavat.com
Əlil və kimsəsiz ana kömək istəyir: “Nəinki müalicəmə, heç uşağa çörək almağa belə, pulum yoxdur”- Fotolar
Əlil və kimsəsiz ana kömək istəyir: “Nəinki müalicəmə, heç uşağa çörək almağa belə, pulum yoxdur”- Fotolar
 

"Sabunçudan Bakıya hərəkət edən qatarlarda gediş haqqı 50 qəpik təşkil edəcək".

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə AzTV-nin efirində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.

Cavid Qurbanovun sözlərinə görə, qatarda gediş haqqı avtobuslara nisbətən daha ucuz olacaq. Eyni istiqamətdə marşrut avtobuslarında gediş haqqı 60 qəpikdir.

"Dayanacaqları nəzərə almaqla Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqə ərzində çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq".

 

Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.

Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.

İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.

 

İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.