Son xəbərlər

 
Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?














Ölkə səhiyyəsinin mövcud vəziyyəti Azərbaycandan milyonlarla manat vəsaitin xaricə daşınmasına səbəb olur.
Azərbaycan vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Belarusiya,Ukrayna, Gürcüstan, Avropa ölkələrinə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə yollanır.Azərbaycana isə müayinə və müalicə məqsədilə gələn yoxdu.Səhiyyə turizmi ölü nöqtədən tərpənmir.

Savadlı 3-5 faiz həkim korpusu bu acınacaqlı vəziyyəti etiraf edir və bunun sonunun necə tamamlanacağı qənaətini söyləməkdə çətinlik çəkir. İctimaiyyət, millət vəkilləri, KİV nümayəndələri səhiyyənin tənəzzül dövrünü yaşadığının fərqində olduğunu etiraf edirlər. Artıq gizlətməli heç nə qalmayıb.İstedadlı şagirdlər isə ATU-ya qəbul olunub,orada 6 il vaxt itirmək istəmir, YÖS və digər kurslarda məntiq,riyaziyyat,ingilis dili fənlərini mükəmməl mənimsəməklə ölkədən çıxırlar. Bunun qarşısını almaq üçün təklif verənlərin olmadığı bir şəraitdə isə tibbi təhsilimizə cavabdeh şəxslər heç nə baş vermirmiş kimi davranır,əcnəbi “məruzəçiləri”ölkəmizə dəvət edir,ödənişli elmi praktik konfranslarda baş aldadırlar.

İndi isə təşkil olunan konfranslardan birinin mahiyyətində bir məqama diqqət yetirək:

Azərbaycan Tibb Universiteti Neyrocərrahiyyə kafedrasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahiyyənin müasir problemləri” adlı Beynəlxalq elmi praktiki konfransı keçirilib və orada iştirak ödənişli olub.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə, rektor Gəray Gəraybəylinin təşkilat komitəsinin sədri olduğu elmi praktiki konfrans 11-12 may tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub.Təşkilati məsələlərə, xarici məruzəçi həkimlərin kimliyinə, məlum konfransdan həkimlərin nə isə bir şey öyrənməsinin fərqinə varmırıq, sadəcə ictimaiyyətə, tibbi personala məlum olmayan bir nüansın üzərində xüsusi dayanırıq.

Ödənişli konfranslarda kredit balının tətbiqində məqsəd nədir?!

Niyə həkimlərin iştirakının ödənişsiz olduğu, onların biliyinin artırılmasına xidmət edən elmi praktiki konfranslarda iştiraka görə həkimlərə kredit balı tətbiq olunmur, amma ödənişli olan, öz ölkələrində elə də tanınmayan əcnəbi məruzəçilərin cəlb olunduğu elmi praktiki konfransda iştiraka görə həkimlərə kredit balı tətbiq olunur və bu da 5 ildən bir həkimlər üçün keçirilən sertifikasiya imtahanında nəzərə alınır?!

Bu formatla, belə “kriteriyalar”la ATU-nu, onun klinikalarını, ölkənin tibbi personalını dünyaya, həmçinin qonşu olan dövlətlərə nümayiş etdirə bilərikmi?

Sayt bəzi suallara cavab axtarmaq,qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə universitetlə əlaqə yaratmağa çalışıb.Təssüf ki,həmişə olduğu kimi zənglərimiz cavabsız qaldı.Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Faktinfo.az onu bildirir ki, elmi praktiki konfrans ödənişli təşkil edilirsə, istər-istəməz özünə güvəni olmayan həkimlərin hələ neçə belə illər işləməsi, işləyib aldatması və dərman firmaları ilə işləmələri mümkünləşəcək.Bu qəbildən olan həkimlər elmi praktiki konfranslara nağd ödəniş etmədən onların konfranslardakı xərcini dərman firmaları öz hesabına qarşılayacaq. Necə deyərlər “əl-əli yuyar,əl də qayıdıb üzü”.

Həmçinin,xəstələrə yazılan lazımsız firma dərmanları konfranslarda “rola sahib olub” bəzi həkimlərin iştirakını mümkünləşdirsə də, vicdanı təmiz, savadı olan yüzlərlə həkimi ixtisaslarına uyğun təşkil olunan elmi praktiki konfranslardan kənarda saxlayır.Yekunda savadı şübhə doğuran, xəstələrinə lazımsız olduğu halda firma dərmanları tətbiq edən həkimlərin elmi praktiki konfranslardan öyrəndikləri bir şeylər olmasa belə, “iştirakları” onlara kredit balı üçün, kredit balı isə 5 ildən bir tətbiq olunan sertifikasiya imtahanından asanlıqla keçmələri üçün keçərli olacaq.

Digər tərəfdən, bu məsələdəki məcburiyyət davam edib, elmi praktiki konfranslarda iştirakına görə, həkimlərdən kredit balı sertifikasiya imtahanında tələb olunacaqsa, əksəriyyət özünə güvəni olmayan tibbi personalın üzvüləri ilə peşəkar həkimlər fərqlənməyəcəklər.Bu da tibbi sğortanın tətbiqinə keçid aldığımız müddətdə mənfi təmayüllərlə nəticələnəcək.

İndi özünüz deyin, cənablar! Yaşadığımız cəmiyyətdə kimlər bizi müalicə edəcək? Ciblərimizi soyacaq tibbi preparatlar kim(lər)ə dərman olacaq?!
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır