Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR



Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb.

Bu barədə Demokrat.az-a Qusar rayon sakinləri məlumat veriblər.

Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan “Alpine Qusar Hotel&Resort” adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində – Qusar çayının sahilində yerləşir.


Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR


Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur.


Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR
Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng edilsə də, onunla əlaqə saxlamaq cəhdləri alınmayıb.
Sürücülərin diqqətinə!















Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı avtomobil yolunda və Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bu şəxslər 1824 manat maaş alacaq



Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.
Report xəbər verir ki, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.
Qeyd edək ki, qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq



İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. Bunu APA-ya “Teleradio”İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-dəkeçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-davə dördüncüsü dekabrın 9-dakeçiriləcək.
Bu küçədə su olmayacaq


Bakının Nəsimi rayonunun 1 küçəsində 2 gün su olmayacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7 və 8 iyun tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şagirdlərə şad xəbər – Qadağa ləğv edildi













Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.

Başqa sözlə, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarına əsasən, indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayıblar.

Dəyişikliyə əsasən, fənn (fənlər) üzrə illik qiyməti 2 olan şagirdlərlə bağlı bu qadağa aradan qaldırılıb.

Müvafiq olaraq Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda da dəyişiklik edib. Qaydaya əsasən, bu vaxta qədər ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslərlə bağlı hissə Qaydalardan çıxarılıb.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.
“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək














İyunun 5 və 6-da Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

İyunun 7-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Azərbaycanda Ramazan bayramı nə vaxtdır? – RƏSMİ AÇIQLAMA



Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşqınlıq yaradıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə çoğrafi en dairələrində müxtəliflik ola bilər: “Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq”.

Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA -ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: “Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək”.

Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-dəsaat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
Kəndlərdə aptek problemi – Sakinlər əziyyət çəkir – Video


Bəzi kənd və qəsəbələrdə yaşayanlar aptekdən dərman preparatları və tibbi ləvazimat almaq üçün kilometlərlə məsafə qət etməli olurlar. Buna səbəb isə yaşadıqları yerlərdə aptekin olmamasıdır. Əməkdaşlarımızın bununla bağlıBərdə və Tovuzun kəndlərində hazırladığı sujeti təqdim edirik.

Kəndlərdə aptekin olmaması səbəbindən sakinlər əziyyət çəkməli olurlar.

Məsələn Bərdədə rayonunun mərkəzi istisna olmaqla,bir neçəyaşayış məntəqəsində aptek yoxdur. Sakinlərin sözlərinə görə, kənd caamatı bir dərman almaqdan ötrü bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə gedirlər. Bu da onlar üçün əlavə xərc və vaxt itgisi deməkdir. Aptek olmayan yerlərə nümunə olaraq Kələntərli və Muğanlı kəndini göstərmək olar.

Sakinlər kəndlərdə tezliklə apteklərin yaradılmasının vacib olduğunu bildirirlər.

Ənənəvi problem Tovuzun kəndlərində də yaşanır.

Eyni problem Turistik məkanlardan biri olan Nabranda da var. Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov mətbuata açıqlamasında bildirib ki, yayda turistlərin ən çox üz tutduğu məkanlardan olan Nabranda aptek yoxdur. Xidmət siferasının yaxşılaşdırılması baxımından bu kimi məqamlara diqqət yetirilməlidir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən ”Xəzər Xəbər”ə bildirildi ki,kənd və qəsəbələrdə apteklərin yaradılması məsələsinin quruma heç bir aidiyyəti yoxdur.<iframe src='https://bax.tv/player/64800.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi qaydaları dəyişəcək



“Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq. Yeni meyarlar 1000-dən çox xəstəliyi əhatə edir”. Bunu bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb, Dünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib. Nazir yaxın günlərdə qanunvericilik paketinin Milli Məclisə təqdim ediləcəyini bildirib.

Milli Məclisin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü İlham Məmmədov Sputnik Azərbaycan-a deyib ki, hələlik bununla bağlı Milli Məclisə sənəd daxil olmayıb: “Hazırda meyarlarla bağlı iş aparılır. Əlilliyin təyin olunması meyarları beynəlxalq standartlara uyğunlaşdırılacaq və bununla bağlı İşçi Qrup yaradılıb. Əlilliyin I, II və III qruplar üzrə deyil, dərəcələrə görə təyin edilməsi gözlənilir. Hazırda bir çox xəstəliklər meydana çıxıb ki, köhnə əlillik dərəcələri onları əhatə etmir. Məsələn, onkoloji xəstəliklərin bəzi növlərində artım, bəzi növlərində isə azalma olur. Bunun dərəcələr üzrə müəyyənləşməsi nəzərdə tutulur”.

Hazırda Azərbaycanda əsas kimi götürülən əlilliklə bağlı meyarların sovet dövründən qaldığını vurğulayan deputat bildirib ki, artıq əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılır. “Dövlət başçısının fərmanı ilə yaradılan DOST Agentliyinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, əlillik sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə əsasən reallaşdırılan DOST layihəsi sosial xidmətlərin vahid platformadan, “bir pəncərə”dən təqdim edilməsini nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi innovativ yeniliklərin tətbiqi ilə bağlı iş aparır. Yeni meyarların hazırlanması çox mütərəqqi bir addımdır və müasir yanaşmadır” – İlham Məmmədov əlavə edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında sovet dövründə müəyyən edilmiş standartları xatırladaraq deyib: “I qrup kateqoriyadan olan əlillərin daim köməyə ehtiyacı olduğu üçün onlara yardım edən şəxslərə də vəsait ayrılırdı. II qrup əlillər əmək qabiliyyətini qismən itirmiş şəxslərdir. Onlar işləyə də bilərlər, işləməyə də. İşləyərkən onlar yüngül əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. III qrup kateqoriya isə lap az əmək qabiliyyətinin itirilməsi ilə bağlıdır və bu kateqoriyaya aid əlillər adətən əmək fəaliyyəti ilə məşğuldur. Amma indi dünyada standartlar dəyişir”.

Həkimin sözlərinə görə, bu gün Azərbaycanda əlillik dərəcəsinin təyin edilməsi prosesi çox bərbaddır: “Təəssüf ki, bu sahədə rüşvət, yalandan əlillik dərəcəsinin verilməsi hallarına rast gəlinir. Əlilliyin təyin edilməsində Türkiyə təcrübəsini tətbiq etsək, daha yaxşı olar. Digər tərəfdən, əlillik dərəcəsini xəstəxana verməli və bunun məsuliyyətini daşımalıdır. Əlillik dərəcəsi xəstəxananın verdiyi sənəd əsasında həyata keçirilməlidir. Bu, bütün dünyada belədir. Bu işlə nə qədər çox qurum məşğul olsa, bir o qədər də korrupsiya, maraqlar, bürokratiya olur”.

Nazir Sahil Babayev bildirib ki, xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq.

Xatırladaq ki, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əlillik dərəcələrinin və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasında müəyyən edilir.