Son xəbərlər

 
Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi qaydaları dəyişəcək



“Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq. Yeni meyarlar 1000-dən çox xəstəliyi əhatə edir”. Bunu bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb, Dünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib. Nazir yaxın günlərdə qanunvericilik paketinin Milli Məclisə təqdim ediləcəyini bildirib.

Milli Məclisin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü İlham Məmmədov Sputnik Azərbaycan-a deyib ki, hələlik bununla bağlı Milli Məclisə sənəd daxil olmayıb: “Hazırda meyarlarla bağlı iş aparılır. Əlilliyin təyin olunması meyarları beynəlxalq standartlara uyğunlaşdırılacaq və bununla bağlı İşçi Qrup yaradılıb. Əlilliyin I, II və III qruplar üzrə deyil, dərəcələrə görə təyin edilməsi gözlənilir. Hazırda bir çox xəstəliklər meydana çıxıb ki, köhnə əlillik dərəcələri onları əhatə etmir. Məsələn, onkoloji xəstəliklərin bəzi növlərində artım, bəzi növlərində isə azalma olur. Bunun dərəcələr üzrə müəyyənləşməsi nəzərdə tutulur”.

Hazırda Azərbaycanda əsas kimi götürülən əlilliklə bağlı meyarların sovet dövründən qaldığını vurğulayan deputat bildirib ki, artıq əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılır. “Dövlət başçısının fərmanı ilə yaradılan DOST Agentliyinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, əlillik sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə əsasən reallaşdırılan DOST layihəsi sosial xidmətlərin vahid platformadan, “bir pəncərə”dən təqdim edilməsini nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi innovativ yeniliklərin tətbiqi ilə bağlı iş aparır. Yeni meyarların hazırlanması çox mütərəqqi bir addımdır və müasir yanaşmadır” – İlham Məmmədov əlavə edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında sovet dövründə müəyyən edilmiş standartları xatırladaraq deyib: “I qrup kateqoriyadan olan əlillərin daim köməyə ehtiyacı olduğu üçün onlara yardım edən şəxslərə də vəsait ayrılırdı. II qrup əlillər əmək qabiliyyətini qismən itirmiş şəxslərdir. Onlar işləyə də bilərlər, işləməyə də. İşləyərkən onlar yüngül əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. III qrup kateqoriya isə lap az əmək qabiliyyətinin itirilməsi ilə bağlıdır və bu kateqoriyaya aid əlillər adətən əmək fəaliyyəti ilə məşğuldur. Amma indi dünyada standartlar dəyişir”.

Həkimin sözlərinə görə, bu gün Azərbaycanda əlillik dərəcəsinin təyin edilməsi prosesi çox bərbaddır: “Təəssüf ki, bu sahədə rüşvət, yalandan əlillik dərəcəsinin verilməsi hallarına rast gəlinir. Əlilliyin təyin edilməsində Türkiyə təcrübəsini tətbiq etsək, daha yaxşı olar. Digər tərəfdən, əlillik dərəcəsini xəstəxana verməli və bunun məsuliyyətini daşımalıdır. Əlillik dərəcəsi xəstəxananın verdiyi sənəd əsasında həyata keçirilməlidir. Bu, bütün dünyada belədir. Bu işlə nə qədər çox qurum məşğul olsa, bir o qədər də korrupsiya, maraqlar, bürokratiya olur”.

Nazir Sahil Babayev bildirib ki, xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq.

Xatırladaq ki, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əlillik dərəcələrinin və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasında müəyyən edilir.
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır