Son xəbərlər

 
Azərbaycan səhiyyə sistemində NÖVBƏTİ RƏZALƏT - 16 min alıb əməliyyat etdilər, öldükdən sonra daha 5 min 400 manat tələb olundu













Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb sizə bildirirəm ki, həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim səhlənkarlığının qurbanı olub. Bunu isə həkimlər bizim pulumuzu talamaq üçün ediblər. Bu korrupsiya, talançılıq və quldurluq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər.

29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi. Həmin cərrahiyyə əmıliyyatı üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə, onu müayinə etdilər və dedilər ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır.

Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi. Həkim müayinə edib dedi ki, qansızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əmliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi.

Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib, Ucar rayonu Lək kəndinə gətirdik.

25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb, başqa xəstəxanaya aparsaydıq, indi o, sağalıb həyatda yaşayırdı.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi, həm də borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16 000 manat pul alsalar da, bununla kifayətlənməyib bizdən, əlav qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib, sonra həmin pulu istəmədilər.

Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar, Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm.

Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerində belə hal baş verə bilməz, bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.

Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı. Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır. Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar.

15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər. Sanki onun üzərində təcrübə keçirdilər.

Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu, daha o, qayıdan deyil, ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu talançı qatil həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırıb, 16000 (on altı min) manat pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz. Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir”.
Hurriyyet.org
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır